Biosfer - Yerdəki Cənnət?!

   26 sentyabr 1991-ci il səhəri saat 8:15-də futuristik kombinizonlar geyinmiş 8 nəfər insan, onlara tamaşa edən böyük bir kütləyə əl edərək hermetik bir şlyuza daxil oldular hansı ki, bu yol onları “Cənnət-2”-yə aparırdı. Ən azından, o dövrün bir çox qəzeti bu hadisəni belə yayımladı. Rəsmi olaraq bu “Biosfer-2” adlanan nəhəng və möhtəşəm bir elmi eksperement idi.

   O, Arizona çölündə yerləşirdi və havakeçirməyən şüşə qübbələrdən ibarət bir sistemi özündə cəmləşdirirdi. İçəridə beş lantşaft modeli (junqli, savanna, bataqlıq, mərcan rifləri və çimərliyi olan balaca okean, səhra), ən son texniki yeniliklərlə təhciz olunmuş kənt təsərrüfatı bloku, həmçinin avanqard üslübda tikilmiş yaşayış evi yaradılmışdı. İnsanlarla yanaşı 4000-dən çox fauna növü, keçi, donuz və toyuqlar da daxil olmaqla içəri buraxılmışdı. Bütün bu struktur avtonom, yəni özü-özünə bəs edəcək formada, qübbənin altında yetişənlə qidalanaraq, oradakı bitgilərin yaratdığı atmosferlə nəfəs alaraq, eyni suyu təmizləyərək və təkrar emal edərək istifadə edib 2 il varlığını davam etdirməli idi. Texnoloji inqilabın toxunmadığı, 8 intellektual insanın, 4 kişi və 4 qadın olmaqla yaşayacağı, sadə fiziki əməklə məşğul olduqları, boş vaxtlarında musiqi ifa edəcəkləri, bir yemək masasının arxasına oturacaqları və nəhayətində böyük bir hədəf uğrunda, elm uğrunda vuruşacaqları miniyatür bir planet. Cənnətdən nəyi əksikdir?

Başlağıc

    Proyektin Atasının - təsisçisinin adı, sonradan Times jurnalı tərəfindən “Tarixin 100 ən səsli fiaskoları” siyahısına daxil edilən Con Allen idi. O xöşbəxt bir insan idi. Metallurgiya institutunda oxumuş və öz sahəsi üzrə biraz işləmiş Con, valideyinlərindən qalma mirasın ona çox varlı həyat yaşada biləcək olmasına baxmayaraq tezliklə bu işi kənara atdı və sözün əsl mənasında İndiana Con stilində elmə kəllə vurdu. Allen qədim sivilizasiyaların kənd təsərrüfatı sahələrini tətqiq etmək üçün dünyanın ən ucqar nöqtələrinə təşkil edilən kiçik elmi ekspedisiyaları maliyyələşdirməklə məşğul olurdu. Bu iş üçün gənc entuziastlar yığılıb birlikdə hansısa ucqar dərinliklərə gedirdilər, etnoqrafiya və ekologiyanın kəsişdiyi bu yerlərdə araşdırma aparırdılar, səyahətlər edir və gözəl vaxt keçirirdilər. Müəyyən bir müddətdən sonra Allenin ətrafında gənc və həvəsli qız və oğlanlar yığılmağa başladı və o, onları Nyu Mexiko ştanının Sineqriya rançosunda ictmai birlik kimi bir araya topladı. Qısası, 60-cı illərin sonları olmasına baxmayaraq, bu hansısa ezoterik hippi yığıncağına bənzəmirdi. Halbuki Allen, əgər o dövrün adətlərini nəzərə alsaq, bu dəstənin ruhani liderliyini öz üzərinə götürmüşdü. Ona qalan mirasa baxmayaraq, Allen işə iki əllə yapışan bir adam idi. Öz elmi araşdırlamarına başlamazdan əvvəl o, asiya ölkələrində developer olaraq işləmiş, muzlu işçilər üçün işəgötürmə agentliyinin əsasını qoymuş, nəhəng polad sənayesi kompaniyasının meneceri olaraq çalışmışdır. Ona görə də onun həyatı haqqında danışmağa sözü çox idi. Həmçinin Sineqriya rançosunda iştirakçılar tarix və fəlsəfə ilə məşğul olur, öz yaradıcılıq qabiliyyətlərini artırmaq üçün həvəskar teatr oyunları keçirirdilər, yəni ümumilikdə götürsək tələbələr üçün yay ekspedisiyası atmosferini qoruyub saxlayırdılar. 

