Hesablayaraq tikirik: Tor dizaynı

Ev tikmək asan deyil-bunun materialı var, fiziki qüvvə sərfiyyatı var və s. Hörümçəklər üçün də bir tor hörmək gərgin bir fiziki işdir. Evin materialı isə çox dəyərli proteinlərdir. Yəni ev tikmək bizdə pul bahasına, hörümçəklərdə isə qiymətli biopolimer-zülal hesabına başa gəlir. Bu səbəbdəndir ki,  hörümçəklərin yuvası hər həşəratın müqəddəratı təyin olunandan sonra təmir edilməli olur-axı hər həşərat torda çırpındıqca konstruksiyanı pozur! Bu zaman ev sahibəsi israfçılığın qarşısını almaq üçün heç cür ələ gəlməyəsi ipləri yenidən yeyir və evinin təmirə ehtiyacı olan hissəsi üçün yenisini hasil edir.

Hörümçəklərdə yuvanın quruluşu mühit şərtlərindən asılı olaraq dəyişə bilər-məsələn, rəngi. İşıq intensivliyi yüksək olan bir mühitdə onlar toru sarı rəngdə quraraq arıları tələyə salır.  Bəzi növlərdə torun ölçüsü və strkturu enerjidən asılı olur. Çox maraqlıdır ki, tox (doydurulmuş) hörümçəklər adətən tor qurmağa qoyduqları investisiyanı azaldırlar. Amma digər növlər var ki, onlarda vəziyət daha qəlizdir-ac olduqları halda hörümçəklər tor qurma işini ləngidirlər ya da dayandırırlar çünki buna kifayət qədər enerjiləri olmur.

İndi torun strukturunun hörümçəyin qida əldə etmə təcrübəsi və yaddasaxlama ilə bağlılığını göstərən maraqlı bir təcrübəni paylaşım: Zygiella x-notata (Araneidae fəsiləsi) hörümçəklərinə a) icazə verildi ki, toruna düşən şiakrı aşkarlasın (detect), amma ona toxunmamış, şikarı tordan ayırdılar; b) icazə verildi ki, şikarı tutsun və transport etsin, amma yeməyə imkan vermədilər; c) icazə verildi ki, qidalanma ardıcıllığını bütünlükdə tamamlasın;  d) o qida ilə qidalanmağa imkan verildi ki, hansı ki, hörümçəyin özü tərəfindən əldə edilməmişdir; e) ümumiyytlə heç bir qida verilməmişdir.  Amma toru süni şəkildə dağıdılmışdır (sanki şikar edibmiş kimi). Növbəti gecə ərzində, bütün qıda ardıcıllığını tamamlayan və həmçinin qidanı tutan amma onu yeyilməsinə imkan verilməyən hörümçəklər bir az daha kiçik ölçülü tor hörmüşlər (evinin sahəsini kiçiltmişdir). Lakin o hörümçəklər, hansılara ki qida verilməmişdir amma əl ilə tor dağıdılmışdır, onlar torun konstruksiyasında heç bir dəyişkənlik etmədilər. Eksperimentin nəticəsi belədir: deməli,  yalnız qidanın tutulması ərzində hörümçəklər tərəfindən əldə edilən nformasiya torun strukturunun dəyişilməsinə səbəb ola bilər.

Bir az daha maraqlı fakt: aşkarlanıb ki, yaşlı və qida tutma ilə bağlı təcrübəyə sahib hötümçəklərin toru cavanların və təcrübəsiz hörümçəklərin qurduğu tora nisbət daha asimmetrikdir. Öyrənilib ki, asimmetriya şiakrın tələyə düşmə şansını artırır.

 

M. E. Herberstein "Spider Behavior" Cambridge University Press 2011,

R. F. Foelix "Spider Biology" Oxford University Press, 2011

Nərmin Beydizadə

İxtisas zoologiya (araxnologiya), AMEA doktorantı. Hal-hazırda Visegrad Fund təqaüdü dəstəyi ilə Cexiya Respublikası, Masaryk Universitetində (Brno) davranış biologiyası (hörümçəklərin trofik davranışı, yırtıcılıq strategiyaları və onun təkamülü) dessiplinası üzrə tədqiqatçıdır.