Atmosfer harada bitir və Kosmos hardan başlayır?

Əslində Yer kosmosun bir hissəsidir. Bununla yanaşı, "kosmos" termini çox vaxt Yer və onun atmosferinin xarici hissəsi nəzərdə tutulur. Atmosferin ən xarici təbəqəsi Yer səthindən təxminən 960 kilometr yüksəklikdə bitir. Hətta 1000 kilometr yüksəklikdə, Yer kürəsinin ətrafında hidrogen atomlarından formalaşan bir bulud təbəqəsi var. Ancaq atmosferin ən xarici qatının sıxlığı çox aşağıdır. Buna görə harda bitəcəyini demək çətindir.

 

Beynəlxalq Aviasiya Federasiyasına (FAI) görə kosmosun dəniz səviyyəsindən təxminən 100 kilometr yüksəklikdə başladığı güman edilir. Karman limiti olaraq bilinən bu səviyyə, "atmosferin sıxlığının çox aşağı olduğu üçün, bir hava nəqliyyatının aerodinamik qüvvələrin təsiri səbəbinə görə havada qalmasına imkan verməyəcək hündürlük" olaraq təyin edilmişdir.

 

Bu həddən yüksəkliklərdə hava müqavimətinin yaratdığı aerodinamik qüvvələr, hava nəqliyyatının havada qalmasına və nəzarət edilməsinə heç bir təsir göstərmir. Karman sərhədindən yuxarı bir cisim havada qalmaq üçün çox yüksək sürətlə hərəkət etməlidir. Bu sürət, orbitə sabit hərəkət etmək üçün kosmik gəminin sahib olduğu orbital sürətdir

Taryel Abdullayev

Yaşıl Elm Platformasının Baş Redaktoru