   Bütün bu atmosfer elə belə də davam edə bilərdi, əgər iştirakçıların arasına milyarder Ed Bass daxil olmasa idi. O seminarlara böyük həvəslə qatılar, teatr oyunlarında iştirak edər və elm naminə hər şeyə gedə biləcəyini açıq şəkildə nümayiş etdirərdi. Allen belə bir şansı qaçırmağın axmaqlıq olacağını düşündü və Ed`in dəstəyi ilə insalıq tarixinin ən səs gətirən özəl elmi proyektlərindən birini yaratmağa qərarı aldı.

    Bu, şüşə divarların arxasında gizlənmiş Adn cənnəti, gələcək Ay və ya Mars koloniyalarının ilk prototipi və hətta 2012-ci il dünyanın sonu fəlakətindən gizlənə biləcəyimiz bir sığınacaq olaraq da dəyərləndirə biləyəciyimiz “Biosfer-2” layihəsi idi. Qısası, öz qanunlarını istədiyin kimi qoya biləcəyin kiçik bir dünya.

   Yerin gəlmişkən deyək ki, dünyanın ciddi elmi mərkəzləri bu ideyaya çox şübhə ilə yanaşdılar. Birincisi ona görə ki, layihənin müəlliflərindən heç biri akademik elm adamı deyildi, ikincisi, bu layihənin maliyyələşməsi hər hansı bir dövlət proqramı çərçivəsində yox özəl bir şəxsin büdcəsi hesabına edilirdi. Ancaq, mətbuat bu layihədən əməlli başlı orqazm olmuşdu. Studiyaya bənzəyən bağlı bir məkanda sağ qalmağa çalışan 8 insan...Bu ideya məhz buna görə də havada uçuşurdu və əgər layihə rəhbərlərinin ağlına içəriyə kameralar yerləşdirmək gəlsəydi o zaman bəlkə də məhz onlar müasir realiti-şou`ların əsasını qoyacaqdılar və bəlkə də sərf etdikləri xərcləri artıqlaması ilə çıxara bilərdilər. Ancaq Allen nə qədər də bacarıqlı və işini yaxşı bilən biri olsa da o, köhnə dövrün insanı idi və ona bir şoumendən çox bir alim olmaq daha cəzbedici gəlirdi. Ona görə də o bu anı əldən qaçırdı.

*Yeri gəlmişkən, holland realiti-şousu olan “Böyük qardaş” layihəsinin qurucuları məhz “Biosfer-2” layihəsindən ilham aldıqlarını etiraf edirdilər.

Yaradılış

    Arizonanın cənubunda olan Orakl adlı ərazidən 16 hektar yer alındı və Ed ilə Allen öz dünyalarını qurmağa başladılar. Şüşə gümbəz komplekslərinin quraşdırılması üçün məhşur arxitektorlar və mühəndislər dəvət edildi, bionik modulların (okean, junqli, savanna, səhra və bataqlıqlar) yaradılması üçün isə dünyanın ən yaxşı botanika bağlarından mütəxəssislər və məhşur okeanoloqlar çağırıldı. Kənd təsərrüfatı blokunun hazırlanması zamanı ən qabaqcıl texnologiyalardan və sadəcə Allenin özünün bildiyi bəzi qədim sivilizasiyaların yer becərmə texnikalarından istifadə edildi. Məsələn, bataqlıq olan hissə ilə inteqrasiya olunmuş içərisində balıqların yaşayan çay sistemləri qədim çin texnikası ilə hazırlanmışdı. Sahə becərilməsi tamamilə təbii şəraitdə aparılırdı və heç bir pestisid və hətta adi süni torpaq qidalandırıcılarından belə istifadə edilmirdi. Axı, bağ suvarma sistemi, üzvi tullantıların təkrar emalı və içməli su əldə edilməsi prosesləri bir-biri ilə sıx əlaqəli idi və istifadə olunacaq hər hansı qeyri təbii maddə və ya qatqı sürətli və bir-başa formada “Biosfer” sakinlərinin yemək masasına gəlib çıxacaqdı.

