Koronavirus haqqında hər şey.

SAXTA İDDİALAR

BU VİRUS SÜNİ YARADILMIŞ BİOLOJİ SİLAHDIR.

Virtual aləmdə və eləcə də real müzakirələrdə ən geniş yayılmış iddiadır. Saxtakarların piar qazanmaq məqsədi güdən iddiasından o tərəfə keçmədi.

İlk olaraq bəli bugün günümüzün elm işığında laboratoriya şəraitində virus yaratmaq və ya var olan virusun üzərində biomühəndislik işi apraraq genomunda dəyişiklik etmək mümkündür. Ki, yaradırlar da. Amma bunun arxasındakı məqsəd sadecə və sadecə sırf elmi araşdırmalardır. Virusları daha yaxından öyrənmək, onlara qarşı vaksin kimi qabaqlayıcı tədbirlər həyata keçirmək məqsədi daşıyır Bugünə qədər bioloji silah adında yaradılan heç bir virus faktı qeydə alınmayıb. Bunun bir neçə səbəbi var.

Brincisi bio silah üçün yaradılan virus hansısa bir məqsəd güdməlidir. Amma indiki gedişat ortada bu yaradılmaya səbəb üçün ciddi bir faktın olmadığını göstərir. Məqsəd insan nüfuzunun minimuma endirilməsidirsə 30.000 saya yaxın itki çox cüzi bir say olduğu üçün nüfus sayına da ciddi bir təsiri yoxdur. Tarixdə milyonluq say üzərində itki verən pandemiyalar da olub amma onların da arxasında bioloji silah planı dayanmırdı. Dahası biosilah üçün yaradılan bir virus daha sürətli yayılma və öldürmə qabiliyyətinə malik olmalı və xəstəliyin simptomları 2-14 gün arası deyil də daha erkən günlərdə özünü göstərməli idi. Amma edilən araşdırmalar sözü gedən virusun öldürücülük (3-5%) və yoluxma (3.5%) qabiliyyəti digər pandemiya və epidemiya səbəbli viruslara görə xeyli aşağıdır. Simptomlar isə daha gec bəzən də heç bir əlamətədən göstərmir. Bundan əlavə biosilah məqsədi ilə yaradılan virus heç bir ara daşıyıcı canlıya ehtiyyac duymadan insana yoluxmalı idi amma SARS-COV-2 virusunun yarasadan insana ara daşıyıcı bir canlıdan keçdiyi hesab olunur. Və ən əsası biosilahın tətiyini kimin çəkdiyi də önəmlidir. Çoxunun Amerika olaraq göstərdiyi ölkə bugün 100.000 üzəri yoluxma ilə siyahıda ilk yerdədir.

Faktla isbat olundu. 3 böyük universitetin - Sydney universitetindən Edward Holmes, Edinburgh universitetindən Andrew Rambaut və Columbia universitetindən W. Lan Lipkin birgə araşdırmaları ilə virusun genomu araşdırıldı. Araşdırmanın nəticəsi SARS-COV-2 virusunun süni şəkildə deyil bioloji təkamül ilə ortaya çıxdığını göstərdi. Scripp Researchedə məqalənin müəllifi Kristian Andersen qeydlərinə əsasən SARS-COV-2 virusunun əsas özəlliyi olan S proteinləri vasitəsi ilə insan orqanizmasında qan təzyiqini stabilləşdirən ACE2 hüceyrələrinin xaricində yerləşən molekullara kilidlənərək bağlanırdı. Bu bağlanma o qədər mükəmməl şəkildə baş verirdi ki belə bir özəllik laboratoriya şəraitində süni olaraq yaradıla bilməz, sadəcə təkamül ilə formalaşa bilər.

Son nəticə olaraq sadəcə kağız üzərində olan konsprioloji iddiaların əksinə sözü gedən virusun biosilah olmasına dair ortada əldə tutulabiləcək və bu iddiaları dəstəkləyə biləcək sübut, dəlil və fakt yoxdur ortada.

BU VİRUSUN OLACAĞI İLLƏR ÖNCƏ KİTABLARDA VƏ SUBLİMİNAL MESAJLARDA BİLDİRİLMİŞDİ

Ən az birinci iddia qədər geniş yayılmış saxta iddialardan biridir. Sci-fi janrında və pandemik xəstəliklər üzrə bir neçə kitab yazılıb bəli amma həmin əsərlərdə cərəyan edən hadisələrin heç biri günümüzün mövzusu olan virusla bağlı deyil. Bir neçə proses qarşılaşdırması ilə əsərlərin sadecə kiçik bənzərlik göstərdiyi amma müəllifin yazdığı ədəbiyyat ssenarisindən başqa bir şey olmadığı aşkar oldu.

