Döymə (Tatoo) nədir ? Necə istifadə edilir?

Döymələr (tatoo) çox qədim zamanlardan insan bədəninə həkk edilir. Bir çoxumuzun bunlardan xəbəri yoxdur : məsələn, tapılan ən köhnə tatoo izi, günümüzdən 8000 il qədər öncə, bugünkü Peruda (Cənubi Amerika) yaşayan bir qəbiləyə aiddir.


Bildiyimiz kimi insanlar, digər bütün heyvanlar kimi dərilərini tökürlər. Əgər rəqəmlərlə göstərsək , orta hesabla bir insan hər saat 40.000, yəni gündə təxminən 1.000.000 dəri hüceyrəsi itirir.
Bu hüceyrələr bədənimizdən ayrılır və yerə tökülür. Bəs bədənə həkk olunan o rəngələr nəyə görə bu ölü dərilərlə bərabər yox olub getmir ?


Sualın qısa cavabı , təxmin edilə bilinəcəyi kimi, döymə boyaların (pigment), gündəlik olaraq tökdüyümüz dəri təbəqəsinin daha alt hissələrinə çatacaq şəkildə bədənə yerləşdirilir.
Günümüzdə istifadə edilən döymə iynələrinin babası , Thomas Edisonun ```oyma`` qurğusundan ilham alınaraq icad edilmişdir.


Döymə iynəsi bədənə hər girişində, bir deşik açır və bədəndə yara izi qoyur. Bu da, normal olaraq, bədənin qoruyucu sistemini işə salır və müdafiə hüceyrələri iynənin girdiyi yara hissəsinə dolub, yaranı sağaltmağa çalışırlar.


Bədənimizin bu müdafiə xüsusiyyəti, əslində döymələri qalıcı edən ana ünsürdür.
Bəs döymələri silmək mümkündürmü? Texniki olaraq, bəli. Modern texnologiya sayəsində, lazerlər dərinin istədiyiniz qədər dərinliyinə çata bilirlər. Müxtəlif dalğa ölçüləri istifadə edən bu lazerlər, boya zərrələrini hədəf alaraq yox edirlər.

Taryel Abdullayev

Yaşıl Elm Platformasının baş redaktoruyam. MAA - Hüquq fakültəsin bitirmişəm. Hal-hazırda isə Odlar Yurdu Universitetində beynelxalq münasibətlər üzrə ikinci təhsil alıram.