Genetik cəhətdən dəyişdirilmiş orqanizmlər (GDO)

  İnsanlar ənənəvi yetişdirmə üsullarından istifadə edərək illərdir bitki və heyvanların genomlarını dəyişdirirlər. Xüsusi və arzu olunan xüsusiyyətlərə görə süni seleksiya, şirin qarğıdalıdanksüz pişiklərə qədər dəyişən müxtəlif orqanizmlərin var olmasına səbəb oldu. Ancaq bu süni seçmə, təbii olaraq meydana gələn dəyişikliklərlə məhdudlaşdı. Son onilliklərdə genetik mühəndisliyi sahəsindəki irəliləyişlər orqanizmə daxil olan genetik dəyişikliklərin dəqiq bir şəkildə kontrol edilməsinə imkan verdi. Bugün genetik mühəndisliyi sayəsində bir növdən tamamilə əlaqəli olmayan başqa bir növə yeni genlər daxil edə bilirik və bununla bir növ əkinçilik performansını optimallaşdırmaq və ya qiymətli farmasötik maddələrin istehsalı mümkün olur. Taxıl bitkiləri, əkinçilik heyvanları və torpaq bakteriyaları, genetik mühəndisliyinə məruz qalan canlıların ən əsas nümunələrindən biridir.

Genetik olaraq dəyişdirilmiş orqanizmlərin hazırki istifadəsi

   Kənd təsərrüfatı bitkiləri genetik cəhətdən dəyişdirilmiş orqanizmlərin (GDO) ən çox bilinən nümunələrindən biridir. Kənd təsərrüfatında genetik mühəndisliyinin bəzi üstünlükləri məhsuldarlığın artması, ərzaq və ya dərman istehsalının azaldılması, pestisidlərin azaldılması, qidalanma tərkibinin və qida keyfiyyətinin artması, zərərvericilərə və xəstəliklərə qarşı davamlılıq, daha çox ərzaq təhlükəsizliyi və dünyanın artan əhalisinə tibbi yardımlardan ibarətdir. Bu texnologiya sayəsində bitkilərin normalda heç cür inkişaf edəbilməyəcəkləri vəziyətlərə (alüminium, bor, duz, quraqlıq, don və digər ətraf mühitə təsir göstərən amillərin varlığında)  tolerantlığının artmasına və sürətli böyüməsinə köməklik edir (Takeda & Matsuoka, 2008). Bu texnologiyanın digər tətbiq sahələri qeyri-zülal (bioplastik) və qeyri-sənaye (bəzək bitkiləri) məhsullarının istehsalıdır. Bəzi heyvanlarda həm məhsuldarlığın artması və həm də xəstəliklərə qarşı həssaslığın azaldılması məqsədiylə genetik olaraq dəyişikliklər edilmişdir. Misal üçün, qızılbalıqlar həcimcə daha böyük olmaları, daha sürətli böyümələri və dəli-dana xəstəliyinə tolerant olmaları üçün genetik olaraq dəyişdirilmişlərdir (Amerika Birləşmiş Ştatları Enerji Departamenti, 2007).

Qəbul edilmiş genetik-modifikasiyalı ticari məhsullar

  1. Herbisid tolerantlığı-soya
  2. Böcək tolerantlığı-qarğıdalı
  3. Dəyişmiş yağ turşusu tərkibi-kanola
  4. Virus tolerantlığı-gavalı

İnkişafda olan məhsullar

  1. Vitamin baxımından zənginləşdirilmə-düyü
  2. Vaksinlər-tütün
  3. Oral vaksinlər-qarğıdalı
  4. Daha sürətli böyümə-koho qızılbalıq

   Əczaçılıq sənayesi GDO'ların istifadəsi üçün başqa bir sərhəddir. 1986-cı ildə insan böyümə hormonu bitkilərdə hazırlanan ilk zülal farmasevtik idi (Barta et al., 1986) və 1989-cu ildə ilk antikor istehsal edilmişdir (Hiatt və s., 1989). Hər iki tədqiqat qrupu tütündən istifadə etmişdir (Ma və digərləri, 2003). 2003-cü ildən etibarən bitkilərdə istehsal edilən antikorların bir neçə növü klinik sınaqlardan keçirildi. Genetik cəhətdən dəyişdirilmiş heyvanların istifadəsi tibb tədqiqatlarında da vacibdir. Transgenik heyvanlar müntəzəm olaraq insan genlərini və ya xüsusi genlərdə mutasiyalar daşımaq üçün böyüdülür, beləliklə müxtəlif xəstəliklərin inkişafı və genetik determinantların öyrənilməsinə imkan verir.