   Bununla yanaşı, xususi diqqət süşə qübbələrin hermetikliyinə (ətraf dünya ilə tam təcrid olunmasına) yönəldilmişdi hansı ki, bu hermetiklik səviyyəsi kosmik gəmilərinkini də ötüb keçirdi. Günün isti vaxtında temperaturun artması ilə birlikdə havanın genşlənməsi faktoru da nəzərə alınmışdı. Bu “Biosfer” adlanan  “möhürlənmiş kabsulun” təzyiqdən partlamaması üçün, orda belə desək xüsusi “ağ ciyərlər” konstruksiya olunmuşdu. Bunlar çöx böyük elastik menbrana bənzəyən panellər idi və bütün sistem boyunca elə quraşdırlmışdı ki, səhər genişlənsin axşam isə yığılsın.

   Səhranın ortasında quraşdırılmış bu böyük kompleksin kənardan aldığı yeganə resurs suyun sirkulyasiyası (dövretməsi) üçün vacib temperaturu yaratmağı təmin edən elektrik enerjisi idi  Beləliklə, bir hektardan biraz çox olan bu nəhəng kompleksin içərisindəki canlılar və bio-bloklarla birlikdə tikintisinə 150 milyon dollar vəsait xərcləndi. Daha 50 milyon dollar isə eksperiment müddətində kompleksi optimal şəraitdə saxlamaq üçün sərf edildi.

Məskunlaşma

   1991-ci ildə süni yaradılmış “Adəm cənnəti” artıq insanların məskunlaşması üçün tam hazır vəziyyətdə idi. Artıq bağlarda ilk məhsullar yetişmişdi, çayda balıqlar üzürdü, tropik meşədə Kalibrilər uçuşur və qayaların üzərindən balaca bir şəlalə axırdı, süni yaradılmış bəyaz çimərliyə isə 30 mentrlik “dənizin” dalğaları vurmaqda idi.

    Adəm və Həvva rolu üçün 8 nəfər insan seçildi. Əlbətdəki, nə Allen nə də Bass onların arasında yox idi çünki, onlar proyektin qurucuları olaraq işi kənardan idarə etməli və nəzarət etməli idilər. Sinergiyadaki fermanada olan grupdan arzulayanlar hamısı siyahıda idilər. Koloniyanın kapitanları isə, buna qədər Hindistanda kənd təsərrüfatı proyektləri məşğul olan Salli Sirlverstoun və Bassa tətqiqat yaxtasında işləmiş, professional mexanik Mark Van Tillo təyin edildilər. Salli proyektin maliyyə və təşkilati məsələlərinə, Mark isə texniki məsələlərinə cavabdeh idilər. Elmi tətqiqatlar üzrə direktor, təcrübəli okeonloq, 31 yaşlı Abiqayl Alling oldu. 39 yaşlı botanik Linda Ley içəridə olan floraya nəzarət edəcəkdi. İntensiv kənt təsərrüfatı üzrə mütəxəssis 29 yaşlı Ceyn Pointer fermaya və koloniya üzvlərinin qida təminatına cavabdeh idi. Ali təhsili olmayan yeganə üzv olan Taber Makkalum texniki məsələlər üzrə köməkçi təyin edildi. 44 yaşlı fəlsəfə üzrə bakalavr dərəcəli Mark Nelson koloniyadan ətraf dünyaya informasiyanın çatdırılması məsələsini öz üzərinə götürdü. Və nəhayət eksperimentin ən ekzotik üzvü təcrübəli həkim Roy Valford layihənin həkimi vəzifəsini öz üzərində götürdü. Əslində Royun bu layihədə işləməsinin səbələrindən biri də öz şəxsi elmi tədqiqat işi idi. Yaşam minimumumdan aşağı kalori qəbul etməyin orqanizmə xeyirli olduğu və ömrü uzatdığına dair hipotezi olan həkim üçün daha ideal bir test mühiti düşünmək çətin idi. Çünki buranın üzvləri demək olar tam vegetarian və orqanik məhsullarla qidalanacaqdılar. 

