Karl Saqan: Hamımız ulduz tozuyuq

Böyük Partlayış (Big Bang) nəzəriyyəsi kainatın tək və naməlum bir həcmə sahib bir nöqtədən sürətlə genişləyərək indiki vəziyyətə gəldiyini deyir. Nəzəriyyəyə görə; ilk andan etibarən kainat bu tək sıxlıqdan genişləməyə başlamış, genişləmə müddəti içində kainatımız zamanla atom nüvələrinin meydana gələ biləcəyi aşağı sıxlıq və temperatura çatmışdır.

Kainatda ilk ortaya çıxan atomların 75% hidrogen, qalan 25% helium və az miqdarda litiumdur. Bunlar indiki vaxtda da kainatın böyük qisimini meydana gətirən ən yüngül elementlərdir.

Nəzəriyyə ilk yaranan qalaktikalardakı ulduzların ağır elementləri (hidrogen və heliumu çıxsaq) ehtiva etmədiyini, bu gün bildiyimiz bütün elementlərin (carbon, dəmir, azot, O2) bu ulduzlar sayəsində meydana gəlib kainata səpələndiyini izah edir.  Yəni ilk ulduzlar, kainatda istifadə edilən yeganə atomlar olan hidrogen və heliumdan ibarətdir, başqa ağır elementlərdən təşkil olunmayıb. Bu kainatda ilk ulduzların bir-birinin ardınca meydana gəlib yox olduğu zamanlarda Dünya, Venera və ya Marsa bənzəyən yer planetlərinin olmadığı mənasını verir, çünki bunları meydana gətirəcək elementlər o zamanlar hələ ortaya çıxmamışdı. Əgər bu dövrdə primitiv ulduzlarımızın ətrafında planetlər var idisə belə, bunlar qaz nəhənglərindən ibarət olmalıydı.

“Bədənimizdəki hər atom, aldığımız hər nəfəs, üzərinə basdığımız bir qarış torpaq, 13 milyard il əvvəl formalaşmış primitiv ulduzlardan bir parça daşıyır”

Bu gün istər dünyada, istərsə də kainatın hər tərəfinə səpələnmiş elementlərin bəziləri karbon, oksigen, berilyum, azot, dəmir və s. milyardlarla il müddətində primitiv nəhəng ulduzların daxilində meydana gəliblər.  Dəmirdən daha ağır olanları yəni sink, nikel, qızıl, gümüş, civə və s. isə supernovalar yaradaraq partlamaqları əsnasında meydana gəliblər.

Aradan keçən milyardlarla il ərzində bu ilk və çox böyük kütləli ulduzlar partlayaraq nüvələrində formalaşan ağır elementləri kosmos boşluğuna səpdi. Sonrakı nəsil ulduzlar, bu ağır elementləri də ehtiva etdiyi üçün daha kiçik və həyatı dəstəkləyəcək planetlərə ev sahibliyi edə bilən ulduzlar kimi formalaşdı. Bu ulduzların kosmosa səpdiyi ağır elementlər olmasaydı, Günəş və ya daha kiçik qırmızı və narıncı cücələr kimi uzun ömürlü ulduzların meydana gəlməsi mümkün olmayacaqdı. Buna görə də, kainatın ilk dövrlərində yalnız hidrogen və heliumdan ibarət nəhəng primitiv ulduzların meydana gətirdiyi supernova partlayışları bugünkü bildiyimiz kainat üçün həyati əhəmiyyət daşıyırdı.

Taryel Abdullayev

Yaşıl Elm Platformasının Baş Redaktoru