İnsanlar Planetimizi təbii qüvvələrdən dəfələrlə sürətli dəyişir

Son illərdə Yerin iqlimi əvvəlki 7000 ilə nisbətən 170 dəfə daha sürətlə dəyişib. Bu, əvvəllər hökmran olan geoloji və bioloji proseslərə insanların böyük təsiri üçün sadəcə bir nümunədir. 7000 il ərzində qlobal temperaturlar Sənaye İnqilabının başlanmasından etibarən hər əsr üçün 0.1ºC (0.18ºF) səviyyəsində aşağı enib. (Stokholm Universitetdən Oven Qaffneyin və Avstraliya Milli Universitetindən Professor Uill Steffenin Antroposen Jurnalında (the Antropocene Review) qeydlərinə baxın). Buna baxmayaraq, son 45 ildə hər yüzillik üçün 1.7ºC (3.0ºF) səviyyəsində istiləşmə baş verib. Bu rəqəmlər baş tutmuş geniş fəaliyyətə əsaslanır – Qaffney və Steffen araşdırmanı aparmaqdan daha çox, əldə olunan nisbəti diqqət hədəfinə çeviriblər. Həmçinin, müəlliflər bu müqayisəni daha  uzun zaman dairəsində və digər qlobal dəyişiklikləri nəzərə almaqla kontekstə daxil ediblər.

 

Sonuncu Buz dövrünün sonundan etibarən insanların termostatı zədələdiyi vaxta qədər Holosen erasının (Pleystosen dövründən müasirliyə qədər davam edən geoloji dövr) xeyli sabit olmasına baxmayaraq, Dördüncü dövrdə (Kaynozoy erasının sonuncu, yəni müasir dövrü – son 2.6 milyon il) Yerin tarixi ilə müqayisədə planetin temperaturunda qeyri –adi dərəcədə böyük və müntəzəm tərəddüdlər müşahidə olunub. Steffen İFLS Science – a izah edib ki, bu daha çox Şimal Yarımkürəsinin buz başlıqları tərəfindən güclənən genişlənmə və itələmə təsirlərinin nəticəsidir.  Məqalənin nəticə hisssində qeyd edilir: “Homo Sapiens Yerin tarixində çox qeyri adi olan potensial qeyri-stabillik vəziyyətində təkamül etmişdir.” Başqa bir erada belə sərt iqlim nəticələrinin olmadığı planetin atmosferi ilə işimiz ola bilərdi.

Bu sxematika göstərir ki, buzlararası temperaturlardan bizim yaratdığımız temperaturlara dəyişiklik səviyyəsinin Buz dövründən buzlararası temperatura ola dəyişiklik səviyyəsinə nisbətən daha sürətli olduğunu göstərir. Qaffney və Steffen/The Anthropocene Review

 

 

Hətta son istiləşmə hadisəsi ərzində - Paleosen – Eosen Termal Maksimumu zamanı 56 milyon il bundan əvvəl milyardlarla ton metan okean hidratlarından azad olduqda, Steffenin söylədiyinə görə, temperaturlar hazırki səviyyəsindən on dəfə artıq yüksəlmişdi.  Ən başdan, dəyişmə səviyyəsi Yer oxunun əyilməsi kimi astronomik qüvvələrin, vulkan püskürmələri kimi geofiziki qüvvələrin və bioloji sistemlərin bu iki qüvvəyə cavab reaksiyaları da daxil olmaqla, daxili qüvvələrin funksiyası idi. Bu gün insanın göstərdiyi təsir onların hamısını kölgədə qoyub.

 

“Biz demirik ki, bizim Günəş sistemimizin astronomic qüvvələri, yaxud geoloji proseslər tamam yox olub, çox qısa zamanda onların təsiri şəraitində onlar bizim göstərdiyimiz təsirlə müqayisədə çox əhəmiyyətsizdir,” Steffen öz bəyanatında qeyd edib. Məqalə irəli sürür ki, Antroposen 1950- ci ildə, insan qüvvələri təbii qüvvələri sıxışdırmağa başlandığı zaman başlayıb. İqlim heç də sürətli insan təsirlərinə məruz qalan yeganə sahə deyil. “Bioloji müxtəliflik üçün məhvolmanın səciyyəvi göstəricisi 0.1 məhvolma/milyon növ illər kimi (bunu başa düşə bilmədim) hesablanır,” məqalədə qeyd olunur. “Hazırki məhvolma göstəriciləri təbii səbəblərdən məhvolmanın 100:10-a nisbəti kimi hesablana bilər.”

 

Analoji olaraq, bioloji proseslər milyardlarla illər ərzində nitrogen qazını reaktiv nitrogenə çevirmiş olduğu halda, insanlar yüz il əvvəl Haber-Bosch prosesini ixtira etdikdən bəri bu sıxlaşmanı iki dəfə artırmışlar. Hazırda insan təsirləri əvvəllər iqlimi daim idarə edən astronomik, geofiziki və daxili qüvvələrə dağıdıcı təsir göstərir. 

Taryel Abdullayev

Yaşıl Elm Platformasının Baş Redaktoru