Kişilər- sizin penisiniz sadəcə qadınlara görə indiki görünüşündədir

   İnsan penisi kifayət qədər qəribədir. Onurğasız, sümüksüz, yoğun, elastik və uzunsürən penetrasiya etmək qabiliyyətində olan- bu ən azı primat qohumlarımızla müqayisədə kifayət qədər fərqlidir, lakin bu xüsusiyyətlər heç də kişilərin faydası üçün inkişaf etməmişdir. Penisin təkamülünü istiqamətləndirən məhz qadınlar olmuşdur.

   Qədim qadınlar penisinə üstünlük verdikləri kişilərlər cütləşməyi seçirdilər. Zaman keçdikcə bu qərarlar penisin qadınların istəklərinə uyğun olaraq təkamülləşməsi ilə nəticələnmişdir. Sadə formada bizim (qadınlar) sosial seçimlərimizin kişilərin bədəni üçün vacib təkamüli nəticələri olmuşdur.

   Bu fikir ənənəvi düşüncə tərzinin bir qədər əksinə gedirmiş kimi görünə bilər. İndiyə qədər kişilərin qadınlardan fərqləndiyi saqqal, tüklü sinə, qalın səs kimi xüsusiyyətlərdən heç biri penis qədər kişilərin qadınlar üzərindəki ağalığının ən məşhur simvolu olaraq xidmət edə bilməmişdir.

    Aktrisa Helen Mirren bir dəfə film sənayesini “18-25 yaşlı kişinin taxtına və onun penisinə sitayiş etmək” kimi təsvir etmişdi. Bu heç də yeni deyil. Biz dünyada belə bir sitayişin və hətta penis kultlarının sübutlarını Misir, Hindistan, Yaponiya, Polineziya və Mezo-Amerikan Maya arxeolojik ərarzilərində tapa bilərik.

    Buna baxmayaraq, hər şey elə həmişə belə olmayıb. Özümün “Əhilləşdirilmiş penis: qadınlıq kişiliyi necə formalaşdırdı” kitabımda iddia edirəm ki, insan penisinin bütün xüsusiyətləri yeganə olaraq qadınların seksual zövqlərinə xidmət etmək və onu artırmaq üçün mövcuddur.

   Penis onurğaları insandan başqa digər bütün erkək primatlarda olan bığ formasında olan qıllardır. Bu onurğalar penisi ekstrimal səviyyədə həssas edir ki, buna görə də cütləşmə çox az bir vaxt alır. İnsanların penisində onurğanın olmaması isə insan erkəyinin klimaks üçün daha çox əziyyət və vaxt sərf etməsinə səbəb olur.

    İnsandan başqa bütün primatların bakulumu- yəni penis sümüyü var ki, bu onları penetrasiya üçün sərt saxlayır. İnsan penisi isə sadəcə orqanın qanın orada toplaşması vasitəsilə qalınlaşaraq ereksiya vəziyyətinə gələ bilir. Bakulum olmadan penis kifayət qədər elastikdir ki, bu da müxtəlif seks pozalarının mümkün olmasına şərait yaradır və beləcə qadınlar daha çox zövq ala bilirlər.

     “Dişilərin seçimi” termini kişilərdə qadınların diqqətini çəkmək üçün inkişaf edən xarakteristikalara diqqət çəkir. Erkək mavi ayaqlı Sula quşlarında mürəkkəb bir cütləşmə rəqsi təkamülləşmiş, erkək tovuzquşları isə dişilərin diqqətini çəkən rəngli lələklərə sahibdirlər. Darvin seksual seçmənin iki növünü ayırarkən haqlı idi: füsunkarlıq qanunu və döyüş qanunu. Erkəklərdə olan fərqləndirici xüsusiyyətlər ya dişiləri cəlb etmək üçün, ya dişilər üçün digər erkəklərlə döyüşmək üçün təkamülləşmişdir.

 Erkək əntərlərin uzun köpək dişləri və ya erkək maralların böyük buynuzları başqaları ilə döyüşmək və ya başqalarını qorxutmaq üçün istifadə edilə bilər, lakin penis çətin ki silah olaraq istifadə edilsin. Lakin dişiləri cəlb etmək üçün cütləşmənin özünü daha əyləncəli edən bu fiziki atributdan daha yaxşı nə yol ola bilər?Qədim yunan heykəltəraşlığı kişiləri kiçik və incə penislərlər təsvir edirdi- ancaq barbarların böyük penisi vardı. Perunun Matsiqenka xalqında kiçik penislərə üstünlük verilirdi; böyük penislər isə onların folkolrunda şeytanların xarakteristikası hesab olunurdu. Penis kultlarının ortalığa çıxması isə insanlıq tarixində yaxın zamanlara – “əkinçilik inqilabına” təsadüf edir. Bizim əcdadlarımız insanlıq tarixinin 99 faizini ovçu və yığıcılar olaraq keçiriblər.

    Biz 10000 il əvvəldən başlayaraq bir məkanda məskunlaşdıq və məhsullar yetişdirməyə və əhilləşdirilmiş heyvanlara baxmağa başladıq. Yemək axtarmaqdan kənd təsərrüfatına keçmək böyük ehtimalla iqlim dəyişikliyinə və əhalinin artmasına, və ya hər ikisinin birgə təsirinə görə idi. Əkinçilik təkcə qida əldə etməmizdə yox, eyni zamanda sosial münasibətlərimizdə də dəyişikliklərə gətirdi. “Əkinçilik inqilabı” təşkilati müharibələr və ərazi üçün rəqabətə səbəb oldu. Bu sahibkarlıq məfhumu genişləndi və quldarlığa və kişilərin qadınlar üzərində sahiblik etməsinə gətirib çıxardı.

   “Əkinçilik inqilabından” bəri penis kişi dominantlığının simvolu olaraq xidmət etməkdə davam etməkdədir. Bir çox mədəniyyətlərdə müxtəlif praktikalar penisə xüsusi və səlahiyyətli status verir ki, bunlara xüsusən də oğlanların kişiliyə doğru olan səyahətini işarələyən başlanğıc mərasimləri də daxildir. Penis sünnət olunur, müxtəlif dekorasiyalarla bəzədilir. Müasir texnologiyalara penis implantları, penis böyüdücü əməliyyatlar və performansı artıran Viaqra kimi məhsullar daxildir.  Bugün məsləhət saytları təşviş içərisində penis ölçüsünün nə qədər vacib olduğu ilə maraqlanan kişilərllə doludur. Penis ölçüsü ilə bağlı zarafatlar gecə komediyalarının gündəliklərinin əsas məhsullarıdır. Hətta penis sözünün istifadəsi belə nəzakətli kompaniyalarda tabu kimi qəbul edilir.

   Bütün bunlara baxmayaraq penis ətrafında olan sosial dəyişiklilər çox daha geniş bir inqilabın tərkib hissəsidir. İnsanın seks motivasiyası çoxalmaya doğru yönələn instinktiv bir dürtüdən kənara çıxıb və bizdə insanların münasibətlərinin çox müxtəlif formaları təkamülləşib ki, buraya eynicinslilər, qocalar arasında seks münasibətləri də daxildir. Qadınlar hamilə qalmamaq üçün doğum həbləri qəbul edirlər. Seks insanların mehribançılığı üçün çox vacibdir və uzunmüddətli münasibətlər insan mədəniyyətinin tərkib hissəsidir.

 

Məqalə müəllifi : Loretta Cormier, Alabama universitetinin antropolgiya professoru

Taryel Abdullayev

Yaşıl Elm Platformasının Baş Redaktoru