DNT ilə milliyyəti necə öyrənmək olar?

  DNT araşdırmaları insan üçün xeyli sayda maraqlı və çox faydalı məlumatlar almaq imkanı verir. DNT laboratoriyalarında, hətta qeyri-invaziv metoddan istifadə etməklə, dölün rezus faktorunu, ehtimal olunan qohumlarla doğmalığını müəyyənləşdirmək və mürəkkəb hüquqi məsələləri həll etmək mümkün olur. Bundan başqa, bizim DNT-miz böyük genealoji (şəcərə) informasiya məkanıdır. DNT-də müəyyən lokuslar bir etnosun nümayəndələri üçün səciyyəvi olduğuna görə genetiklər insnın əcdadlarının mənşəyini müəyyənləşdirmək üçün DNT – testlərdən istifadə edə bilirlər. Əcdadlarımız min illər əzində minlərlə miqrasiyalardan keçib, qarışıq nikahlara daxil olublar və buna görə də milliyyət üçün testlərin nəticələri müxtəlif etnoslara mənsub olmanın faiz nisbətindən ibarətdir.

DNT ÜZRƏ MƏNŞƏYİN MÜƏYYƏNLƏŞDİRİLMƏSİ METODLARI 
DNT-nin köməyilə insanın mənşəyinin üç elmi metodu mövcuddur:

     Autosom DNT analizi. Sizi etnik tərkibinizdən bəhs edə bilər, sizin etnosunuza min il ərzində öz töhfəsini vermiş qrupları aşkar etməyə kömək edir. Analiz üçün qeyri-cinsi xromosomlardan – valideynlərimizdən miras aldığımız 23 cüt xromosomun 22-dən istifadə olunur. Test həm kişilərə, həm də qadınlara uyğundur. 

    Mitoxondrial DNT analizi. Bu test ana xətti ilə əcdadlarınızın miqrasiya (köç) yollarını müəyyənləşdirməyə imkan yaradır. Mitoxondrial DNT hər iki cinsdəmn olan övladlar tərəfindən miras alınır, buna görə də bu növ tədqiqat hər kəs üçün keçərlidir. 

      Y-DNT analizi. Y-xromosomu yalnız cinsi müəyyən etmir, həm də dezoksiribonuklein turşusunun markerlərində böyük miqdarda genealoji infomasiyaya malikdir. Yalnız kişilər bu testdən keçə bilərlər, belə ki, qadınlarda Y-xromosomu yoxdur, buna baxmayaraq, qadınlar ata xətti ilə yaxın qohumlarını, məsələn, ata, qardaş, əmi və s. testdən keçirərək lazımi informasiyanı əldə edə bilərlər.

MİLLİYYƏTİ DNT İLƏ NECƏ MÜƏYYƏNLƏŞDİRMƏK OLAR?

    DNT ilə miliyyəti nevə öyrənmək olar? Bütün genealoji DNT testlərinin əsas xüsusiyyəti bizim DNT-mizə öz töhfəsini vermiş bütün etnik qrupların sxemini göstərməkdir. Testin nəticəsi, adətən, siyahı, dairəvi diaqram, yaxud xəritə şəklində təqdim olunur. Genealoji testdən aldığınız əsas nəticələrdən biri sizin etnik mənsubiyyətinizin qiymətləndirilməsidir. Burada açar söz “qiymətləndirmə”dir, belə ki, sizin DNT-nizin allelləri idarəetmə panelində toplanmış genetik profillərlə müqayisə olunur.

    İdarəetmə panelini təşkil edən insanlar elə seçiliblər ki, onlar müəyyən regionda kök salmış şəcərəyə malik olsunlar. Bütövlükdə, DNT testləri bütün dünya üzrə 150 regionu əhatə edir. Bu müxtəlif sahələrin hər biri ilə sizin DNT-nizin müqayisəsi aparılır və buna görə də faizlərlə alınan nəticələr sizə əcdadlarınızın haradan gəldiyini bildirə bilər. Faiz nisbəti ilə nəticələri əldə edərək, siz görəcəksiniz ki, məsələn, etnik mənsubiyyətinizin 85%-i Şərqi Avropadan gəlir. Bu nəticə, adətən, daha dar regionlar üzrə bölünür, məsələn, Polşa, Ukrayna, Serbiya.

