Elektrik Maşınları: 1-ci Hissə

   Əsrlərdir Elektrik enerjisi insanlar tərəfindən istifadə olunur və özünün pik həddinə çatır. Artıq bütün evlərdə lampa yanır, ev alətlərindən tutmuş yüksək sənaye fabrikalarına qədər hər yerdə Elektrik Enerji və elektrik enerjisi ilə çalışan cihazlar görürük. Təbii ki, bir yazıya bütün elektrik cihazların yerləşdirmək ağılsızlıq olar. Ona görə bu yazıda Elektrik enerjisinin istehsal edilməsində rol oynayan və sənayedə daha çox yayılan Elektrik Mühərrikləri barədə məlumat verəcəm.  Eleketrik Mühərriklərinin özüdə dərin sahə oldugundan yazını bir neçə hissəyə bölərək, birinci-yəni bu hissədə Transformatorlar barədə məlumat verəcəm. Növbəti hissələrdə isə Dəyişən cərəyan Maşınları(Sinxron və Asinxron) ,Sabit cərəyan maşınları və s barədə məlumatlar görəcəksiz.
 

   Alternativ Cərəyanı həmən-həmən hamınız bilirsiz nə oldugunu. Qısaca xatırlatma etməkdə yenə də fayda var. 

   Elektrik cərəyanın iki yerə bölə bilərik:
   1. Sabit Cərəyan. (DC-DİRECT CURRENT)
   2. Dəyişən(Alternativ) Cərəyan. (ALTERNATİV CURRENT)


    Alternativ cərəyan, bizim dildə Dəyişən cərəyan budur ki, Cərayanın şiddəti və yönü zaman görə dəyişir. Sabit qalmır. Ən çox istifadə edilən dalga növu isə Sinus dalğasıdır. Göstərmək məqsədli yəni. Sinus dalğasının grafikinə baxsaz görəcəksiz ki, Periodik funksiyadır və zamana görə həm yönü həm də şiddəti dəyişir. İEEE standartlarına görə Dəyişən cərəyan Tezliyi 50-60 Hz olan sinus və ya kosinus dalğasıdır. Ancaq başqa ədəbiyyatlarda Üçbucaq, kvadratik dalğa şəkillərində görə bilərsiz. Bu qədər bilgidən sonra keçək Dəyişən Cərəyan Mühərrikləri və Transformatorlara.


   Transformatorlar  

   Transformatorlar Dəyişən cərəyanla işləyən statik(durgun-tərpənməz) Elektrik Maşınlarıdır.  Yəni sabit cərəyanda transformatorlar çalışmaz. Və transformatorların işləmə prinsipi Elektromaqnit induksiya hadisəsinə əsaslanır. Bunu biraz daha aydınladaq. Transformator adı verilən elektrik maşınları, Dəmir Nüvədən və bu nüvə üzərinə sarılmış keçirici bobin tellərindən ibarət olan bir sistemdir. Ən sadə halı ilə təbii ki. Yoxsa transformatların quruluşu barədə danışmağa başlasaq günlər yetməz.


   Transformatorun giriş ucuna Primer, Çıxış ucuna isə Sekonder adı verilib. Belə ki, giriş ucu olan Primerdən dəyişən cərəyan tətbiq etdikdə, burada keçirici tellər ətrafında bir elektromaqnit induksiya hadisəsi baş verir və M.Faradayın qanuna əsaslanaraq, digər bölgədəki(Sekonder tərəfindəki) keçirici tellər üzərində bir gərglinlik yüklənmiş olur. Buna görədə Transformatorlarda heç bir elektrik dövrə əlaqəsi olmadan, bir bölgədən(Primerdən) digər bölgəyə( sekonder) gərginlik ötürülmüş olur. Bunu belə təsəvvür edə bilərsiz.

   Düşünün ki,  Əlinizdə Dəmir nüvə var və onun bir tərəfinə keçirici tellər sarıyırsız. Daha sonra Nüvənin ikinci tərəfində eyni qaydayla sarıyırsız. Bu iki keçirici tel bir birinə təmas etmir. Biri Primer tərəfinin sargısıdır, digəri isə Sekonder tərəfin.daha sonra Primer tərəfi şəbəkəyə bağlayırsız.  Primer tərəfdə dəyişən cərəyan nəticəsində bir maqnit sahəsi yaranır. Buna İnduksiya deyilir. Yəni keçirici teldən dəyişən cərəyan keçdikdə ətrafında  maqnt induksiyası  sahəsi yaranır və bu induksiya digər keçirici telə təsir etdikdə orada bir gərginlik yüklənir. Ən sadə dildə Transformatorların çalışması bu cürdür.  Aşağıdaki rəsmlərdə görə bilərsiz daha detaylı.


Image result for trafo nedir
 

    Transformatorların əsas məqsədi gərginliyi və ya cərəyanı istənilən ölçüdə Kiçiltmək və ya yüksəltməkdir. Buna görədə əsasən, Yüksəldici Transformator və Alçaldıcı Transformatorlar olaraq bölünür. Maraqlısı budurki necə olur Gərglinliyi alçaldır və ya yüksəldir. Bu yuxarıda qeyd etdiyimiz Sarğılarla əlaqəlidir. Primerdəki sarğı sayı Sekonder sarğı sayından çox olsa , Transformator Açlaldıcı olacaq. Tərsi olsa yəni, Sekonder sargı sayı Primer sargı sayından daha çox olsa o zaman Transformator Yüksəldici olacaq. Formulları yuxardakı rəsmdə verilmişdir.

Transformatorların başqa növləridə var və onlar aşağıda sıralanmışdır.

Cərəyan Transformatoru.
Gərglinlik Transformatöru.
Yuxarıdaki iki Transformator əsasən Ölçü məqsədilə istifadə olunur.
Güc Transformatorları.
Paylayıcı Transformatorları.
İzolasyon Transformatorları.
AvtoTransformatorlar.
Quru tip Transformatorlar
Yağlı Tip transoformatorlar.
Qaynaq Transformatorları.

   Elektronikada isə istifadə yeri, fərqli dövrələrdəki yüksəldiciləri birləşdirmək, sabit cərəyan dalğalarını daha yüksək dəyərdəki dəyişən cərəyana çevirmək və sadəcə bəlli tezlikləri keçirmək məqsədilədə istifadə edilir. Gördüyünüz kimi Transformatorların istifadə yerində limit çox azdır. Adicə evimizə gələn elektrik enerjisi , Transformatorlar sayəsində Elektrik Stansiyasında yüksəldilir, daha sonra işlədicilərə çatdıqda yenidən istənən dəyərə(380 V,220V,110 V) endirilir və istifadəyə verilir. Transformatorun hesabları və dizaynı elədə asan olmadığından o məsələlərə girməyi məqbul hesab etmirəm. Umumi Prinsipini, növlərini bilsək zənnimcə daha yaxşı olar.


    Bu hissədə Transformatorlar barədə ümumi bilgi verdik. Növbəti hissədə isə digər Elektrik  Maşınları barədə məlumat alacaqsız.

Sadiq Şamilov

Fizik, elektrik mühəndisi. Sakarya Universiteti, Texnologiya bölümü, Elektrik-elektronika mühəndisliyi ixtisası, Hədəf STEM Liseyi elektrik mühəndisi və fizika müəllimi.