Koronavirus halları Cənubi Koreyada kəskin azalmağa başlayıb. Bu uğurun sirri nədir?

Dennis Normile. Mart 17, 2020 , 8:00 AM

Hal-hazırda Avropa COVID-19 pandemiyasının episentridir. Yoluxma halları və ölümlər İtaliya, İspaniya, Fransa və Almaniyada artmaqdadır, bir sıra ölkələr özünütəcrid edir, yaxud sərhədləri bağlayırlar. Eyni zamanda, ABŞ gecikmiş və yanlış yoxlamalarla vaxt itirdi, yeni-yeni COVID-19 yükünün ağırlığını anlamağa başlayır, bununla belə, mütəxəssislər onun Avropa ilə eyni trayektoriyada olduğunu söyləyirlər. 

 

Bu qorxulu tendensiyaların arasında Cənubi Koreya bir ümid işarəsi və örnək kimi qarşımızdadır. 50 milyon əhaliyə malik ölkə mövcud epidemiyada böyük eniş yaratmağa nail oldu, bu gün yalnız 74 yeni hal qeydə alınıb, fevralın 29-da ən pik 909 halın qeydə alınmasından sonra eniş davam etməkdədir. Və buna, Çindən fərqli olaraq, bütöv şəhərləri bağlamadan, yaxud başqa inzibati tədbirləri görmədən nail olunub. "Cənubi Koreya demokratik respublikadır və biz şəhərlərin bağlanmasını düzgün seçim hesab etmirik", - bunu Koreya Universitetinin yoluxucu xəstəliklər üzrə mütəxəssisi Kim Woo-Joo qeyd edib. Cənubi Koreyanın müvəffəqiyyəti başqa ölkələr üçün dərs və hətta xəbərdarlıq ola bilər: yoluxma hallarının sayının azaltdıqdan sonra ölkə bərpa olunmağa başlayır. 

 

Bu uğurun arxasında dünyanın ən bahalı və yaxşı təşkilatalnmış yoxlama proqramı dayanır. Bu proqrama əsasən, yoluxmuş insanları təcrid etmək və onlar əlaqədə olduqları insanları izləmək və karantinə almaq üçün hərtərəfli cəhdlərdən ibarətdir. Worldometer veb-saytının məlumatına görə, Cənubi Koreya 270,000 insanı test edib ki, bu da milyon sakinə- kiçik Bəhreyndən başqa, bütün digər dövlətlərdən daha çoxdur - 5200-dən artıq testə bərabərdir. ABŞ-ın Xəstəliklərə
Nəzarət və Qarşısının Alınması üzrə Mərkəzin məlumatlarının göstərdiyi kimi, ABŞ bir milyon sakinə 74 test həyata keçirib.

 

Cənubi Koreyanın təcrübəsi göstərir ki, "miqyasda diaqnostik tutum epidemiyanı nəzarətdə saxlamaq üçün açardır,"- bunu Sidney New South Wales Universitetinin meydana çıxan yoluxucu xəstəliklər üzrə alimi Raina MacIntyre söyləyib. "Yoluxanın təcrid olunması ilə yanaşı, təmasda olan insanları izləmək də epidemiyaya nəzarət etmək üçün mühüm 
təsirə malikdir." - o söyləyib.

 

Bununla belə, uğurun davamlı olacağı da məlum deyil. Yeni yoluxma hallarının sayı getdikcə mühüm şəkildə enməkdədir, çünki bütün əhalinin 60%-i üçün böyük, gizli messian kilsəsi olan Shincheonji İisus Kilsəsi ilə əlaqədar 5000-dən çox halın araşdırılması üçün göstərilən ciddi səylər azalmaqdadır. Lakin məhz bu səylər səbəbindən "Biz Koreyanın digər hissələrini yaxşı nəzərdə keçirməmişik," Seul Milli Universitetinin yoluxucu xəstəliklər üzrə mütəxəssisi Oh Myoung-Don qeyd edib. 

 

Yeni hallar ortaya çıxmaqdadır. Keçən həftədən etibarən, səlahiyyətli qurumlar bir çox yeni yoluxma halları qeydə alıblar, buraya, həmçinin Seul call center (çağrı mərkəzindən) daxil olan 129 hal daxildir. "Bu, Seul və yaxınlıqdakı Gyeonggi əyalətindən cəmiyyətə virusun yayılmasının başlanğıcı ola bilər,"- kim bildirib. Bu ərazi 23 milyon insan sakin olduğu ərazidir.  

