Bulud (Cloud) texnologiyaları

   Milyardlarla insan hər gün öz bank hesablarını yoxlamaq üçün Facebook`da öz şəkillərini paylaşırlar.

Universal icazə

   Bir çoxu buludun İnternet olduğuna inanır, lakin Deloitte Consulting-də bulud müşaviri və baş strateqist Devid Lintikum (David Linthicum) deyir ki, "bu sadəcə bir əlaqə mexanizmindən başqa bir şey deyil". İnformasiya texnologiyaları dairələrində bulud - sadəcə “başqa birisinin kompyuteri” ifadəsinin qısaltmasıdır. Hərfi mənada desək, başqalarının kompyuterləridir.

  Bahalı program təminatlarına pul ödəyib sonra orada kifayət qədər boş yerinizin qaldığı haqda narahatçılıq keçirdiyiniz günlər artıq geridə qalmaqdadır. Bir yerə səyahət etmək üçün Uber`dən istifadə edirsiniz? Və ya “Facebook Foto” vasitəsi ilə nəvələrinizin şəkillərinə baxmağı xoşlayırsınız? Bulud texnologiyası olmadan bunların heç biri var ola bilməzdi. “Bunlar (fotolar, informasiyalar) sizin telefonunuzda yerləşmir. Onlar bəzi informasiya emalı mərkəzlərində yerləşir.” - Lintikum deyir. Bu (bulud) doğurdan da valehedicidir çünki, siz onun haradasa uzaqlarda bir yerdə olduğunu ümumiyyətlə hiss etmirsiniz.

  Ən yaxşısı isə bilirisiniz nədir? Sizin bunu (buludu) istifadə etməyiniz üçün onun işləmə məntiqini anlamağınıza ehtiyac yoxdur. Siz bu işi Amazon, Google, İBM və İntel kimi şirkətlərə havalə edə bilərsiniz. Hansı ki, bu şirkətlər bulud hesablama texnologiyalarına böyük əmək və güc sərf edərək onları həm adi istifadəçilər üçün həm də böyük kompaniyalar üçün əl çatan etmişlər.

Bulud texnologiyasının 3 əsas təbəqəsi

    Program təminatı bir xidmət kimi. (PTXK) 

   Siz gündəlik istifadədə ən çox bununla qarşılarşırsınız. PTXK istifadəçilərə öz istifadə etdikləri tətbiqlərin arxa planının işlənib hazırlanması üçün bulud provayderlərinə ödəniş etmələrinə imkan yaradır. İstənilən ümumistifadədə olan və həm də bir tətbiq (program) kimi istifadə oluna bilən veb-sayt mütləq PTXK kateqoriyasına daxildir. Məsələn Google Docs, Gmail, Microsoft 365.

     İnfrastruktur bir xidmət kimi (İXK)

   Bu müəssisələrə bulud texnologiyasının qorunub saxlanılması üçün avadanlıqları icarəyə götürməyə (verməyə) şərait yaradır. Kompaniyalar öz program təminatları üzərindəki nəzarəti əllərində saxlayırlar ancaq, avadanlıqları, informasiya saxlanma yerlərini və onların texniki qulluğunu Amazon, Microsoft Azure, Google Cloud və Alibaba kimi İXK provayderlərinə həvalə edilər.

      Platforma bir xidmət kimi (PXK)

    Müxtəlif program tərtibaçılarını diqqət mərkəzinə alaraq PXK provayderləri - öz şəxsi kompyuterlərini istifadə etmədən - kənardan qoşulma mümkün olan platformalar təqdim edir. Bu isə bizim də xoşumuza gələn bir çox bulud servisləri və tətbiqlərinin sürətli şəkildə yaradılmasına kömək edir. Engine Yard bunlara misal ola bilər.