   26 sentyabr 1991-ci il tarixdə hələ gün çıxmamış yuxudan oyanan “kolonistlər”, bekon və qayğanaqla səhər yeməyi edib, mətbuat konfrasında iştirak edib, fotosessiya etdirib və təntənəli yola salma məramisində iştirak etdikdən sonra nəhayət içəri daxil oldular və arxalarınca hermetik qapılar onları ətraf dünyadan ayırmaq şərtilə qapadıldı. Onlar başlarının üzərindəki şüşələrin üstünə düşən hərəkətli buludlara baxaraq artıq bu eksperimentin başladığına və geriyə yolun olmadığına bir müddət inana bilmədilər.

İlk problemlər

   İlk başlarda hər şey onların arzuladığı kimi gedirdi. Kolonistlər fermalarda həvəslə işləyir, bütün sistemlərin işinin normallığını yoxlayır, Junqlidə olan hərəkətli həyatı müşahidə edir, balıq tutur, öz kiçik çimərliklərində istirahət edir, axşamlar isə öz əkin sahələrinə baxan eyvanda onlara ən təmiz meyvələrdən hazırlanmış yeməklərdən zövq alırdılar. Yaşıl sahələrin şüşə çəpərin arxasında isə günəş quru və dağlıq çölün üfüqündə batırdı. Kolonistlər bu eyvanın adını “Viziyoner Kafesi” qoymuşdular və buradan gələcək onlar üçün çox rəngarəng görünürdü. Yeməkdən sonra fəlsəfi söhbətlər edilir, bəziləri gətirdikləri musiqi alətləri ilə professional olmamalarına baxmayaraq özləri üçün avanqart musiqi hesab ediləcək ifalar edirdilər.

    Təxminən bir həftədən sonra layihənin əsas texniki Van Tillo çox təlaşlı şəkildə səhər yeməyinə gəldi. O iştirakçılara pis xəbərlərinin olduğunu dedi. Gündəlik hava vəziyyətinin ölçmələri göstərirdi ki, qübbəni tikən mühəndislər hesablamalarda səhfə yol vermişdilər. Qübbənin daxilində oksigenin miqdarı getdikcə aşağı düşür karbonun miqdarı isə getdikcə artmaqda idi. Bu nisbət hələki nəzərə çarpan deyildi, ancaq bu sürətlə davam etdiyi təqdirdə bir il sonda artıq içəridə yaşamaq mümkünsüz olacaqdı. Bu gündən etibarən iştirakçıların cənnət həzzi sona çatdı və hava problemini həll etmək üçün amansız mübarizə başladı. 

   Birinci olaraq qərara alındı ki, biokütləni əvvəlkindən daha intensiv formada çoxatmaq lazımdır. Bütün qalan boş vaxtlarını kolonistlər bitki əkilməsinə və onlara qulluq üşün sərf edirdilər. İkinci addım olaraq ehtiyyat karbon qazı tutucusu tam gücdə işə salındı ki, havada olan nisbətin artım sürəti aşağı düşsün. Üçüncü addımda, onlara gözlənilməz bir köməkçi tapıldı. Okean karbon qazının bir hissəsini udarak sirkə turşusuna çevirirdi. Düzdü, buna görə okenanın turşuluğu günü-gündən artırdı. Ona görə də, turşuluğu neytrallaşdıran əlavələrdən istifadə etmək lazım gəlirdi. Bütün bunlara baxmayaraq heçnə kömək etmirdi. Qübbənin altındakı hava getdikcə daha da ağırlaşırdı. 

