Bir psixoterapevtin pancebo effektli terapiya üsulu…

Söhbət psixiterapevt-həkim Dr. James Rogers dən gedəcəkdir. Onun 1965-ci ildə “массачусетский эксперимент” adlı tədqiqatına görə elektrik stolunda öldürülməsinə qərar verilmişdir. Hərçənd ölümündən 2 gün əvvəl o pasientlərindən birinin ona gətirmiş olduğu kalium sianid (KCN) içərək özünü intihar etmişdir.

Yaxın zamanların birində Massachusetts universitetinin psixologiya və nevropatologiya bölməsi harada ki, Dr. James Rogers işləmişdir, rəsmi şəkildə açıqladı ki, əslində Dr. James Rogersin tədqiqatlarının çox böyük əhəmiyyəti varmış bununla əlaqədar olaraq univeristetin rektoru Prof. Phil Rozentern Dr. James Rogersin sağ olan yaxınlarında üzr istədi (vaxtilə ona verilən ölüm cəzasına görə).

İş orasındadır ki, bu böyük alim sağalması mümkün olmayan ruhi xəstələr üçün özünün çox qeyr-adi, unikal bir metodikasını tətbiq etmişdir. Metodika ilə tanış olaq.

Paranoyak (psixoz) xəstələrin düşüncələrinin daha da qabardılmasına və gücləndirilməsinə yönələn bu üsul əslində xəstələri sayrışan nevrozlu düşüncələrdən effektli şəkildə can qurtarmağa kömək edirmiş. Tutaq ki, əgər bir xəstə hesab edirsə ki, onun ətrafında həşəratlar qaynaşır, hər yer həşəratla doludur, Dr. J. Rogersin xəstəyə bunun doğru olduğunu deyerek davam edirdi: "Bu həqiqətdir, sadəcə bəzi həssas insanalr bunu hiss edə bilir digərləri isə buna artıq o qədər alışıblar ki, onlara həşəratı görmək daha maraqlı gəlmir. Və hətta dövlət də bunu bilir, sadəcə çox insanları panikaya salmamaq üçün bunu gizlədir....." Xəstə özünə güvənli şəkildə gedir, çünki düşünür ki, onunla hər şey qaydasındadır. Hətta bir müddətdən sonra o ətrafında daha həşərat görmür.

Koqnitiv-enfaziya ruhi xəstəliyindən əziyyət çəkən digər bir pasient-Aoran Platnovski: o hesab edirdi ki, o zürafədir. Zürafə ilə insanı fərqləndirən məntiqi keyfiyyət fərqləri, şəkillər heç bir şey bu xəstəni onun zürafə yox insan olduğuna inandıra bilməmişdir. Zamanla o danışmağı dayandırmış və normal yeməkdən əl çəkərərk yalnız yarpaqla qidalanmışdır.

Dr. J. Rogersin bir tanış bioloqdan bir elmi məqalə yazmağını rica edir hansı ki, bu məqalədə alimlərin yeni sensassiya doğuran kəşfi açıqlanırmış kimi... "Eslində zürafə ilə insanalr arasında yalnız anatomik fərqlər vardır lakin davranış və hətta morfoloji görkəmcə insanla zürafələr çox yaxın canlılardır...Alimlər bu informasiyanı insanalrı panikaya salmamaq üçün hələki kütləvi şəkildə paylaşmır, odur ki, bu məqaləni oxumuş kəs də onu oxuduqdan sonra yandırmalıdır...". Xəstə bundan sonra rahatlanır və hətta zamanla sosiallaşmağa başlayır.

Məhkəmə isə bu dəlilləri əsassız sayaraq dahi həkimin ölüm hökmünü təsdiqləyir. Lakin həkim Rogers kağızda yazmış olduğu bir kiçicik məqaləni hər hansı qəzetdə çap edilməsini son dəfə xahiş edir. Məqalə həmin universitetin qəzetində çap edilir. Məqalədə yazılırdı: Sizlər, hər birimizin dünyanı eyni şəkildə dərk etməyimizi düşünməyə həddindən artıq adət etmisiz. Amma bu belə deyil. Əgər siz bir yerə yığışaraq düşüncələrinizlə bölüşsəniz, anlamış olarsınız ki, nə qədər fərqli dünyalarda yaşayırsınız. Və yalnız sizin rahatlığınız sizin psixi vəziyyətnizi müəyyən edir. Bu halda özünü zürafə hesab edən və o dünyada özünü hiss edrərək yaşayan bir insan, çəmənin yaşıl və səmanın mavi olduğunu hesab edən insan qədər normaldır. Sizlərdən biri yadplanetlilərə (UNO), digəri allaha digəri isə kofe ilə səhər yeməyinə inandığı kimi....

Öz inancınızla harmoniyada yaşayaraq-siz tamamilə sağlamsınız, amma o halda ki, siz öz inancınızı sübut etməyə çalışacaqsız-allaha inam, o sizi öldürməyə məcbur edəcək, UNO-ya inam-onlar tərəfindən daima əsir götürülməkdən qorxma düşüncələri, hər səhər bir çaşqa kofe sizin dünyagörünüşünüzün əsasını təşkil edəcək və həyatınızı dağıdacaq. Fizik sizə səmanın əslində mavi olmadığına dair arqumentlər gətirəcək, bioloq sübut edəcək ki, çəmən yaşıl deyil. Nəticədə siz özünüzü boş, soyuq və tamamən naməlum bir sahədə duyacaqsız, hansı ki, əslində elədir ki var. Fərqi yoxdur siz hansı əlamətlərlə dünyanı dərk edirsiz. Ona inandığınız sürəcə o mövcuddur-nə qədər ki siz onlarla mübarizə aparmırsınız onlar təhlükə törətmirlər"

Nərmin Beydizadə

İxtisas zoologiya (araxnologiya), AMEA doktorantı. Hal-hazırda Visegrad Fund təqaüdü dəstəyi ilə Cexiya Respublikası, Masaryk Universitetində (Brno) davranış biologiyası (hörümçəklərin trofik davranışı, yırtıcılıq strategiyaları və onun təkamülü) dessiplinası üzrə tədqiqatçıdır.