Gerontofaqiya kannibalizmə qarşı

Amaurobius, Coelates, Theridion, Eresus, Stegadyphus və s cinslərdən olan 10-larla müxtəlif hörümçək növlərində nəsil qayğısı periodunun sonunda ana fərdin öz balaları tərəfindən yeyildiyi müşahidə edilmişdir. Kullmann (1970-71) tədqiqatlarına görə Stegadyphus cinsindən olan ana fərdlərdə həzm sisteminin xüsusi quruluşu səbəbindən ananın daxili orqanları qida deposuna çevrilir və hətta ana fərdin requrqitasiya yolu ilə balalarının yemlədiyi qida materialının tərkibində ananın öz orqan toxumalarının hissələri tapılmşdır. Müşahidə edilmişdir ki, balaları olmayan dişi Stegayphus normal halda balaları bəsləyən ana Stegayphusdan təqribən 1 ay daha çox yaşayır. Kullmann gənc nəslin öz analarını yeməsi faktını həm səfil (sərbəst yaşayan) həm də periodik (vaxtaşırı) sosial/kommunal (birgə) həyat tərzi sürən Stegadyphus növlərində aşkar etmişdir. O hesab edirdi ki, teoretik olaraq bu hal (balalar tərəfindən ananın yeyilməsi) daimi sosial həyat sürən Stegadyphus növünün filogenezində aradan qaldırılmış olmalıdır, axı konnibalizmin yatırılması (səngiməsi) birgə yaşayış həyat tərzinin sadə və əsas şərtlərindən biridir... Bunun əksinə, səfil növlərdə bu adi, gözlənilən haldır belə ki, belə növlərin ümumi qidasının ¼ kannibalistik yol ilə əldə edilmiş həmcinslər təşkil edir. Lakin müəmmalı şəkildə, əsil daima sosial həyat sürən Stegadyphus sarasinorum (Hindistanda yayılmış növ) növündə, Jackson & Joseph (1973), ikinci qabıqdəyişmə mərhələsindən keçmiş olan nəslin hələ də sağ olan analarının bədənini sorduqlarını müşahidə etdilər. Daha sonra Bradoo (1972) ifadə etdi ki, ola bilsin bu növün yetkin dişiləri adətən yuvaladıqları tuneldə ya bədəncə fiziki olaraq gücdən düşür yaxud ölürlər və dişinin bu cür ölmüş bədəni balalar tərəfindən yeyilir (sorulur).

 

Sadəcə açıq-aydın bəlli idi ki, ananın balalar tərəfindən yeyilməsi sosiallığın təkamülü ərzində hələ də saxlanılmaqdadır.

 

Məqalə müəllifləri (Uta Seibt və Wolfgang Wickler) 2 ən sərt sosial həyat tərzi sürən Afrika hörümçək növü –Stegadyphus mimosarumStegadyhus dumicola üzərində tədqiqat apardılar. Onlar (müəlliflər) reproduktiv (çoxalma) dövrün sonunda müxtəlif ölçülərdə olan bir sıra koloniyadakı yuvaları açdılar. Bir neçə sağlam görünən yetkin dişilərlərdən başqa, bir neçə yuvalarda yaxınlığında çox sayda gənc nəsillər toplaşan artıq zəifləmiş və ya qarıncığı tamam qurumuş, ölmüş yetkin dişilər də tapdılar. 3 yuvada isə qarıncığın üst tərəfində oturaraq yetkin dişini sormaqda (yeməkdə) davam edən balalarla birgə tapdılar. Baxmayaraq ki, yeyilməkdə olan dişi hələ də zəif hərəkətli (yəni sağ) idi, balalar onun bədənini artıq sormağa başlamışdılar. Aşkar edilən bu balalar artıq kifayət qədər normal ölçüdə olan və əslində müstəqil qidalana bilən yaşda idilər. Belə halda burada yetkin həmcins sadəcə vacib yox, əlavə qida resursu rolunu oynaya bilərdi. S. mimosarum növünün yuvasında eyni tuneldə bir-birinin yanında yerləşmiş dişinin bir neçə bədəni sorulmuş və boş eksoskeleti tapıldı. Burada, bala hörümçəklərin öz bioloji anaları olmayan digər ana fərdləri yeməkdən imtina etməsini düşünməkdə heç bir səbəb yoxdur. Gənc hörümçəklər nə bir-birilərinə, nə də sağlam digər həmçinslərə hücum edirlər, əksinə, Stegadyphus növləri yad koloniyalardan olan həmcinslərinə qarşı və hətta heteronövlərə (öz növündən olmayan fərdlər) yüksək səviyyədə tolerantlıq göstərirlər. Onlar belə fərdləri bəzən hətta öz koloniyalarına daxil olmasına da icazə verirlər. Bu nəticə belə düşünməyə əsas verir ki, adi, tipik konnibalizm sosial Stegadyphus növlərində yatırılan (yolverilməz) bir haldır, amma ana fərdin yeyilməsi isə nə isə başqa bir səbəbdəndir. Bu halda düşünmək məntiqlidir ki, yaşlı dişilər (analar) yeyilmələri üçün hər hansı dəvət signalı yayırlar. Ekstra sosial tolerant Stegadyphus növlərində isə görünür, gerontofaqiyanın aşkar edilməsi bütün sosial heyvanlar içərisində ən maraq doğuran istisna haldır.

Gerontofaqiya nəsil qayğısına qalma yaxud qohum və ya qohum olmayan mutualizm aktının final mərhələsi kimi qiymətləndirilə bilər. Bu hər bir halda valideyn investisiyasının uzadılması (''extended parental investment'') kimi qəbul edilməməlidir. Çünki valideyn investisiyası ananın sonrakı reproduktiv uğurunu da özündə birləşdirir, hansı ki, bizim yuxarıdakı misalda (yəni ananın ilk balavermədən sonra elə öz nəsli tərəfindən yeyilməsi) bu qəti şəkildə mümkün deyil. Səfil Stegadyphus növündə gerontofaqiya avtomatik olaraq birbaşa yalnız ana və onun balaları arasında baş verən haldır. Sosial Stegadyphus növündə isə vəziyyət fərqlidir. Qohum seçmə qanunu yaxın qohumlar arasında kannibalistik davranışın ziddinə (əksinə) getməlidir başqa sözlə, kannibal, qohumu olmayan qurban seçməlidir.  Eyni səbəbi rəhbər tutaraq deyirik ki, hər hansı bir təyin edilmiş qurban mövcud yaxın qohumları tərəfindən yeyilməyə üstünlük verməlidir. Buna elmdə kannibalın qohum-dileması (yəni kannibalın öz qohumunu seçmək məcburiyyəti qarşısında qalması) deyilir. Zəif analarını istehlak edən sosial Stegodyphus, diskriminasiya etməməli və zəif olan digər bioloji anası olmayan dişilərə də ən azı bərabər şəkildə hücum etməlidir. Analar, bunu, görünür, ən azı dolayı yolla ayrıca yuvalarda təcrid edilmiş halda yaşamaq əvəzinə bir yerə qruplaşaraq daha da asanlaşdırmışlar....

Nərmin Beydizadə

İxtisas zoologiya (araxnologiya), AMEA doktorantı. Hal-hazırda Visegrad Fund təqaüdü dəstəyi ilə Cexiya Respublikası, Masaryk Universitetində (Brno) davranış biologiyası (hörümçəklərin trofik davranışı, yırtıcılıq strategiyaları və onun təkamülü) dessiplinası üzrə tədqiqatçı.