 

MERS-dən ALINAN DƏRS
Cənubi Koreya çətin yollarla hazırlıq görmənin əhəmiyyətini dərk edib. 2015-ci ildə üç Orta Şərq ölkəsinə səfərdən qayıdan Cənubi Koreyalı iş adamında Orta Şərq Respirator Sindromu (Middle East respiratory syndrome -MERS) aşkar olunur. Ona MERS diaqnozu qoyulmazdan və təcrid edilməzdən əvvəl Cənubi Koreyada üç sağlamlıq mərkəzində müalicə almışdı. Bu müddətdə, o, artıq ötürmə zəncirini yaratmışdı ki, 186 nəfər yoluxmuş və 36 nəfər vəfat etmişdi - buraya həmin sağlamlıq mərkəzlərində başqa xəstəliklərdən müalicə alanlar, ziyarətçilər və işçi heyət daxil idi. Təxminən 17 min insanı izləmək, test etmək və karantinə almaq virusun başlanmasından iki ay sonra onu tamamilə aradan qaldırmışdı. Yayılan epidemiyanın spektri əhalini qorxuya salmış və iqtisadiyyata zərbə vurmuşdu.

 

"Bu təcrübə göstərdi ki, laboratoriya testləri yaranmaqda olan yoluxucu xəstəliklərə nəzarət etmək üçün çox mühümdür." - Kim qeyd edib. "MERS təcrübəsi xəstəxanalardada infeksiyanın qarşısını almanın və nəzarət etmənin təkmilləşdirilməsində bizə xeyli kömək oldu." Bundan əlavə, Cənubi Koreyada tibb işçiləri arasında COVID-19 infeksiyası qeydə alınmayıb. O hadisədən sonra qüvvəyə minmiş qanunvericilik hökumətə ətrafındakı insanları və getdiyi yerləri müəyyənləşdirmək
üçün testləri müsbət çıxan şəxslərin mobil telefonları, kredit kartları və digər məlumatları toplamaq səlahiyyəti verdi. Bu məlumatlar, şəxsi məlumatlar istisna olmaqla, sosial mediada paylaşılır və bu, yoluxmuş şəxslərlə əlaqədə olan şəxslərin qırmızı xətti keçib-keçmədiklərini öyrənməyə imkan yaradır.  

 

Yeni koronavirusun Çində meydana çıxmasından sonra, Xəstəliklərə Nəzarət və Qarşısının Alınması üzrə Koreya Mərkəzi (KCDC) öz testlərini hazırlamaq və maliyyə test dəstlərini inkişaf etdirmək üçün diaqnostik sistem istehsalçıları ilə əməkdaşlıq etməyə başladı. İlk test fevralın 7-də - hələ ölkədə yalnız bir neçə hal qeydə alındığı zaman təsdiq edildi və tibb mərkəzlərinə göndərildi.

 

Yalnız 11 gün sonra, "31 nömrəli hal" kimi tanınan 61 yaşlı qadının testi müsbət çıxdı. O, 9 və 16 fevral tarixlərində Seuldan 240 km cənub-şərqdə yerləşən Daegu-da Shincheonji meqakilsəsində dini mərasimdə iştirak etmiş və özündə yüngül narahatlıq hiss etmişdi. Yerli xəbər məlumatlarına görə, təxminən 500 mərasim iştirakçısı iki saat ərzində döşəmədə çiyin-çiyinə əyləşmişdi.

 

Növbəti 12 gün ərzində ölkədə 2900-dan çox yeni hal qeydə alınmışdı ki, onun böyük əksəriyyəti Shincheonji üzvləri idi. Yalnız fevralın 29-da KCDC 900-dan çox yeni hal qeydə almışdı ki, bu da ümumi sayı 3150-yə çatdırmış və ölkə virusun Çinin ərazisindən kənarda ən çox yayıldığı yerə çevrildi. "Bu yüksəliş əvvəlcə testetmə imkanlarını alt-üst etdi və KCDC-nin 130 xəstəlik mütəxəssisi bununla bacara bilmirdilər," - Kim bildirib. Təmasda olanların izlənilməsi daha çox Shincheonji kilsəsinə yönəldildi və burada müsbət çıxan respirator simptomların 80%-i aşkar edildi, halbuki digər toplantı yerlərində, bu, 10% təşkil edirdi.

 

"Əsas xəstəlikləri olan yüksək riskli pasientlər xəstəxanalara qaldırılarkən üstünlük əldə edirlər," Koreya Universitetinin epidemiologisti Chun Byung-Chul qeyd edib. Daha zəif simptomları olanlar isə ilkin tibbi dəstək və müayinə olunacaqları ictimai institutlar tərəfindən təchiz olunan korporativ treyninq qurumlarında müalicə almağa göndərilir. Ailə üzvləri xronik xəstəliklər daşımayan və öz hərarətini ölçə bilən yaxın təmasda olmuş şəxslər və minimal simptomlara malik olanlar iki həftə müddətinə özünü-karantin etməlidirlər. Yerli monitorinq komandası gündə iki dəfə karantində olanların vəziyyətini öyrənmək və simptomlar barədə soruşmaq üçün zəng edirlər. Karantin 
qaydalarını pozanlar 3 milyon von (2500 dollar) cərimələnirlər. Əgər cari qanun layihəsi qəbul edilərsə, bu cərimə 10 milyon vona qaldırıla və hətta bir il müddətinə həbs cəzası nəzərdə tutula bilər.

