Günəş və supernova

Günəş ilə eyni parlaqlığa sahib olması üçün bir supernovanın Yer kürəsindən nə qədər uzaq olmalıdır? Bu uzaqlıqdakı bir supernova Yer kürəsindəki həyat üçün ciddi bir təhdid yaradarmı? 

 Supernovalar bizim günəşimizdən çox fərqli nisbətlərdə "görülə bilən işıq", rentgen, qamma şüaları və elektrik yüklü hissəciklər yayırlar və ayrıca, partlamanın irəliləməsiylə və supernova partlamasıyla çölə atılan maddələrin (ejecta) kosmosda yayılmasıyla, zaman içində bu yayılmaların miqdarı dəyişir. Supernovalar müxtəlifdir, parlaqlıqları da buna görə dəyişir. Nəticə olaraq, bu sualın tək bir cavabı yoxdur. Ancaq, əgər yalnız partlamanın ən parlaq hissəsindəki görünən işığı düşünsək, bir supernovanın Günəşimizlə eyni parlaqlıqda görünəcəyi uzaqlığı hesablaya bilərik. Bu uzaqlıq çaşdırıcı ölçüdə kiçikdir: İkili bir ulduz sistemində Günəş bənzəri bir ulduzun ölüm qalığı olan bir ağ cırtdan ulduzun yoldaşından oğurladığı qazın üzərində yığılması nəticəsində yaranan 1a tipi bir supernova üçün 1 işıq ili (0.3 parsek) və böyük kütləli ulduzların mərkəzlərindəki yanacağı istehlak etmələri nəticəsində yaranan 2. tip bir supernova üçünsə, bir işıq ilinin üçdə ikisi qədər məsafə kafidir . Yəni bir supernovanın vizual parlaqlıq baxımından Günəşə rəqib ola bilməsi üçün ən yaxın normal ulduzdan daha yaxın bir yerdə olması lazımdır.
 

Bir supernovanın həyat üçün ciddi bir təhlükə meydana gətirəcəyi uzaqlığı təyin etmək daha da çətindir. Cavab bir az da hansı həyat üçün qayğı duyduğunuza və məhvin fotondanmı (görünən işıq,  rentgen şüaları, qamma şüaları), neytrinodanmı yoxsa yüksək-sürətli iondanmı qaynaqlanacağı mövzusundakı düşüncənizə bağlıdır. Neytrinolarla, ionların həyat üçün ciddi bir təhdid meydana gətirəcəyi uzaqlıq 30-40 işıq ilidir. İnsanoğlu üçün həyatın qarşı-qarşıya qalacağı ən ciddi təhlükəsə böyük ehtimalla 1a tipli supernova partlamalarıyla kosmosa yayılan nikel-56 kimi radioaktiv nüvələrin parçalanmasından qaynaqlanan yüksək enerjili qamma şüalarıdır. Bir neçə min işıq ili uzaqlıqda olsalar belə, bu cür qamma şüalarından qaynaqlanan radiasiya, Günəşin ən fəal dövrlərində Yer kürəsinin məruz qaldığı Günəş şüaları dozasına rəqib ola biləcək gücdədir.

İlkin Cəfərov