4 Crazy Predictions That Had Already Alerted Us About Coronavirus ...

Amma 2007-ci ildə yalnız elm işığında elm adamları tərəfindən belə bir öncədən görmə ehtimalı özünü doğruldub. Həmin ildə "Clinical Microbiology Reviews" dərgisində 2003-cü ildə yayılmış SARS bənzəri virusun yenidən ortaya çıxacağı ehtimal edilmişdi. Üstündən 1 il keçdikdən sonra 2008-ci ildə meyvə yarasalarında SARS bənzəri virus aşkar edildi. Üzərindən daha 4 il keçdikdən sonra 2012-ci ildə ikinci koronavirus növü olan MERS virusu yoluxması vüsət aldı.

Daha sonra 2015-ci ildə "Nature Medicine" dərgisində yazılan bir məqalədə insan orqanizmasında ACE2 reseptorlarına kilidlənərək tənəffüs sisteminə ciddi zərər verə bilən epidemio səviyyəyə çata biləcək yeni koronavirus növünün olacağı ehtimal edilir. Yenə də qulaq vermədik. Və olan oldu. Günümüzün bəlası SARS-COV-2 pandemiya səviyyəsinə çatdı.

Nəticə olaraq bu barədə edilən iddialar elmi datalar istisna olmaqla media və mistik fikirlər olmaqla sadəcə dezinformasiya daşıyıcısıdır.

SARIMSAQ, ZƏNCƏFİL VƏ SOĞAN KİMİ TƏBİİ QİDALAR XƏSTƏLİYİN QARŞISINI ALIR

Deviz olaraq insanları bu tip başlıqlarla təşviq etməyin zərər baxımından ciddi bir yanı yoxdur amma fakt olaraq saxta məlumatdır.

Bu kimi təbii qida məhsullarının qəbul edilməsi immun sisteminin yüksəldilməsində pay sahibidirlər amma heç bir təbii qidanın koronavirusa qarşı təsiri yoxdur. Əksini göstərə biləcək elmi fakt və dəlil yoxdur. Bitkilərin də özünə xas virus növləri mövcuddur. Buna sarımsaq da daxildir soğan da, zəncəfil də. Əgər edilən iddia öz əksini tapsaydı ilk öncə bitkilər üzərində təsirini göstərərdi. Siz yenə də yeyin. Soğansız salat olmaz.

VİRUSLAR İSTİ HAVADA ÖLÜR

Pandemiya başlayan gündən cəmiyyət arasında deyilən ümid verici iddia olsada məsələnin doğruluğu dəqiq deyil. Ümumi götürdükdə sözü gedən iddia qismən doğrudur. İsti iqlim şəraiti virusların əzəli düşmənidir. Amma bu faktı bütün viruslara şamil etmək doğru deyil. Keçmişə nəzər yetirdikdə 2009-cu ildə 200.000 nəfərin ölümünə səbəb olan donuz qripi pandemiyası (H1N1) Meksikadan başlayıb, Hindistan, Banqladeş, İndoneziya kimi isti iqlimə sahib coğrafiyalarda daha çox can aldı.

Koronavirusa gəldikdə isə eyni gedişatı bu pandemiyada da görürük. Avstraliya, Tayland kimi isti bölgələrdə belə yoluxma və itki faktı müəyyən edilib. Harvard universtetindən yoluxucu xəstəliklər mərkəzində mütəxəssis Mark Liptsitchə görə koronavirusun isti hava şəraitində məhv olması ehtimalı daha aşağıdır. İddianın geçərsizliyinə dair bənzər bir cavab digər universitetdən gəlib. George Washington univeristetindən virusologiya sahəsində mütəxəssis Christopher Moresə görə isə bu iddianın əminliyinə dair dəqiq cavab vermək hələki mümkün deyil.

Yekun nəticəyə gəldikdə daha tam öyrənilməmiş virus haqqında belə bir iddia irəli sürmək tezdir.

HİDROKSİXLOROXİN DƏRMANI COVİD-19 XƏSTƏLİYİNƏ QARŞI EFFEKTİVDİR.

