Davranış qızdırması (behavioral fever)

Vəhşi təbiətdə özünümüdafiə deyəndə, komuflyaj, mimikriya, hərəkətsizlik, özünün ölülüyü vurma və s düşünürük. Bu metodların arasına infeksiyaya tutularkən bədəndə qızdırmanın qalxması ilə olan metobalik müdafiə (istiqanlı heyvanlarda və bizdə) də aid edilir. Çünki qızdırma bədəndə patogeni öldürməyə effektiv müdafiə üsuludur. Bəs metobalik qızdırma yarada bilməyən ektotermik (soyuqqanlı) heyvanlar nə etsin??

Davranış qızdırması, experimental olaraq ilk dəfə 1970-ci illərdə səhra iquanasına keyləşdirilmiş bakteriya yeridilməsi ilə başladı. İynə yeridlmiş iquanalara yalnız iki temperatur seçimi verilərkən o qaynar mühiti seçərək bədən temperaturunu max. yüksəldir. Sonra bu experiment, bədəninə endotoxin yeridilən tarakan üzərində sınaqdan keçirildi. Belə tarakan lazım olduğundan daha çox hiperaktivlik edə bilər, bitkilərin gövdəsi boyu yuxarı dırmaşa bilər (bu onun normal davrnışına xas deyil). Ev milçəyinin təbii patogeni olan parazitik göbələyə tutulan milçəklər əgər infeksiyanın ilk 3 günündə çox isti bir mühit tapmasalar, 5 gün ərzində ölürlər. Xəstəliyə tutulan milçəklər özlərini qəribə aparırlar məs., istilik sistemlərinin ətrafında dolaşırlar. Bu soyuqqanlı heyvanlar üçün ölüm-dirim məsələsidir. Lakin bunun tam tərsi olan hallar da vardır. Bəzi növlər infeksiyanın infişafını gecikdirmək üçün özlərini soyuq mühitə atırlar. Bu, parazitlə sahib arasında sonsuz davam edən müharibə kimidir. Lakin bir çox çətin məsələ var: necə təyin edək ki, sahib organizm özünü müdafiə üçün (infeksiyanı öldürmək) belə davranış sərgiləyir, yoxsa onu buna elə manipulativ parazitin özü təhrik edir? Kimdir burada qazanan və itirən? Yaxud bəlkə biz bu bilikləri, istiliyə sensitiv olan patogenlərə qarşı biokontrolda istifadə edə bilərik? Yaxud bəlkə elə endotermik (istiqanlı heyvanlar, metobalik qızdırma yarada bilən) əlamət, parazitlə-sahib organizm arasındakı müharibənin nəticəsi olaraq meydana çıxıb?..

Nərmin Beydizadə

İxtisas zoologiya (araxnologiya), AMEA doktorantı. Hal-hazırda Visegrad Fund təqaüdü dəstəyi ilə Cexiya Respublikası, Masaryk Universitetində (Brno) davranış biologiyası (hörümçəklərin trofik davranışı, yırtıcılıq strategiyaları və onun təkamülü) dessiplinası üzrə tədqiqatçı.