Elektrik maşınları: 3-cü hissə

    Bundan əvvəlki yazılarımızda müxtəlif növ Elektrik Maşınlarını-Mühərriklərini Tanıdıq. Əvvəlcə sabit maşın olan Transformator haqqında bilgi edindin, daha sonra isə Dəyişən Cərəyan Mühərrikləri Asinxron mühərrik haqqında da bilgi çərçivəmizi genişlətdik. İndi növbə çatdı Sabit Cərəyan Mühərriklərinə. Öncə sabit cərəyan haqqında qısa bilgi edinək sonra isə mühərrikə keçək.

    Sabit Cərəyan: Zamana görə yönü və şiddəti dəyişməyən cərəyandır.Örnək üzərində daha yaxşı başa düşmək olar. Məsələn Bataryalar. Sabit olaraq 9V luq batarya sabit gərginlik mənbəsi kimi sabit cərəyanın yaranmasına səbəb olur. Grafik oxunda baxsaq görərik ki, grafikdə bir cərəyan qiyməti alır və onda da sabitlənir. Daha dəyişən cərəyan kimi zamana görə dəyişmir. Y=k funksiyası kimi ifadə edilə bilər.

Sabit Cərəyan Mühərrikləri

   Elektrik Enerjisini Mexaniki enerjiyə çevirən qurğulardır. Həm Motor həm də Generator rejimdə işləyərək enerji transferiniv hər iki istiqamətdə də ötürə bilir. Gündəlik həyatımızda sıx-sıx rast gələ bilərik Sabit Cərəyan Motorlarına.
İndi isə detallarını gözdən keçirək, tanıyaq. Daha sonra işləmə prinsipinə nəzər salaq. Bu zaman anlaması daha rahat olacaqdır.

Sabit Cərəyan Mühərriklərinin Detalları:

   Sabit cərəyan motorlarıda digər motorlar kimi Sabit və Fırlanan hissələrdən ibarətdirlər. Sabit hissə Stator, fırlanan Hissə isə Rotor adlanır. Ancaq Dəyişən Cərəyan Motorlarından fərqli olaraq başqa detallarda burada işin içinə girir və önəm kəsb edir.

İnduktor-Stator

    Motorun xaricində qalan və sabit hissəsidir. Karkas üzərinə yerləşdirilmiş ana və yardımcı qütblər və bunların üstündəki sarğılardan meydana gəlmişdir. Maqnit cərəyanın yaranmasını təmin edir. Motordakı sarğılar Sabit Cərəyanla bəslənir(adıda buradan gəlmişdir). Bu Motorlarda Maqnit sahəsi İnduktorda yaranır və bunun yanında İnduktora Qütblərdə deyə bilərik. Stator Karkasına yerləşdirilmiş Qütblər, dəmir sac lövhələrin paketlənməsi ilə  düzəldilmişdir.

Armatur-Rotor

   Armatur keçiriciliyi daşıyan və gərginliyin induksiyalandığı qisimdir ki, Sabit Cərəyan Motorlarını dönən bölümünə də  Armatur deyilir. Armatur milindən mexanik enerji alınır. Rotor isə maqnit sahəsində fırlanar. Armatur, polad bir mil üzərinə preslənmiş Rotor sac paketlərindən, bu sac paketi oluqlara döşənmiş armatur sarğılarından və  sarğı uclarının bağlandığı  bir Kollektordan ibarətdir. Rotor cərəyanı Fırça adı verilən kömür çubuqlarla Kollektor dediyimiz Mis lamalardan meydana gələn qisimlərdən verilir.

Kollektor

   Kollektor sayəsində Sabit Cərəyan Motorlarında Armatura gərginliyin keçirilməsi təmin edilir. Statorda yaranan Dəyişən Gərglinlik Kollektor tərəfindən düzləşdirilir və Fırçalarında köməyi ilə xarici dövrəyə verilir. Kollektor bir-birindən tək-tək izolə edilmiş sərt mis lövhələrdən ibarətdir. Kollektor dilimləri arası gərginlik fərqi 15 V-u aşmayacaq şəkildə istehsal edilir.