Son günlər mediada gündəmə gələn iddialardan biridir. Hidroksixloroxin dərmanının tibbdə yeri və istifadəsi danılmazdır. Müəyyən xəstəliklərə qarşı istifadə olunur. Problem, COVİD-19 xəstəliyinə qarşı istifadə olunmasıdır. Scientific American dərgisindən Kelly Folkers və Arthur Caplanın sözlərinə görə sözü gedən dərman koronavirus qarşı ümidverici bir dərman deyil. Bugünə qədər Hidroksixloroxin və Remdesivir kimi dərmanların koronavirusa mükəmməl effekt verdiyinə dair etibarlı dəlil və fakt mövcud deyil. Daha ağır vəziyyətlər üçün FDA bu dərmanların istifadəsinə icazə verib amma bu həmin xəstəliyə qarşı mükəmməl effekt verəcəyi mənsına gəlməz. Hətta vəziyyəti daha da ağırlaşdırmağa səbəb olur.

Hindistanda koronavirusdan qorunmaq üçün bu dərman təsdiqlənib

Koronavirus yoluxmuş 30 xəstə üzərində buna dair araşdırma edildi. İki qrupa ayrılan xəstələrin bir qrupuna 5 gün ərzində 400 milgram Hidroksixloroxin verildi. 4-cü günün nəticəsində dərman verilən xəstələrdən birinin vəziyyəti ağırlaşması səbəbi ilə dərmanın verilməai dayandırıldı. Vəziyyətin ağırlaşmasının səbəbinin dərmanla əlaqəli olub olmadığı bəlli olmadı. Son 1 həftənin nəticələrinə görə dərman verilən qrupda sağalanlar 87%-i, digər qrupun nəticəsi isə 93.3 idi. Dərman qəbul edənlər 4 gün ərzində virusu orqanizmadan təcrid etsə də dərman qəbul etməyən digər qrupda bu nəticə 2 günə düşmüşdü. Dərmanı qəbul edənlərin 26.7%-də qısa müddətliyinə anormal ağciyər funksiyaları görüldü. Digər qrupda bu göstərici 20% idi. Hər iki qrupdada temperatur aşağı düşdü. Nəticə olaraq hər iki qrup aşağı yuxarı bənzər nəticələr verdi. Amma burda bir faktı qeyd edim, Hidroksixloroxin dərmanı digər dərmanlarla birlikdə kombinasiya şəkildə istifadə olunan və zərər/fayda baxımından daha çox yan təsirləri olan bir dərmandır. COVİD-19 xəstəliyinə dair istifadəsi təsdiqlənmədiyi kimi effektiv olub olmaması dair bu sahədə də hələki araşdırmalar davam edir. Yəni bu tip başlıqlı informasiyaların əsaslanacağı bir akademik mənbə olmadığı üçün aldanmamağınız yaxşıdır.

Hal hazırda COVİD-19 üçün Remdesivir dərman verilir amma bu dərman sadəcə xəstəliyə qarşı mükəmməl effekt verməsə də müəyyən dərəcədə köməklik göstərir.

ORTAYA ATILAN SUALLAR

YENİ BİR VİRUSDUR?

Bəli. Günümüzün bəlası olan COVİD-19 mutasiya keçirmiş virusun yeni ştammıdır. Ümumiyyətlə Koronaviruslar kəskin respirator infeksiyasına səbəb olan zoonotik viruslardır. Varlığı 1960-cı illərdən bəllidir. Nadir hallarda ölümcül olurlar. 30-dan çox növü olduğu halda sadəcə 7 növü heyvandan insana yoluxa bilir.

Əksər insanlar virusun adı ilə səbəb olduğu xəstəliyi yanlışlıqla qeyd edirlər. Buna kiçik izah gətirim. Koronaviruslar Coronaviridae ailəsinə mənsub olub yuxarıda da qeyd etdiyim kimi heyvanlar aləmində yayılmış zoonotik virus qruplarının ümumi adıdır. Həmin Koronaviruslar 4 alt qrupa - alfakoronavirus, betakoronavirus, qammakoronavirus və deltakoronavirus qruplara bölünürlər. Bizim bu indiki hörmətli koronavirusumuz betakoronavirus alt qrupuna aiddir. Virusun rəsmi adı SARS-COV-2, törətdiyi xəstəliyin adı isə COVİD-19 (corona virus disease - 2019).

Daha öncə də koronavirus yoluxması vüsət almışdı. 2003-cü ildə SARS virusunun səbəb olduğu SARS-COV, 2015-ci ildə isə MERS virusunun səbəb olduğu MERS-COV xəstəliyi xeyli can almışdı.

MASKA TAXMAQ VİRUSDAN QORUYURMU?