     Beləliklə, araşdırmanın nəticəsində siz öyrənə bilərsiniz:

1. Hansı etnosa mənsubsunuz. Belə etnik qrupların sayı dörddür – Avropa, Afrika, Şərqi-Asiya və ya Cənub-Şərqi;

2. Genetik kodunuzda hansı irqin əlamətləri üstünlük təşkil edir;

3. Başqa şəxslərlə və məşhur insanlarla mümkün qohumluğunuz haqqında tam məlumat toplamağa imkan verən şəcərə mənsubiyyətini;

4. Əcdadlarınızın necə köç etdiyini.

     Həmçinin dəqiqləşdirmək lazımdır ki, etnik qrup anlayışı milliyyətlə eynilik təşkil etmir. Milliyyət – sosial quruluş, siyasi anlayışdır, fərdin dilin, dinin, ənənələrin ümumilik əlaməti üzrə özünü necə müəyyənləşdirməsidir. Buna görə də “DNT insanın milliyyətini müəyyənləşdirə bilərmi?” sualına düzəlişlə “Bəli” cavabı verilməlidir, belə ki, burada “milliyyət” dedikdə, etnik qrupa mənsubiyyət başa düşülür.


HANSI TESTİ SEÇMƏLİ?


    Hər üç test etnik mənsubiyyətin müəyyənləşdirilməsində müxtəlif imkanlara malikdir. Autosom testlə son 5-6 nəsil ərzində sizin etnik varisliyiniz barədə təsəvvür yaradır və bu onunla bağlıdır ki, əcdadlarınızın sayı keçmişə getdikcə dörünəcək dərəcədə çoxalır. Təəssüf ki, autosomlar mayalanmadan sonra çox tezliklə birləşir, buna görə də autosomlarımızın hansı hissələrinin atadan və ya anadan gəldiyini müəyyənləşdirmək mümkün deyil. Beləliklə, etnik mənsubiyyətə dair test etbik mənsubiyyət haqqında kobinə edilmiş təsəvvür yaradır. 5 nəsildən əvvələ əcdadlarınızın etbik qrupları haqqında əhəmiyyətli məlumat almaq, praktik olaraq mümkün deyil. Buna baxmayaraq, autosom DNT testləri sağ olan qohumlarınızın axtarışı və şəcərə ağacınızın yaradılması üçün istifadə oluna bilər.


     Ana və ata xətti üzrə testlər daha geniş məlumatlar təklif edirlər – onlar 200 000 il əvvələdək əcdadlarınızın köç yollarını təqdim edirlər. Laboratoriyada mənşə üçün DNT testi etdirmək üçün bioloji material təqdim etmək zəruridir. Standart material yanağın daxili tərəfindən applikator ilə toplanan bukkal epitelidir. Bu, rahat və tamamilə ağrısız prosedurdur və xüsusi dəstin köməyilə ev şəraitində yerinə yetirmək olar. Vacib olan təlimata əməl etmək vı applikatorun çirklənməsinə yol verməməkdir.  


       Əgər siz başqa insanları, məsələn vəfat etmiş qohumlarınızı test etdimək istəyirsinizsə, qeyri-standart materiallardan istifadə etmək olar – bu, onlarn bioloji maye izlərinin olduğu şəzsi əşyaları, tükləri, təraş ülgücləri, siqaret kötükləri və s. ola bilər. Genealoji araşdırmalar - ən uzun, mürəkkəb və bahalı araşdırmalardır. Y-xromosom üzrə analizlər 15 gün, mitoxondrial DNT üzrə 50 gün çəkir. DNT vasitəsilə haploqrupların müəyyənləşdirilməsi dəqiqdir və əcdadların mənsubiyyəti haqqında ətraflı məlumat almağa imkan verir. Mövcud DNT testləri etnik qrupun müəyyənləşdirilməsini 85% yəqinliklə yerinə yetirir

Taryel Abdullayev

Yaşıl Elm Platformasının Baş Redaktoru