     Tezliklə bionaftların qarşısına daha bir qlobal problem çıxdı. 20 sotluq ferma, bütün üstün texnoloji nailliyətlər əsasında becərilməsinə baxmayaraq iştirakçıların ehtiyac duyduğu qida dəyərinin sadəcə 80%-ni ödəyə bilirdi. Onların gündəlik rasionunda (qadın və kişilər eyni) adam başına 1700 kalori düşürdü bu isə, adi bir ofis işçisinin miqdarı idi. Ancaq hər bir iştirakçının gündəlik gördüyü fiziki işin qarşılığında bu dəhşətli dərəcədə az idi. İlk başlarda yeməyi İsveç stolu formasında servis edirdilər. Ancaq bu ciddi konfliktlərə səbəb olmağa başladığından artıq yeməklər bir başa boşqaba servis edilirdi və qramına qədər hər kəsə eyni düşməsinə diqqət edilirdi. İştirakçılar masadan bəzən tam doymamış, yarı ac formada qalxırdılar və xarici dünyanın nemətlərini arzulamağa başlamışdılar. Axşamki fəlsəfi söhbətlər yerini missiya başa çatdıqdan sonra nə yemək istədikləri haqqındaki arzulara buraxmışdı. Bionaftların əsas neməti olan bananların saxlanıldığı anbar naməlum bir oğru tərəfindən hücuma mərzu qaldıqdan sonra onu qıfılla kilidləmək lazım gəldi. Donuzlara yemək qalıqlarını verməmişdən əvvəl yeyiləsi hər şeyi bir də nəzərdən keçirib götürdülər. Banan və fındıq qabıqları delikates kimi istifadə olunurdu.

    Bir gün axşam fermaya cavabdeh olan Ceyn Poyter etiraf etdi ki, ona bu krizin baş verəcəyi məlum idi. Yerləşməzdən bir neçə ay əvvəl o bionaftlara buradakı qidanın çatmayacağını hesablamışdı. Ancaq doktor Valford və onun sağlam qida pəhrizi haqqındakı düşünclərinə görə bu problem bionaftların ancaq xeyrinə işləyəcəkdi. Ona görə də Poyter etiraz edə bilməmişdi. Bu arada doktor aclıqdan şikayət etməyən yeganə adam idi. O öz teoriyasının doğruluğunda şübhə etmirdi. Artıq yarı-ac, yarı-tox keçən yarım ildən sonra bionaftların qan tərkibi yaxşılamış, xolesterol miqdarı aşağı düşmüş və metabolizm yaxşılaşmışdı. İştirakçılar bədən çəkilərinin 10-18%-ni itirmişdilər və təəcüblü şəkildə cavanlaşmışdılar. Onlar şüşənin arxasından jurnalistlərə və izləyicilərə gülümsəyir və sanki heçnə olmamış kimi bir görüntü verirdilər. Ancaq bionaftlar özlərini getdikcə pis hiss edirdilər.

Krizis

   1992-ci ilin yayı kolonistlər üçün xüsusi çətin oldu. Düyü əkinləri zərərvericilər tərəfindən məhf edilmişdi, ona görə də onların rasionu bir neçə ay ərzində ancaq lobya, yer kökü və şirin kartofdan ibarət oldu. Beta-karotin çatışmazlığından onların dəriləri narıncı rəngə çalmağa başlamışdı. Bu problemlə yanaşı Yay fəslinin ümumilikdə çox buludlu keçməsi problemi də bu sıraya əlavə olundu. Bu da öz növbəsində Biosferin daxilindəki bitkilərin fotosintez sürətinin azalmasına və onsuz da kasad olan məhsuldarlığın biraz da aşağı düşməsinə səbəb oldu.