Maska taxmaq virus və xəstəliklərə qarşı 100% qorunmaq vədi vermir. Ümumiyyətlə maska istehsalının da arxasında yatan başlıca səbəb sizi xəstəlikdən qorumaq deyil, ətrafınızı sizdə olan xroniki xəstəlikdən qorumaqdır. Amma qlobal pandemiya zamanı və ya gündəlik fəaliyyətinizdə istifadə etmək də sizi digər xəstəliklərə qarşı qismən qoruyur. Burda önəmli bir məsələ isə istifadə olunan maskanın növü və istifadə qaydasıdır. N95 tipli maskalar düzgün istifadə zamanı 90-95% qoruma xüsusiyyətinə malik olur. FFFP3, FFFP2, FFFP1 tipli maskalar da yüksək qoruma effekti verməsə də 80% civarında və daha aşağı göstərici keyfiyyəti ilə qismən qoruma şəraiti yaradır. Siz yenə də istifadə edin. Şərt deyil N95 tipli maska almaq, digər tibbi maskalar da istifadə etməyiniz məqsədə uyğundur.

VİRUSDAN QORUNMAQ ÜÇÜN SPİRT FAYDALIDIRMI?

Müəyyən qədər bəli. Artıq sloqan halına gəlmiş bu iddia 90% üzəri tərkibli spirtlər üçün doğrudur. Amma bir məsələni unutmamaq lazım ki spirtdən lazım olan halda düzgün istifadə etmək faydadılır. Əks halda hər saat başı spirtlə yaxalanmaq digər bakteriya və virusların spirtə qarşı müqavimətini artırmaqla daha çox xəstəliyin yolunu açmış oluruq. Sabun olmayan yerdə spirtdən düzgün istifadə etmək heç yoxdan yaxşıdır. Gündəlik olaraq sabun istifadə etməyiniz spirtdən daha effektivdir.

VİRUSUN ƏŞYALAR ÜZƏRİNDƏ YAŞAMA MÜDDƏTİ NƏ QƏDƏRDİR?

Viruslar bir neçə bioloji səbəbə görə cansız varlıqlardır. Aktiv olub fəaliyyətə başlaması canlı orqanizm mühitinə ehtiyac duyarlar. Cansız varlıqlar üzərində az müddətə aktiv olduqları bəlli idi amma müddət limiti bəlli deyildi. Aktiv olduqları zaman müddəti isə üzərində olduqları əşyanın materialına görə dəyişkənlik göstərir.

Journal of Hospital İnfection dərgisində yazılmış bir araşdırmanın nəticələri SARS-COV-2 virusunun cansız səth üzərində nə qədər qala bildiyini göstərib:

- 21° temperaturda şüşə, plastik, keramika, silikon, metal səthlərdə 5 günə qədər.

- Aliminium səth üzərində 2-8 saat arası.

- Ev temperaturunda plastik səthlərdə 2-6 gün qala bilir.

Daha sonra New England Journal of Medicine dərgisində bənzər yeni bir araşdırmanın nəticələri qeyd olundu. Belə ki virus:

- Kağız və karton üzərində 24 saata qədər,

- Mis səthlər üzərində 4 saata qədər,

- Plastik və paslanmaz metal üzərində 3 günə qədər.

Təbii ki sadəcə 2 araşdırmanın nəticəsinə görə qəti fikir bildirmək çətindir. Yekun nəticədə demək olar ki koronavirus cansız varlıq üzərində material növündən asılı olaraq aşağı yuxarı bir neçə saat ilə bir neçə gün arasında aktivliyini qoruya bilir.

VİRUS HAVA VASİTƏSİ İLƏ YOLUXURMU?

Koronavirus hava-damcı yolu yoluxulduğu deyilsədə bugünə qədər hava vasitəsi ilə yoluxduğu qeydə alınmayıb. Daha çox yaxın məsafədən asqırmaq, öskürmək və təmas vasitəsi ilə yoluxur. Virusun ölçüləri nəzərə alındıqda havadan daha ağır olduğu üçün uzaq məsafələri qət edə bilmə ehtimalının olmadığı qənaətinə gəlmək olar. Lakin bu da yekdil bir nəticə deyil. Sonrakı araşdırmalar fərqli nəticələr göstərə bilər bu məsələdə.

EV HEYVANLARINA VƏ YA ONLARDAN YOLUXMA RİSKİ VARMI?

