Hokinq: "Sağalmaz xəstələrə intihar hüququ verilməlidir"

 

   Sağalmaz xəstəlik olan yan amiotrofik sklerozdan əziyyət çəkən nəzəri fizik Stiven Hokinq hesab edir ki, həkimlər sağalmaz xəstələrə preparatların ölümcül dozasını təyin etməlidirlər - sözsüz ki əgər onlar buna ehtiyac duyursa. Stiven Hokinq "olum ya ölüm" sualındaki seçim azadlığına səsləyir. Məşhur fizikin fikrincə, intihar - seçimdir və bu seçim hüququna hər kəs malik olmalıdır, xüsusilə də sağalma ehtimalı olmayan pasientlər. Dediyinə görə, bununla əlaqəli olaraq həkimlər sağalmaz xəstəliklərdən əziyyət çəkən insanlara ölümcül dərman dozaları yazaraq, son günlərində onlara bacardıqları qədər dəstək olmalıdırlar.

   Böyük Britaniyada 18 iyul tarixində assistentli ölüm üzrə qanun layihəsinin ikinci oxunuşu baş tutub. Evtanaziyadan fərqli olaraq burada xəstə razı olduqda özü-özünə ölümcül doza yeridir. Evtanaziyada isə bu işi xəstənin razılığı ilə həkim yerinə yetirir. Assistentli ölüm üzrə Britaniya qanun layihəsinə əsasən, xəstəliyin terminal mərhələsində həkimlər, ölümünə yarım ildən az müddət qalmış insanlara ölümə səbəb olacaq güclü preparat dozaları təyin edə biləcəklər. Həkimlərin dediyinə görə, tənəffüs borusu yeridilməsi əməliyyatı zamanı Stiven Hokinq özü də intihar barədə düşünüb.

Rəvan Quluzadə