Potensial GMO tətbiqləri

  Bir çox sənaye sahəsi GMO-nun əlavə tədqiqatından faydalanır. Məsələn, bir sıra mikroorqanizmlər gələcəyin təmiz yanacaq istehsalçıları və bioparçalayıcıları olaraq hesab olunur. Bundan başqa, genetik cəhətdən modifikasiya edilən bitkilər rekombinant vaksinlər istehsal etmək üçün istifadə oluna bilər. Əslində, bitkilərdə ifadə edilən oral vaksinlərin istifadə konsepsiyası az inkişaf etmiş ölkələrdə xəstəliyin yayılmasının qarşısını almaq üçün mümkün həll yolu olaraq istifadə edilir. Hazırda Hepatit B virusu (HBV), enterotoksigenik Escherichia coli (ETEC) və Norwalk virusu üçün bitki mənşəli (kahı və kartof bitkiləri) peyvənd namizədlərini hazırlamaq üçün işlər davam edir. Elm adamları da bitki içərisində digər qiymətli zülalların istehsalı, məsələn, cərrahiyyə və ya toxuma dəyişdirilməsində istifadə olunan hörümçək ipək zülalları və polimerləri (Ma et al., 2003), mövzusunda araşdırmalar edirlər. Genetik cəhətdən dəyişdirilmiş heyvanlar ksenotransplantasiya konsepsiyasını inkişaf etdirmək üçün də istifadə edilirlər. GMO’ların hər nə qədər faydalı xüsusiyətləri olsa da insanlar hələ də onların törədəbiləcəyi potensiyal risklər mövzusunda narahatdırlar.

GMO'ların istifadəsini əhatə edən risklər və mübahisələr

   Köçürülən genlərin digər növlərdə təbii şəkildə var olmasına baxmayaraq, xarici gen ifadəsi vasitəsilə bir orqanizmin təbii vəziyyətini dəyişdirməyin bilinməyən nəticələri var. Bütün bunlardan ötəri belə dəyişikliklər orqanizmin metabolizmasını, böyümə sürətini və/vəya xarici ekoloji faktorlara cavabını dəyişdirə bilər. Bu nəticələr yalnız GMO’nun deyil, həm də orqanizmin yayılmasına imkan verən təbii mühitə də təsir göstərir. Insanlar üçün potensial sağlamlıq riskləri genetik cəhətdən dəyişdirilmiş qidalarda yeni alergenlerə məruz qalma ehtimalı ilə yanaşı antibiotiklərə davamlı genlərin bağırsaq florasına transferini də ehtiva edir.

   Pestisidlərin, herbisidlərin və digər orqanizmlərə qarşı antibiotik davamlılığının horizontal gen köçürülməsi insanları yalnız riskə salmaz, həm də ekoloji cəhətdən qeyri-bərabərlik yaradan, əvvəllər zərərsiz bitkilərin kontroldan çıxmasına imkan verəcək, beləliklə bitki və heyvanlar arasında xəstəliyin yayılması təşviq edilmiş olur. GMO və digər orqanizmlər arasında horizontal gen köçürmə ehtimalı inkar edilə bilməyəcək dərəcədə olsa da, əslində bu risk realda olduqca aşağı səviyədədir. Horizontal gen köçürməsi təbii olaraq çox aşağı səviyyədə baş verir.

Digər növlərə istənməyən təsirlər: Bt Qarğıdalı Mübahisəsi

   Genetik cəhətdən dəyişdirilmiş bir bitkinin istifadəsi ilə bağlı ictimai müzakirələrin bir nümunəsi Bt qarğıdalı çeşididir. Bt qarğıdalı Bacillus thuringiensis bakteriyasına aid bir zülalı ifadə edir. Rekombinant qarğıdalı istehsalından əvvəl, uzun müddətdir monarx tırtılları daxil olmaqla bir çox həşərat üçün zəhərli olan zülal olaraq tanınmışdı və bir neçə ildir ətraf mühitə uyğun insektisid kimi uğurla istifadə edilmişdir. Bu zülalın qarğıdalı bitkiləri tərəfindən ifadəsinin faydası əkinçilikdə istifadə olunan insektisid miqdarının azalmasıdır. Təəssüf ki, rekombinant zülalları kodlaşdıran genləri daşıyan toxumlar rekombinant genlərin istənməyən şəkildə yayılmasına və ya hədəf olmayan orqanizmlərin ətrafdakı yeni zəhərli tərkiblərə məruz qalmasına səbəb ola bilər.

   Losey və b. etdikləri təcrübədə (1999) monarx larvalarının ölümü transgenik qarğıdalının polenləri ilə qaplanmış ipək otu (onların təbii qida qatqısı) ilə qidalandıqlarında normal qarğıdalının polenləri ilə qaplanmış ipək otu ilə qidalananlara görə daha yüksəkdir. Bir başqa çalışmada isə (Jesse & Obrycki, 2000) Bt qarğıdalı polenlərinin normal səviyəsi də monarx larvaları üçün zərərli olduğu göstərilmişdir.

   Bir başqa çalışmada isə göstərilmişdir ki bəhsi keçən laboratoriya çalışmalarında istifadə edilən polenlərin konsentrasiyası hədsiz yüksək səviyədə olmuşdur. Növbəti iki il ərzində edilən çalışmalar (Sears və b. 2001) Bt qarğıdalının monarx larvaları üçün çox az dərəcədə zərərli olabiləcəyi göstərildi.