    Onların ətrafındakı dünya öz gözəlliyini və harmoniyasını itirirdi. Səhra şəraitində kondensasiyaya görə tavandan daim su damcıları düşürdü, ona görə də bir çox bitki çürüməyə başladı. Junqlidəki hündür 5 metrlik ağaclar gözlənilmədən çox kövrəkləşdilər, bəziləri isə aşaraq ətrafdakı hər şeyi məhf etdi. (Bundan sonrakı araşdırmalarda mütəxəssislər bu nəticəyə gəldilər ki, ağacların kövrək olmasına səbəb qübbənin içərisində küləyin olmaması idi hansı ki, ağacları dözümlü edən məhz küləkdir.) Okeanın turşulaşması ilə mübarizə aparmaq getdikcə çətinləşdirdi və mərcanlar da bu səbəbə görə məhf olurdular. Savanna və Junqlinin heyvanat aləmi də sürətlə azalırdı. Sadəcə hər küncü ələ keçirən qarışqalar və tarakanlar bu vəziyyətdə özlərini rahat hiss edirdilər. Biosfer yavaş-yavaş məhf olmaqda idi.

   Cənnətin sahibləri də özlərini digərlər sakinlərdən yaxşı hiss etmirdilər. Atmosferdəki oksigenin miqdarı tədricən aşağı düşürdü və 16%-ə qədər enmişdi (normalda 20% ətrafında olmalıdır). Bu miqdar dağların zirvəsində olan miqdarla demək olar eynidir və insan bədəni əslində bu vəziyyətə tez öyrəşə bilir. Ancaq ümumi yorğunluğa görə “dağ xəstəliyi” kolonistlərdən əl çəkmirdi. Onlar tez yorulur, daim başları fırlanır və əvvəlki qədər çox iş görə bilmirdilər. Ancaq oksigen azlığının ən çox hiss edilən təsiri onların psixologiyasında özünü göstərdi. Hamı özünü bitgin, kefsiz və narahat hiss edirdi. Hər gün qübbənin içərisində söz-söhbət çıxırdı.

    Problemlərin əsas səbəbi Allenin heç kimə içəridə baş verənləri kənara deməsinə icazə verməməsi idi. O hər şeyin plan üzrə getdiyi görüntüsünü verməkdə davam edirdi. Kolonistlərin yarısı (əsasən idar heyyəti) bu fikirlə tamamilə razı idilər. Onlar düşünürdülər ki, planda nəzərdə tutulmuş iki ili orada  nəyin bahasına olur olsun tamamlamaq lazımdır. Digər 4 kolonist isə düşünürdülər ki, tez bir zamanda beynəlxalq alimlərdən oksigenin niyə yoxa çıxdığı baradə problemi həll etmək üçün kömək istəmək lazımdır. Həmçinin kənardan biraz yemək və hava almağın pis olmayacağını deyirdilər.

    Ceyn Pointer, qrupun lideri və kömək almağın tərəfində olanlardan idi və konfliktin başlanğıcını belə izah etdi: “Mən heyvanların qaldığını yerləri təmizləməklə məşğul idim. Başım dəhşətli dərəcədə fırlanırdı ona görə də tez-tez istirahət etməli olurdum. Səhərdən biz buradakı vəziyyətimiz barədə danışırdıq və mən dedim ki, burada qalaraq boğulmaq əsl sektantlıqdır. Mən bu haqda elə hey düşünürdüm və arxamı çevirdikdə orada dayanan Abiqeli gördüm. O mənim üzümə tüpürdü və mən özümü itirərək “Bu nə ...dir belə?” deyə qışqıraraq reaksiya verdim. O isə cavabında mənə “Özün düşün” dedi və çevrilib getdi.”

     Bu arada hər gün avtobuslarla ora gələn və kolonistlərin bu böyük insan akvariumunda nə etdiyini görmək istəyən adi izləyicilər orada nələrin qaynadığından xəbərsiz idilər. Onlar divarın dibində dayanıb öz hot-doqlarını yeyərək şüşənin axasındakı futuristik kostyumlu insanlara baxır və onları əsl qəhrəman hesab edirdilər, onlardan bir növ ilham alırdılar. Ancaq onların qəhrəmanları çox yorğun və ac qəhrəmanlar idilər.