Ehtimaldır. Bugünə qədər sadəcə insandan heyvana - 2 it və 1 pişik olmaqla yoluxma faktı aşkarlanıb. Belçikalı virusoloq Steven van Gucht yoluxmadan sonra itlərdə gedişat asemptomik (xəstəlik əlaməti olmadan) olsada, pişikdə xəstəliyin simptomları - öskürək, halsızlıq, qusma, yüksək temperatur əlamətləri ilə özünü göstərib. Virusoloqun qeydlərinə əsasən insandan heyvana yoluxmanın olması nadirən olsa da geniş yayıldığına dair fakt yoxdur. Həmçinin heyvandan insana keçməsinə dair dəlil yoxdur. Lakin bu məsələdə də yetərli araşdırma və tutarlı dəlillər olmadığı üçün qəti cavab vermək çətindir.

VİRUSUN ÖLDÜRÜCÜLÜK VƏ YOLUXMA GÖSTƏRİCİSİ NƏ QƏDƏRDİR?

Virus haqqında ən önəmli və maraq doğuran məsələlərdən biridir. İlk olaraq virusun "mortality" (populyasiya üzərində ümumi öldürmə dəyəri) və "fatality" (xəstə fərdlər üzərində öldürmə dəyəri) dəyərləri yaş və xroniki xəstəliklərə görə dəyişkənlik göstərir. Ortalama olaraq virusun öldürmə göstəricisi 3% olduğu halda yoluxma göstəricisi R0 dəyəri 1.4-2.5 arasındadır. Əvvəlki yaxın qohum viruslarla müqayisə etdikdə 2003-cü ildə SARS virusunun öldürmə qabiliyyəti 10%, yoluxma dəyəri 2-5 arasındadır. 2015-ci ildə baş qaldıran MERS virusu isə öldürmə dəyəri 36-40% olduğu halda yoluxma dəyəri 0.7-dir.

Koronavirusun yaş nisbətlərində isə öldürmə faizi aşağıdakı kimi fərqlilik göstərir:

80+ yaş: 14.8%

70-79 yaş: 8%

60-69 yaş: 3.6%

50-59 yaş: 1.3%

40-49 yaş: 0.4%

30-39 yaş: 0.2%

20-29 yaş: 0.2%

10-19 yaş: 0.2%

0-9 yaş: 0.1%

Digər virus növlərinin göstəriciləri ilə müqayisənin nəticəsinə gəldikdə SARS-COV-2 virusu daha mülayim bir gedişat sərgiləyir. Amma əlbətdə bu gedişat zamanla dəyişərək əsl "canavar" ilə əvəz oluna bilər.

NİYƏ FƏRQLİ BÖLGƏLƏRDƏ FƏRQLİ YOLUXMA VƏ ÖLÜ FAKTLARI QEYDƏ ALINIR?

Pandemiya başlayan gündən ən çox sual olunan məsələlərdən biridir bu. "Niyə anti sanitariya səviyyəsi aşağı olan Hindistanda bu qədər adam xəstələnmədi? Niyə İtaliyada bu qədər insan məhv oldu amma Çinə yaxın bölgələrdə tələfat sayı daha az oldu?" və s. ilaxır.

İlk baxışdan məntiqən baş qaşındıran sualdır. Amma məsələ düşünülən kimi deyil. İlk öncə anti sanitariya rejiminin var olan pandemiya qarşısında böyük fərq yaradacaq qədər təsiri yoxdur. Çünki bu pandemiya anti gigiyenik yerlərdən deyil sadəcə təmas və damcı yolu ilə keçir. Yəni, olduğun yeri dezinfeksiya edərək sadəcə müəyyən təmizlik etmiş olacaqsan. Toplum halında qrupa daxil olduqda isə hər hansısa daşıyıcı tərəfindən təmas yolu ilə yoluxma ehtimalın çox yüksəkdir. Qısaca olaraq desək anti sanitariya sadəcə təmas yaratmadığın müddətə qədər öz təsirini göstərir. Sənin evdə sabun ilə yuyunub və ya spirtlənib asqıran və öksürən biri ilə təmas qurana kimi.

Digər məsələ isə virusun fərqli coğrafiyalarda fərqli nəticələr göstərməsidir. Ki, ən çox verilən suallardan biridir. Bunun bir neçə səbəbi var.

Birincisi həmin coğrafiyada sosioloji vəziyyətin aktivliyi. Virusun yayılması üçün ödənilən ən ideal şərt məhz budur. Həmin bölgəyə fərqli bölgələrdən daxil olanlar, daha yaxın təmaslar istəmədən də olsa kültürəl toplum yaradır. Bu da öz növbəsində sosial aktivliyin daha da yüksəldilməsini tətikləyir. Belə olduğu halda virusun yoluxma prosesi daha geniş və daha sürətli baş verir.