Fırça 

   Xarici dövrədəki cərəyanın yenidən Armatura ötürülməsini təmin etmək üçün istifadə edilir. Kömürdən istehsal edilir və  aşınmaya ən çox məruz qalan detaldır. Kollektor ilə elektrik bağlantısını təmin edən Fırçalar, Fırça TutucularıFırça Daşıyıcıları bir-birinə montajlanır. Fırça tutucuları, fırçaların kollektor üzərində durmasını və motorun çalışma zamanı bu sabitliyin qorunmasını təmin edirlər.

Yataqlar və  Qapaqlar

   Sabit Cərəyan Motorlarında özü-özlüyündən yağlanan metal yataqlar istifadə edilir. Bu yataqlar Motorun sakit və  az itki ilə çalışmasını  təmin edir. Sabit Cərəyan Motorlarında Bilərzikli və Rulmanlı yataqlar istifadə olunur. Qapaqları isə bilirik ki, Maşının xaricində istifadə edilən detallardır və xarici təsirlərdən qorumağa xidmət edir. Bu saydıqlarımız yanında Sabit Cərəyan Motorlarında, Klemens, Kablo, Motor Daşıma qarmaqları və sairə detallarda vardır. Biz ancaq ön önəmli hissələr haqqında bilgi verdik.
    Bu saydığımız detalları aşağıdakı rəsmlərdə dah açıq şəkildə görə bilərsiniz:


Image result for dc motor parçaları

Sabit Cərəyan Motorlarının İşləmə Prinsipi

   Sabit Cərəyan Motoru,Rotor və Statorda meydana gələn maqnit sahəsinin bir-birini itələməsi və çəkməsi prinsipinə dayanaraq işləyirlər. Stator üzərində Meydana gələn sabit N-S qütbləri, rotorda meydana gələn sabit maqnit sahəsini itələməsi və çəkməsi ilə bir fırlanma-dönmə yaranır. Rotor və Stator sarğılarının eyni ox üzərində gəlib durmaması üçün birdən çox sarğı yaradılır. Sarğı, rotor üzərindəki kollektorda durur. Kollektrodakı gərglinlik, kömür fırça ilə ötürülür. İndi isə bu maqnit sahəsi necə yaranır ona nəzər salaq:

   Maqnit sahəsində yerləşdirilmiş cərəyan keçən teldə qüvvənin yaranması Mexaniki hərəkətini qaynağıdır. Bu hərəkət, Sağ əl qaydası dediyimiz: Cərəyan(I), Maqnit sahəsi(B) və Qüvvə(F)dediyimiz məhfumların bir-birlərinə dik olduğu sistem ilə açıqlanır. Altdakı şəkilə baxarkən görəcəyiniz üzrə, Şəkildəki maqnit sahəsinin cizgiləri N qütbündən- S qütbünə doğrudur və kəsilməzdir. Ancaq 1 və 2 nömrəli qollarda cərəyanların bir-birilərinə görə  tərs istiqamətdə  olması , yaradacaqları qüvvələrində tərs istiqamətdə olmasına gətirib çıxarır(F1 və F2) . Bu tərs yönlü qüvvələr dönmə hərəkətinin yaranmasına təkan verir və daimi bir dönmə yaradaraq bizə lazım olan Mexaniki enerjini bizə verirlər.

Sabit Cərəyan Motor Çeşitləri 

1. Fırçasız Sabit Cərəyan Motorları:
- Şönt Motor
- Ardıcılı Motor
- Kompunt Motor.

2. Fırçaları Sabit Cərəyan Motorları:
- Sabit Maqnitli Motor
- Elektromaqnitli Motor
​​​​​​

Sabit Cərəyan Motorlarının İstifadə yerləri:

   Fotokopiya Cihazı, Printerlər, Skaner Cihazları,Tramvar, Troleybus,Kranlar, Liftlər, Mətbəələr, Aspiratorlar, Toxunuluq dəzgahlarında, Kağız Fabrikalarında və sairə yerlərdə istifadə edilir. Artıq bu hissədə də Sabit Cərəyan Mühərriklərini-Motorları haqqında bilgi sahibi olduq. Detallarını, İşləmə Prinsipini və istifadə yerləri haqqında az da olsa təsəvvürümüz yarandı.


 

Sadiq Şamilov

Fizik, elektrik mühəndisi. Sakarya Universiteti, Texnologiya bölümü, Elektrik-elektronika mühəndisliyi ixtisası, Hədəf STEM Liseyi elektrik mühəndisi və fizika müəllimi.