 

Yerli mediaya əsasən, bu cəhdlərə baxmayaraq, Daegu-Gyeongbuk regionu ağır xəstələr üçün məkan çatışmazlığından əziyyət çəkir. Xəstəxanada yer olmadığına görə, evdə təcrid edilmiş dörd nəfər adam vəziyyətləri ağır halda təcili yardım otaqlarına gətirilərkən ölməkdən başqa yolları qalmamışdı. Bununla belə, könüllü sosial məsafə sayəsində həm Daegu-Gyeongbuk regionunda, həm də bütün ölkə ərazisində keçən iki həftə ərzində yeni halların sayı enmişdir. Hökumət sakinlərə maska geyinməyi, əllərini yumağı, izdihamdan və görüşlərdən çəkinməyi, iş yerində deyil, evlərdə işləməyi və kilsələrə getmək əvəzinə, onlayn dini mərasimlərdə iştirak etməyi tövsiyə etmişdir. Hərarəti və respirator xəstəlikləri olanlar evlərdə qalmalı və simptomlarını 3-4 gün ərzində izləməlidirlər. "İnsanlar Shincheonji hadisəsindən çox məyus olmuşdular",- Chun qeyd edib, "bu da 
qaydalara diqqətli əməl etmək üçün səbəb olmuşdu". 31 nömrəli hal ortaya çıxdıqdan sonra 1 aydan az müddət ərzində "hadisə nəzarət altına alına bildi", - Oh bildirib. 

 

Yeni kütləvi hallar meydana çıxmaqdadır və təsdiq olunmuş halların 20%-nin necə yoluxmuş olması məlum deyil, bu isə ictimaiyyətdə nəzarətdən kənar yayılmanın hələ də mövcudluğunu göstərir. "Bu qeyri-müəyyənlik qaldıqca, virusun öz pik həddinə çatdığını söyləyə bilmərik, - Chun qeyd edib. 

 

DAHA ÇOX MƏLUMATA EHTİYAC VAR
Hökümət Shincheonji hadisəsində olduğu kimi, yeni kütləvi hallarla da mübarizə aparacağına ümid edir. Milli testetmə həcmi gündə təxminən 15000 testə çatıb. Bütün ölkədə 43 keçid test stansiyaları mövcuddur, eyni konsepsiya ABŞ, Kanada və Böyük Britaniyada təkrar tətbiq olunmaqdadır. Martın ilk həftəsində Daxili İşlər Nazirliyi karantində olanları izləmək və simptomlarla bağlı məlumatlar toplamaq üçün smartfon applikasiyasını hazırlamışdır.

Chun qeyd edir ki, alimlər daha çox epidemioloji məlumatlar əldə etmək arzusundadırlar. "Biz birbaşa mənada yerimizdə sayırıq." - Chun bildirir. KCDC pasiyentlərin sayı, onların yaşı və cinsi, həmçinin onların kilsə ilə nə qədər əlaqədar olduqları barədə məlumatlara malikdir. "Bu, kifayət deyil," - Chun söyləyir. O və digərləri detalları ilə fərdi pasiyentlərin məlumatlarını araşdırmaq istərdilər, bu, epidemioloqlara virus partlayışının modelini  yaratmaq və hər bir halda tətiklənən yeni infeksiyaların sayını (əsas reproduktiv nömrə, yaxud R0 kimi tanınır), yoluxma anından simptomların üzə çıxmasınadək nə qədər müddət keçdiyini və tez diaqnoz qoyulması pasiyentlərin 
vəziyyətini yüngülləşdirə bilib-bilmədiyini müəyyənləşdirmək imkanı verir. (Cənubi KOreyada 75 ölüm hadisəsi baş verib; qeyri-adi şəkildə aşağı ölüm göstəricisidir, yəqin ki, Shincheonji kilsə üzvlərinin gənc olması bu məsələyə öz töhfəsini vermişdir).Chun qeyd edir ki, epidemioloqlar və alimlər qrupu belə məlumatları toplamaq və paylaşmaq üçün KCDC ilə əməkdaşlıq etməyi təklif edirlər və "biz onların cavabını gözləyirik."


Kim söyləyir ki, həkimlər gələcək nəşrlərdə ölkədə COVID-19 hallarının klinik xüsusiyyətlərinin detallarını paylaşmağı planlaşdırırlar. "Ümid edirik ki, bizim təcrübəmiz başqa ölkələrə COVID-19 virusu ilə mübarizə aparmaqda yardım edəcək."

 

Posted in: Asia/PacificHealthCoronavirus
doi:10.1126/science.abb7566

Taryel Abdullayev

Yaşıl Elm Platformasının Baş Redaktoru