Digər önəmli faktor həmin coğrafiyada populyasiyanın yaş paylanmasıdır. Yaş nisbətinin daha çox olması həmin bölgədə yoluxma sayı kimi ölü sayı da həndəsi silsilə ilə artacaq. Digər bir amil isə populyasiya daxilində hər bir fərdin xroniki ana xəstəliyinin olub olmamasıdır. Əlavə bir xroniki xəstəlik immun sisteminin gücünü zəiflətdiyi üçün koronavirus kimi ikinci yoluxma immun sisteminin çökməsinə gətirib çıxarır. Bugün bunu faktorların səbəb və nəticəsini başda 10.000 itki ilə İtaliya və daha sonra sosial aktivliyin yüksək olduğu digər Almaniya, Fransa, Hollandiya, İngiltərə kimi ölkələrdə görürük. Hətta son data analizləri bir daha bunu təsdiq etdi. İtaliyalı həkim Dr.Faris Durmo ölən 3200 nəfərin datasını paylaşıb. Yaş nisbətlərinə görə ölənlərin sayı aşağıdakı kimidir:

0-30 yaş: 0 ölüm

30-39 yaş: 9 ölüm

40-49 yaş: 27 ölüm

50-59 yaş: 93 ölüm

60-69 yaş: 329 ölüm

70-79 yaş: 1134 ölüm

80-89 yaş: 1309 ölüm

90 ve üzeri: 298 ölüm

Gördüyünüz kimi yaş fərqi artdıqca itki sayı da artır. 0-30 yaşı aralığında heç bir itki yoxdur. Əlbətdə nüfuzunun əsasını yaşlılar təşkil edərək bu sahədə Avropada ikinci ölkə olan 60 milyonluq İtaliyanın bu vəziyyətini anlamaq heç də çətin deyil. Digər ölkələrdə aşağı nəticələrin alınmasındakı əsas səbəb də həmin faktor şərtlərinin üst səviyyədə ödənməməsidir. Bu səbəbdən bir bölgədə virus tüğyan edərkən qonşu bölgədə nisbətən mülayim gedişat sərgiləyir.

VİRUSA YOLUXAN ŞƏXS İKİNCİ DƏFƏ YOLUXA BİLƏRMİ?

Yeni bir virus üzərində araşdırmalar və bu araşdırmalara söykənən faktlar yetərsiz olduğu üçün bu barədə net bir şey söyləmək olmaz. İddianın keçərliliyinə dair əldə bir neçə fakt var. Belə ki, Yaponiyada fərqli günlərdə 2 nəfərdə test yoxlanışında nəticələr pozitiv çıxıb. Müalicə bitdikdən sonra evlərinə buraxıldıqdan bir müddət sonra virus yenidən baş qaldıraraq yoluxma pozitiv nəticə çıxıb.

Bənzər bir fakt isə Çində 36 yaşlı bir şəxs üzərində olub. İlk test yoxlanışında nəticəsi pozitiv çıxan şəxsdə müalicə bitdikdən sonra evə buraxılıb. Lakin bir müddət keçdikdən simptomlar yenidən üzə çıxıb. Xəstəxana şəraitindı edilən test zamanı nəticə yenidən pozitiv çıxıb. Daha bir müddət keçdikdən sonra xəstə vəfat edib. Çin mediasına məxsus Caixin dərgisində yayımlanan bir məqalədə sağalan xəstələrin 14%-də nəticələr pozitiv çıxıb.

Bunun bir neçə səbəbi ola bilər. Ya iddia edildiyi kimi virus yenidən yoluxa bilir ya da tətbiq edilən testlər düzgün nəticə göstərmir. Yekun olaraq bu iddianın təsdiqinə dair əldə tutarlı araşdırma və faktlar olmadığından bu barədə növbəti araşdırmaların nəticələrini gözləməliyik.

QAN QRUPLARINA GÖRƏ VİRUSA YOLUXMA FƏRQİ VARMI?

Qan qrupu ilə virusa yoluxma arasında kiçik bir əlaqə tapılıb. Amma bu barədə edilən araşdırmalar daha erkən olduğu üçün araşdırmanın nəticələri akademik səviyyədə yayımlanmayıb. John Hopkins universitetinin arşadırma üzvləri yoluxmuş və ölmüş insanları qan qruplarına görə analiz ediblər. 2100 yoluxma üzərində edilən araşdırmada qan qruplarına görə yoluxma göstəriciləri aşağıdakı kimidir:

- 0 (1-ci) qrupu: 25%

- A (2-ci) qrupu: 38%

- B (3-cü) qrupu: 26%

- AB (4-cü) qrupu: 10%

Qısacası qan qrupları ilə yoluxma arasında kiçik bir əlaqə tapılsa da yetərli araşdırma olmadığından hələki tam təsdiqini tapmayıb.