Çıxış

   1992-ci ilin payızında içəridəki oksigenin miqdarı 14%-ə qədər düşdü. Doktor Balford öz öhtəliklərindən imtina etdiyini elan etdi çünki, artıq iki rəqəmli ədədləri belə toplaya bilməyəcək vəziyyətə gəlib çatmışdı. Bionaftlar gecələri tez-tez ayılırdılar çünki, aktiv fotosintez gün işığı olmayanda dayandığı üçün oksigenin miqdarı ani olaraq düşürdü və onlar boğulurdular. Bu ana qədər içəridəki bütün onurğalı heyvanlar artıq məhf olmuşdular.

«Биосфера-2» — рай на Земле

    Üzərindən bir il keçdikdən sonra Allen və Bass kənardan içəri oksigenin daxil olması üçün kapsulanın qapılarını açmağa qərar verdilər. Həmçinin onlar bionaftlara ehtiyyat anbardakı toxunulmamış taxıl və tərəvəzlərdən istifadə etməyə icazə verdilər. Bu kolonistlərin ümumi vəziyyətini biraz yaxşılaşdırdı. Ancaq iki düşmən fikirli grup hələ də müharibə vəziyyətində idilər və çalışırdılar ki, heç bir-birləri ilə söhbət belə etməsinlər.

     26 sentyabr 1993-cü ildə təntənəli formada qapılar açıldıqda və onlar içəridən çıxdıqlarında, onların üzlərindən başa düşmək olurdu ki, eksperiment uğurla nəticələnmədi - cənnətdən qovulma hər tərəfli və həmişəlik oldu. Biosfer həyat üçün əlverişsiz hala gəldi. Bununla yanaşı qapıların açıldığını və içəri kənardan hava daxil edildiyini öyrənən jurnalistlər bundan böyük bir skandal yaratdılar və eksperimenti yüzlilliyin ən uğursuz cəhti adlandırlar.

     Bəs oksigenlə bağlı olan bu sirrli problem nə idi? Alimlər qübbənin ağlamalı vəziyyətini diqqətlə nəzərdən keçirdikdən sonra hava problemini yaradan səbəblərdən birinin sementlənmiş hissələr olduğu qərarına gəldilər. Oksigen sementlə reaksiyaya girərək oksid qalığı formasında divarlara çökürdü. Daha bir oksigen israfçısı isə torpaqdakı bakteriyalar idi. Biosfer üçün ən məhsuldan qara-toraqlar seçilmişdi ki, torpağın mineral və qidalı maddə ehtiyyatı uzun illər əkib becərilmə üçün kifayət etsin ancaq, belə torpaqda çoxlu miqdarda mikroorqanizmlər var idi ki, onlarda da adi onurğalılar kimi oksigenlə nəfəs alırdılar. Elmi jurnallar bu kəşfi Biosfer layihəsinin ən əsas və yeganə nailiyyəti kimi qəbul etdilər.

     Səhfləri düzəltdikdən sonra Allen 1994-cü ildə daha bir missiya planlaşdırdı və başlatdı ancaq bu dəfəki heç yarım il də çəkmədi. Bass da öz qurusunun ideoloji yanaşmasına olan inamını itirərək maliyyə dəstəyini dayandırdı və eksperiment elə başındaca dayandırıldı. 

    Bundan sonraki illərdə “Biosfer” bir çox institut arasında əldən-ələ gəzərək tədricən sıradan çıxaraq dağıldı. Elə bu yaxınlarda onu yenidən yamayıb içərisində atraksionlar qurdular və bu tərk edilmiş cənnəti ziyarət etmək artıq hansısa 25 dollar dəyərindədir.

Yazının orjinalı buradadır.

Üzeyir Ağazadə

Yaşıl Elm platformasının texniki işlər üzrə təşkilatçısı, araşdırmaçı, yazar, İnformasiya və kommunikasiya texnologiyaları üzrə mütəxəssis, elmi tədqiqatçı.