Kompüter modeli zaman səyahətini təsdiqlədi

Alimlər kvant hissəciklərin zaman səyahətinin mümkünlüyünü göstərən kompüter modeli hazırlamağa nail olublar. Nəticələrə əsasən, bu prosesdə standart kvant mexanikası qanunları pozula bilər. Avstraliyanın Kvinslend Universitetindən olan fiziklər kompüter təcrübəsini modelləşdirmək vəzifəsini qarşıya qoyaraq, 1991-ci ildə irəli sürülmüş kvant səviyyəsində zaman səyahətini sübut etməyə çalışıblar. Onlar, ayrı fotonun maraqlı davranışını modelləşdirə biliblər.
Belə ki, foton "köstəbək dəliyi" içərisindən keçərək və məkan-zamanda keçmişə ötürülərək, özü ilə qarşılıqlı əlaqəyə girib. Tədqiqatçılar iki ssenari hazırlayıb. Birincidə hissəcik dəlikdən keçərək öz keçmişinə qayıdır və özü ilə əlaqəyə girir. İkinci ssenaridə isə foton başqa sıravi bir hissəciyə təsir göstərir. Alimlər hesab edir ki, apardıqları təcrübə iki böyük fizika nəzəriyyəsinin birləşdirilməsinə qatqı təmin edir, hansıların ki indiyəcən çox da ortaqlığı olduğu deyilə bilməzdi. Bunlar Eynşteynin ümumi nisbilik nəzəriyyəsi (ÜNN) və kvant mexanikasıdır. "Eynşteynin nəzəriyyəsi ulduz və qalaktikaların dünyasını izah edir, kvant mexanikası isə əsasən elementar hissəciklər, atomlar və molekulların xüsusiyyətlərini araşdırır", - Martin Rinqbauer qeyd edir.