Futbol meydançası böyüklüyündə kvant kompüter yaradılır

   Britaniyadan olan mütəxəssislər ölçüsünə görə futbol meydançası ilə müqayisə oluna biləcək yeni kvant kompüter yaratmağı planlaşdırırlar. Qeyd edilir ki, digər qurğuların milyon və ya milyard ilə aparacağı güman edilən hesablama əməliyyatlarını yeni kompüter daha sürətli yerinə yetirəcək.

    Texnikanın təxminən 125 milyon ABŞ dollarına başa gələcəyi hesab edilir. Layihənin başında Sasseks universitetini təmsil edən alimlər durur. Mütəxəssislərin dediyinə görə, kvant kompüter birləşdirilmiş və vakuum mühitə yerləşdirilmiş modullarla təchiz ediləcək. Modulların içərisinə əlavə olunan ionlar köməyilə sxem elementləri və ya məntiqi ventillər yaranacaq, bu isə öz növbəsində çətin məntiqi əməliyyatların həllini mümkün edəcək.

     Kvant kompüterlər - praktikada kvant mexanikası qanunları istifadə edildiyindən dolayı gücü eksponensial şəkildə artan xüsusi hesablama qurğularına deyilir. Alimlər qeyd edir ki, belə bir qurğunun həyata keçəcəyi təqdirdə Britaniya kvant kompüterlər sahəsində dünya liderinə çevriləcək. Digər elektron-hesablayıcı aparatların milyon illər boyu aparacağı hesablama işlərini yeni kvant kompüter dəfələrlə az müddətə başa vuracaq. Qeyd etmək vacibdir ki, yaxın gələcəkdə kvant kompüterlərin hazırki analoqları olan "primitiv" kompüterləri tamamilə əvəz edəcəyi gözlənilir.

Rəvan Quluzadə