İstənməyən iqtisadi nəticələr

  GMO ilə əlaqəli bir başqa narahatçılıq isə bu işi görən özəl böyük şirkətlərin GMO’lu məhsulun necə hazırlanması haqqında sahib olduğu bilgini paylaşmamasıdır. Belə olan təqdirdə bu tərz şirkətlər bu məhsulların patentini alır və beləcə bu yüksək texnologiya əsasında hazırlanmış məhsulları sadəcə satın almaq mümkün olur yəni digər xırda miqyaslı şirkətlər bu tərz böyük şirkətlərə ekonomik ve texnolojik olaraq bağlı hala gəlmiş olur. Yəni texnologiya tək əldə birləşmiş və qazanan sadəcə sayılıb seçilən az sayıda şirkət olur. Bu situasiya təbii olaraq ekonomik baxımından zərərli olmuş olur.

GMO və ümumi cəmiyyət: Fəlsəfi və dini narahatlıqlar

   Beynəlxalq Qida İnformasiya Şurası (IFIC) tərəfindən aparılan 1000 nəfərlik bir sorğuda 2007-ci ildə sorğuda iştirak edənlərin 33% -i biyotexnoloji qida məhsullarının özlərinə və ya ailələrinə fayda verəcəyinə inanırdı, lakin cavablandıranların 23% -i biyotexnolojik olaraq hazırlanmış qidaların artıq bazarlara çıxarıldıqlarını belə bilmirdilər . Bundan əlavə, sorğuda iştirak edənlərin yalnız 5% -i biyotexnolojik olaraq hazırlanmış məhsullardan istifadə mövzusundaki narahatlıqlarına görə satınalma vərdişlərini dəyişdirəcəklərini dilə gətirdilər.

   Ümumiyətlə klonlama biyotexnologiya və genetik olaraq dəyişdirilmiş məhsullara qarşı yanaşma tərzi insanların təhsil səviyəsinə bağlı olaraq dəyişməkdədir. Əlavətən texnologiyalar ədalətli bir şəkildə paylaşılsa belə şəxsi vəya dini inanclar səbəbiylə güvən üçün çoxlu testlər edilsə belə GMO’ların istifadəsinə qarşı çıxan insanlar hələ də var olacaqdır. GMO ilə əlaqəli bir digər etik mövzu isə Tanrı kimi davranaraq kənardan genoma müdaxilə etməkdir. Bu məsələyə kəskin surətdə qarşı çıxanlar GMO’lu məhsulların etiketlənməsini tələb etdilər. Onsuzda GMO’lu məhsulların meydana gətirəbiləcəyi hər hansı riski ortadan qaldırmaq üçün bu məhsullar bazara çıxarılmadan əvvəl mütləq şəkildə risk dəyərləndirilməsindən keçirdilir.

GMO Araşdırmaları və İnkişafı üzrə Beynəlxalq Qaydaların tarixi

   1971-ci ildə insanların GMO'lara məruz qalma riski üzərində ilk müzakirələr, ümumi bir bağırsaq mikroorqanizminin, E. coli'nin, bir şiş əmələ gətirən virusa aid DNT ilə yoluxduğu zaman başlandı (Devos et al., 2007). Başlanğıcda, təhlükəsizlik məsələləri laboratoriyalarda çalışan şəxslər üçün narahatlıq doğururdu. Ancaq daha sonra müzakirələr, rekombinant orqanizmlərin silah olaraq istifadə edilə biləcəyi yönündə inkişaf etdi. Əvvəla, elm adamları ilə məhdudlaşan müzakirələr nəticədə ictimaiyyətə yayıldı və 1974-cü ildə Milli Sağlamlıq İnstitutları (NIH), bu məsələlərin bir qismini həll etməyə başlayacaq Rekombinant DNT Məsləhət Komitəsini qurdu.

   1986-cı ildə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) tərəfindən "Rekombinant DNT Təhlükəsizliyi" adlı bir nəşr GMO'ların istifadəsi ilə əlaqədar problemləri həll etmək üçün ilk hökumətlərarası bir sənəd halına gəldi. Bu sənəd risk dəyərləndirilməsi haqqında vacib məlumatlar daşıyırdı. Keçmişdə bir çox ölkələrdə hərtərəfli tənzimləmə olmamasına baxmayaraq, dünya miqyaslı hökumətlər indi ictimaiyyətin tələblərini yerinə yetirir və genetik cəhətdən dəyişdirilmiş məhsullar üçün daha sıx test və etiketləmə tələblərini həyata keçirir.

   GMO'lardan insanlar ərzaq və tibbi yardımın mövcudluğu və keyfiyyətinin artırılması və daha təmiz bir mühitə yardım edilməsi kimi istifadə edərək faydalanırlar. Onlardan ağıllı istifadə edildikdə, heçnə zərər görmədən inkişaf etmiş bir iqtisadiyyata səbəb ola bilərlər və dünya səviyyəsində aclıq və xəstəliyi azaltmaq üçün potensial qaynaq olaraq istifadə ediləbilərlər.

 

İlahə Musayeva

Bakalavr təhsili İstanbul Universitetində Molekulyar Biologiya ve genetika üzrə, Akdeniz Universitetində isə Biyotexnologiya üzrə magistr təhsili almışam.