Hokinq sayəsində öyrəndiklərimiz

Keçmiş ehtimaldır
 

   Məşhur astrofizik Stiven Hokinqin dediyinə görə kvant mexanikası nəzəriyyəsinin nəticələrindən biri də budur ki, keçmişdə baş verən hadisələr heç də hər hansı xüsusi səbəbdən baş vermir. Əksinə bütün mümkün yollarla baş verir. Bu, kvant mexanikasına görə maddə və enerjinin ehtimal xarakterindən asılıdır: kənar müşahidəçi peyda olmayana qədər hər şey qeyri-müəyyənlik içərisindədir. Hokinq:

İndiki zamanda keçmişlə əlaqəli hansı xatirəni qorumağınızdan asılı olmayaraq keçmiş eynən gələcək kimi ehtimallar spektrində qeyri-müəyyən şəkildə mövcuddur.

Naviqasiya sistemləri səhvlərinin ümumi nisbilik nəzəriyyəsi ilə əlaqəsi

     Ümumi nisbilik nəzəriyyəsi Eynştein tərəfindən 1915-ci ildə tərtib edilmişdi. Bu nəzəriyyəyə görə məkanda və zamanda mövcud olan qravitasiya təsirləri obyekt və sahənin qarşılıqlı əlaqəsindən deyil, xüsusilə, kütlə və enerjinin mövcud olduğu məkan-zaman deformasiyasından qaynaqlanır. Hokinq bu nəzəriyyənin populyarlaşdırılması üçün səy göstərib. O bildirib ki, əgər GPS naviqasion peyk sistemlərində ümumi nisbilik nəzəriyyəsi nəzərə alınmasa, qlobal mövqelərin müəyyən edilməsində hər gün 10 km-lik sürətlə səhvlər yığılacaq. Anlamaq lazımdır ki, obyekt Yerə nə qədər yaxındırsa, zaman bir o qədər yavaş irəliləyir. Belə halda peyklərin Yerə hansı məsafədə yerləşdiyi ilə əlaqədar olaraq onların saatları fərqli sürətlərlə işləyəcək. Əgər təsiri nəzə alınsaydı, biz bu fərqliliyi avtomatik olaraq aradan qaldıra bilərdik.

 

Akvarium balıqları məhkumdur

Fərz edin ki, qabarıq divarları olan akvariumun içərisində yaşayan bir balıqsınız. Əgər oradan çıxmaq imkanınız olmamışdırsa və bizim dünyaya ancaq şüşə arxasından baxırsınızsa, bizim dünya haqda sizə nələr məlum olardı? Reallığın həqiqi təbiətini anlamaq mümkün deyil: biz hesab edirik ki, dünyamızı dəqiq təsəvvür edə bilirik, amma metafora olaraq, biz bir akvarium içərisində məhkumuq, çünki bədən şərtlərimiz buradan kənara çıxmağa icazə vermir.

    Stiven Hokinq belə deyir. Bu metaforaya heyran qalaraq Monza şəhəri (İtaliya) icra hakimiyyəti bir neçə il əvvəl, işığın bükülməməsi və dolayısı ilə balıqların dünyanı yanlış dərk etməməsi üçün onların yumru akvariumlar içərisində saxlanılmasını qadağan etmişdi.

Kvarklar tənha deyillər

     Kvarklar, neytron və protonların "istehsal bloklarıdır", heç vaxt tək-tək olmayaraq, yalnız qruplar halında mövcud olurlar. Kvarkları bir-birinə bağlayan qüvvə onlar arasında olan məsafənin artmasıyla artır. Yəni, kvarkları bir-birindən ayırmağa cəhd etsəniz, nə qədər bərk çəksəniz də, kvark bir o qədər bərk şəkildə əvvəlki mövqeyinə qayıdacaq. Tənha kvarklara təbiətdə rast gəlinmir.

Kainat özündən doğulub

    Stiven Hokinq özünə-əmin ateistdir. O, kainatın yaradılmadığına dair dəlillər əldə etmək üçün az vaxt sərf etməmişdir. Alimin məşhur deyimlərindən biri belədir:

Üzərində çalışdığım məsələ kainatın başlanğıcının elmi qaydalarla açıqlana biləcəyinin mümkün olduğunu göstərmək idi. Bu sayədə kainatın başlanğıc qərarının bir Tanrıya müraciət edilərək açıqlamasının lazımsızlığı məlum olur. Bu, bir Tanrının mövcud olmadığını sübut etmək üçün kifayət etmir, amma kainatın başlanğıcında hər hansı bir Tanrıya ehtiyac olmadığını göstərir. 

Rəvan Quluzadə