YOLUXMA VƏ İTKİ NƏ QƏDƏR DAVAM EDƏCƏK?

Acı bir gerçək olsada deyim. Vəziyyət pisdir deyib gileylənməyin çünki daha pis olacaq. Pandemiyanln daha yarısına çatmamışıq. Science dərgisində yayımlanan araşdırmanın nəticəsinə görə bugünə qədər yoluxanların sadəcə 14%nin bilindiyi təxmin edilir. 86% daşıyıcının bundan xəbərsiz olduqları güman edilir. Bu da daha çox yoluxmanın sürətlə ortaya çıxmasına səbəb olur. Yəni populyasiya üzərində xəstəliyin yoluxma dəyəri R0 göstəricisi artmış olur. Məsələni riyazi yolnan izah etsək əgər. Bütün pandemiyalar "exponential growth" xüsusiyyətinə sahib olur. Yəni hər hansı bir əmsal dəfə artır yoluxma sayı. Həndəsi silsiləvari artışdır, amma həndəsi silsilədən fərqli olaraq vuruq zaman keçdikcə dəyişir və bu dəyişikliyin istiqaməti sizdən aslıdır.

Why the novel coronavirus hasn't been declared a pandemic ...

Pandemiyaların belə sürətlə yayılmasının səbəbi yoluxan insan sayının hansısa əmsal dəfə artmasıdır. Deyək ki, N qədər adam bu gün virusa yoluxub, bu adamlardan hər biri m qədər adama yoluxduran bilər. Bu yoluxma ehtimalı isə p olsun. O zaman Sabah yoluxacaq insan sayı ΔN=mpN olacaq. Yəni sabah toplam yoluxmuş insan sayı N2=N+mpN olacaq, çünki onsuz yeni yoluxanlar mpN qədərdir. Nəticə: N=(1+mp)No

Yeni yoluxanların sayı yoluxanların sayından aslı olduğu üçün gün keçdikcə yoluxmuş insan sayının (1+mp) ilə hasilini hesablayırıq. Nəticədə ümumi formula bu hala gəlir: N=No(1+mp)^(gün sayı=g)

Bu yazıdakı mp dəyəri ən vacib dəyərdir, çünki (1+mp) həmişə birdən böyükdür, (1+mp)^g isə uzun zaman ərzində olduqca böyük fərq yaradır. Bu dəyəri necə aşağı sala bilərsiniz? Evdən çıxmayacaq, səyahət etməyərək. Bəs niyə vacibdir bu dəyəri aşağı salmaq?

3 ayda iki fərqli yoluxma simulyasiyası:

100000*(1+0.15)^60=438 399 875 yoluxan

100000*(1+0.05)^60=1 867 918 yoluxan (çölə çıxan az olduğu üçün mp dəyəri aşağı düşdü və 3 ay ərzində yoluxan sayı 438 milyondan 2 milyona endi)

Yekunda bu nəticələr onu göstərir ki pandemiyanın gedişat prosesi aşağı deyildə daha da artmağa doğru yönəlir. Əlbətdə gedişat dəyişə bilər. Təbii ki bunu zaman göstərəcək.

UŞAQLARA VİRUS YOLUXURMU?

Bəli. Bugünə kimi hər nə qədər virus azyaşlılar üzərində təsiri az olsada onlardan da yan keçməyib. Məsələ belədir ki uşaqlar üzərində edilən araşdırmalar yoluxmanın mümkün olduğu amma heç bir xəstəlik simptomlarının üzə çıxmamasını, daha yüngül keçirməsini göstərib. Amma buna baxmayaraq az nisbətlə ölüm faktları da qeydə alınıb İngiltərədə yeni dünyaya gələn körpədə yoluxmanın nəticəsi pozitiv çıxıb. Daha sonra 14 yaşlı uşaq ağır simptomlar səbəbindən vəfat etdi. Digər bir ölüm faktı Amerikanın İllinois əyalətindən gəldi. 10 aylıq uşaq yoluxma səbəbi ilə vəfat edib. Ümumi götürdükdə 600.000 yoluxma içində daha az zərərlə uşaqlar önə çıxır. Bunun arxasında yatan səbəb tam bəlli olmasa da hələki bu yöndə araşdırmalar gedir. İlkin versiyalara görə uşaqların yetişkinlərə nisbətən daha sağlam ağciyərə sahib olmaları və altda yatan xroniki xəstəliklərə sahib olmamalarından irəli gəlir.

