Kiçik qara dəlik alimlərin işini çətinləşdirir

 

   Alimlərin tapdığı kiçik qara dəlik olduqca az kütləyə sahib olmasına baxmayaraq, ultraparlaqdır. Nəticələri Nature jurnalında yayımlanan tədqiqatda alimlər yeni tapılmış qara dəliyin kütləsinin az olduğunu, buna baxmayaraq rentgen mənbəyi olduğunu deyirlər. Ultraparlaq rentgen mənbəyi hesab olunan qara dəliklər kosmosdaki materiyaları udduqda bir hissəsini məkana atırlar. Çin Dövlət Astronomiya Abservatoriyasından olan prof. Ji-Feng-Liu və həmkarları teleskoplar köməyiylə NGC 5457 qalaktikasındaki qara dəliyi araşdırdılar. Yeni qara dəlik parlaqlığı və şüa spektrinə görə Günəşdən 100-1000 dəfə böyük olan orta kütləli qara dəliklər sinfinə aid olmalıdır.

  Bu sinfin qara dəliklərinə qalaktikaların mərkəzində yerləşən superkütləli qara dəliklərlə tək ulduzların sönməsi nəticəsində meydana gələn qara dəliklər arasında rast gəlinir. Amma Liu və həmkarlarınını hesablamalarına görə qara dəliyin kütləsi Günəşinkindən 20-30 dəfə çoxdur. Lakin qara dəlik ultraparlaq rejimə hər vaxt keçmir, bu fakt da nəzəriyyələri xilas edir. Mövcud obyektlərin qara dəlik tərəfindən udulması prosesi modellərinə görə akkresion diskin temperaturu, qara dəliyin kütləsi nə qədər ağırdırsa, bir o qədər az olmalıdır.

     NGC 5457 qalaktikasındaki qara dəlik diski temperaturunun hətta qalaktikanın mərkəzindəki ikili qara dəliklərdən aşağı olduğu aydın oldu. Bu nəticələr astronomlara qara dəliklərə verdikləri kütlə miqdarının azaldılmalı olduğunu göstərdi. Alimlər həmçinin kiçik qara dəliyin niyə bu qədər parlaq olduğu üzərində baş sındırdılar. Nəticədə, xarakteristikası müəyyən edilmiş ulduz axınlarının qara dəlik üzərində təsiri olduğu qənaətinə gəldilər. Qara dəliyin qızışmasına səbəb olan ulduzun, ömürləri qısa sürən "heliumlu ulduzlar" sinfinə aid olduğu aydınlaşdırıldı.

İstinad: Nature

Rəvan Quluzadə