Kişilərin və qadınların öz romantik partnyorunda istədikləri

37 müxtəlif mədəniyyəti araşdıran tədqiqat aşkar edib ki, heteroseksual kişi və qadınlar öz cinsi partnyorlarına münasibətdə çox müxtəlif tərcihlərə malikdirlər. Nəticə bu müxtəlifliyin təkamül təsirləri ilə əlaqədar olduğuna inanan təkamül psixoloqlarının nəzəriyyələrini dəstəkləyir.

Ostin Texas Universiytetindən Daniel Konroy – Bim (Daniel Conroy-Beam) və onun həmkarları aşkar ediblər ki, şəxsin öz cinsi partnyoruna münasibətdə tərcihlərini bilməklə, onun cinsini 92% dəqiqliklə müəyyən etmək mümkündür.  

“Yoldaş seçimi ilə bağlı bütöv xarakteristika şərtlərində bizim cinslərin müxtəliflikləri ilə bağlı yeni qiymətləndirməmiz göstərir ki, həyatın bu mühüm sahəsi cinslər üçün dramatic dərəcədə - tədqiqatçıların qiymətləndirdiyindən də çox – müxtəlifdir,” – deyə onlar “Şəxsiyyət və Sosial Psixologiya Bülleteni”ndə çap etdikləri işdə bildiriblər.

Araşdırma 33 dövlətə və 37 mədəniyyətə məxsus 4764 kişi və 5389 qadından ibarət olmuşdur. İştirakçılardan 18 xüsusiyyətin arzuolunan olmasını qiymətləndirmələri xahiş olunmuşdur. Xüsusiyyətlərdən dördü təkamül hipotezinə əsaslanaraq, cinslər arasında fərq yaradan kimi əvvəlcədən proqnoz edilmişdi: yaxşı maliyyə imkanları, yaxşı görünüş, təmkinlik, ambisiya və əməksevərlik. Qalan xüsusiyyətlər cinslər arasında fərq yaratmayan xüsusiyyətlər kimi proqnoz edilmişdi: yaxşı yemək bişirmək və təsərrüfatçılıq, yaxşı mövqe, ünsiyyətcillik, oxşar təhsilə malik olma, təmizkarlıq/səliqə, asılı xarakter, emosianal stabillik, ailə və uşağa bağlılıq, uyğun sosial status, oxşar dinə məxsus olma, oxşar siyasi baxışlar, qarşılıqlı cazibə - sevgi, yaxşı sağlamlıq və təhsil/intellektlik. İştirakçılardan, həmçinin özləri ilə partnyorları arasında arzuolunan yaş fərqini söyləmək xahiş olunmuşdur.

Təkamül psixologiyası ehtimal edir ki, qadın və kişilər sadə bir fakta görə yoldaş seçimində müxtəlif strategiyalara malik olurlar: qadınlar hamilə olur, kişilər isə yox. Bu fundamental fərq o deməkdir ki, reproduktiv uyğunluq və fərdin törədə bildiyi balaların sayına görə qadın və kişilər müxtəlif probelmlrələ üzləşirlər.

Hamiləlik və südlə qidalandırma qadınlardan öz balalarına vaxt və resurslar sərf etməyi tələb edir və onun reproduktiv həyat müddətini qısaldır. “Nəticə etibarilə, uzun müddətli bərabərlikdə, qadınlar övladı dünyaya gətirməkdə və ona dayaq olmaqda resurslar sərf etməklə bağlı daha ciddi adaptiv problemlə üzləşir. Buna görə də qadınlar daha çox uzunmüddətli bərabərliyə, həmçinin resurslara və resurs yaradan xüsusiyyətlərə, məsələn, statusa, ambisiyaya malik və bir qədər yaşlı olan kişilərə üstünlük verirlər” – deyə tədqiqatçılar qeyd ediblər.

Konoy-Bim və onun həmkarları bu araşdırmanı əvvəlki təkamülçü psixologiya araşdırmalarının nəticələrini nəzərə alaraq aparmışlar. Əvvəlki tədqiqat qadın və kişilər arasındakı müxtəlifliyi araşdırma üçün bir dəyişəni təcrid etməklə, həyata keçirilmişdi. Bununla belə, araşdırmaçılar qeyd etmişdi ki, insanlar potensial partnyorlarını yalnız bir deyil, bir çox xüsusiyyət əsasında təkamül etmişdir. Yoldaş seçmə mürəkkəb çoxölçülü məsələdir.

“Məsələn, kişilər, qadınlardan çox öz partnyorlarının fiziki cazibədarlığına üstünlük verirlər, lakin onlar həm də mehriban, savadlı olmalı, kişilərin siyasi baxışlarını paylaşmalıdır; qadınlar isə, kişilərdən daha çox daha yaxşı maliyyə imkanlarına malik partnyor arzusundadırlar, lakin o, həm də ambisiyalı, emosional olaraq sabit olmalı və qadının dini baxışlarını paylaşmalıdır. Hər bir potensial tərəf qəbul oluna bilən və ya bütövlükdə rədd edilə bilən xüsusiyyətlər toplusuna malikdir.”

Bu mürrəkkəbliyi nəzərə almaq üçün tədqiqatçılar Mahalanobis adlanan çox-ölçülü statistikadan istifadə ediblər. Onlar aşkar ediblər ki, kişi və qadınların cinsi tərcihlərində yalnız 22% üst-üstıə düşür.

“Böyük tədqiqatlar kütləsi göstərir ki, tərəflərin tərcihləri fərdi ölçülər üzrə universal olaraq cinsə görə fərqlilik yaradır, lakin bizim çox variantlı analizlərimiz göstərir ki, bu fərdi ölçülər tərcihlərin bütöv sistemində daha böyük (və qiymətləndirilməyən) cinsi demorfizmə təsir edir. Bu sistem üzrə cinsi fərqlər genişdir, mədəniyyət xüsusiyyətlərindən asılı olaraq möhkəmdir və əvvəlki təkamül hipotezi tərəfindən cinsi müxtəliflik kimi proqnozlaşdırılan həmin ölçülərdən irəli gəlir,” – deyə Konroy-Bim və həmkarları nəticəyə gəliblər.

Aygün Qocayeva

Bakalavr təhsili: Naxçıvan Dövlət Universitetinın kimya müəllimliyi fakültəsi, Magistr: ADPU təhsildə qiymətləndirmə və monitorinq