Bulud texnologiyasının keçmişi

    Bulud texnologiyası hansısa bir hadisədən yaranmadı və hansısa tək bir insanın ideası deyildi. 1950-60-cı illərdə bir neçə kompyuter mütəxəssisi bu konsepsiyanı ortaya qoymuşdular. Ancaq 2000-ci illərdə yüksəksürətli və hərkəs üçün əl çatan internet dövrünün başlaması ilə bu ideya reallığa çevrilməyə başladı. “Bulud texnologiyaları” termininə gəldikdə isə, bəziləri deyir ki, Google və Amazon şirkətləri ilk dəfə 2006-cı ildə bu termini istifadə etmişdilər. Ancaq MİT Technology Review nəşri Compaq şirkətinin 1996-cı ilə olan biznes planında bu frazaya rast gəldiyi iddia edir.

Məlumat mərkəzləri

  Bütün dünyada məlumat emalı mərkəzləri özlərində minlərlə güclü kompyuterlər cəmləşdirirlər hansı ki, biz bunlara Serverlər deyirik. Bu qədər avadanlığın billikdə işlədiyi məkanların ölçüləri bəzən 10 futbol meydançası qədər ola bilir. Siz Facebookda hansısa məlumatın üzərində düyməni basdıqda bu mərkəzləridəki kompyuterlər informasiyanı emal edir və sizə çatdırır.

   Bucür bulud məlumat mərkəzlərinin işə salınması üçün böyük miqdarda enerji tələb olunur. ABŞ-da 3 milyondan çox məlumat işlənmə və saxlanılma mərkəzləri fəaliyyət göstərir. Bu mərkəzlər ümumilikdə 6,5 milyon ailənin istifadə edə biləcəyi qədər enerji tələbatına malikdirlər, bu da ABŞ-ın ümumi enerji sərfiyyatının 2%-i deməkdir.

Təhlükəsizlik

   Məlumatları buludda saxlamaq onların təhlükəsizliyinə bir-başa nəzarət edə bilməmək deməkdir ki, bu da çox qorxuducudur. Ancaq bulud texnologiyaları düşündüyünüzdən daha təhlükəsizdir. Google və Linux kimi meqa provayderlər bu texnologiyanın qorunması və təhlükəsizliyinə nəzarət üçün yüzlərlə insanla birlikdə çalışırlar. Buna görə də sizin məlumatlarınız buludda daha təhlükəsiz əllərdədir nəyin ki, məlumatlarınızı sabit bir yerdə yığıb saxlayan hansısa özəl şirkətin məlumat bazalarında. Ancaq bu o demək deyil ki, bulud texnologiyasını sındırmaq mümkün deyil. Spectre və Meltdown adladırılan boşluqlar 2018-ci ilin əvvəllərində ciddi problemlər olaraq gündəm başlıqlarını bəzəyirdi. Çünki onlar praktik olaraq bütün kompyuterlərə və serverlərə təsir edə bilirdi.

   Bir çox bulud texnologiyası xidmətləri təklif edən şirkətlər sizin informasiyanız onların serverlərinə daxil olana qədər artıq onları kod halına salır. Buna şifrələmə (encryption) deyirlər. Əgər onlar bunu təmin edə bilmirsə siz internetdə bu işi görən müxtəlif onlayn tətbiqlər tapa bilərsiniz. Beləliklə standart qaydalara baxsaq, hər zaman bacardığınız qədər çətin şifrələr yaratmağa çalışın ki, onları qıra bilmək də bir o qədər çətin olsun. “Ümumi təhlükəsizliyin səviyyəsi şəxsi hesab sahibi olan adi insanların əqli gücünün səviyyəsi ilə bir başa əlaqəlidir” - Devid Lintikum qeyd edir.

Üzeyir Ağazadə

Yaşıl Elm platformasının texniki işlər üzrə təşkilatçısı, araşdırmaçı, yazar, İnformasiya və kommunikasiya texnologiyaları üzrə mütəxəssis, elmi tədqiqatçı.