ADİ QRİPLƏ EYNİDİRSƏ NİYƏ QORXMALIYIQ?

Çünki necə bir virusla qarşı qarşı qaldığımızı bilmirik. Doğrudur bənzər simptomlar göstərsə də koronaviruslarla adi qrip (influenza) eyni xəstəlik və eyni səbəbkar viruslar deyil. Eyni hesab etmək belə düzgün bir yanaşma deyil. İlk olaraq koronaviruslar daha sürətlə yoluxur, hətta simptom göstərmədən belə aktivliyini qoruyur. Adi qrip daha tez özüne büruzə versə də koronavirusun 2-14 gün arası öz simptomlarını göstərir. Bundan əlavə koronaviruslar cansız səthlər üzərində də bir neçə günlük aktiv qala bilirlər.

Koronavirusa qarşı bu dərəcədə alınan tədbirlər virusun öldürmə məsələsi deyil qlobal səviyyədə sürətlə yayılmasıdır. Daha tam öyrənə bilmədiyimiz bir virusun növbəti günlərdə necə bir "canavara" çevrildiyini deyə bilmərik. Bundan əlavə qarşısı alınmasa bütün dünya iqtisadiyyatını krizisə sürükləyə bilmə ehtimalı çoxdur. Bu da öz növbəsində xaosun yarnmasına gətirib çıxardır. İstər tibbi cəhətdən, istərsə də iqtisadi cəhətdən belə bir pandemiyanın qarşısı alınmadığı təqdirdə səbəb olacağı nəticələr insanlıq üçün heç də yaxşı olmayacaq. İstənilən halda karantin rejiminin tətbiqlərinə əməl etmək tək şansımızdır.

SARS-COV-2 VİRUSU YARASALARDAN KEÇDİ?

Dəqiq deyil! Pandemiya ilk çıxdığı gündən etibarən sosial mediada yarasalara və Çinin yarasalardan qida vasitəsi kimi istifadəsinə qarşı sanki qaralama kompaniyası başladılmışdı. Amma edilən araşdırmalar virusun yarasa və yarasaları yeməkdən keçməmə ehtimalının ola biləcəyini göstərir. Betakoronaviruslar rezervuar olaraq yarasa kökənli viruslardır. Amma xəstəliyin insana keçməsində səbəb rezervuar canlı olmaya da bilər. Virusun spesifik olaraq insana hansı heyvandan yoluxduğu bəlli deyil. İlkin araşdırmalar ara keçid canlısı Bungarus multicinctus adlı ilandan keçdiyi düşünülürdü. Lakin bunun aşağı ehtimal olduğu bilindi. Daha sonra Paster universitetin araşdırma üzvləri virusun genomunu Rhinolophus sinicus adlı yarasalardakı virusla müqayisə etdikdə bu bənzərliyin 80% olduğunu göstərdi. Və yenə növbəti araşdırmaların nəticələri Rhinolophus affinis adlı yarasadan qaynaqlandığı düşünüldü. Çünki genetik bənzərlik 96% idi. Yeni araşdırmanın nəticələri isə virusun genom bəznərliyi Pangolin adı verilən canlının genom bənzərliyi ilə 99% təşkil edir. Amma edilən bu araşdırmalar tam təsdiq olunmadığı üçün rəsmi olaraq yayımlanmadı. Cambridge universitetindən baytarlıq departamentinin prezidenti James Wood- un sözlərinə əsasən 99% genetik bənzərlik ilə ara daşıyıcını təsdiq etmək doğru addım deyil. Daha geniş bir araşdırma üçün bazardakı bütün heyvanların genomları analiz edilməlidir.

How Do Bats Live With So Many Viruses? - The New York Times

Ana rezervuarın yarasa olması çox böyükdür ehtimaldır amma insana keçid üçün bir ara daşıyıcının olması da vacib görünür. Çünki daha əvvəlki koronavirus epidemiyalarına baxdıqda 2003-cü ildə baş SARS virusu insana misk pişikləri üzərindən yoluxmuşdu. Daha sonra 2015-ci ildə tüğyan edən MERS epidemiyası isə dəvələr üzərindən insana keçmişdi. Amma yoluxmanın səbəbi pişik və ya dəvə əti yemək deyildi. Onlarla bir arada yaşadığımız üçün yayılmışdı. Çinlilər yarasa əti yedi deyə xəstəlik yayıldı kimi fikirlər səsləndirmək də doğru yanaşma deyil.

Qısacası bu sahədə araşdırmalar iki nöqtədə - yarasa və pangolinlər üzərində dayansa da hələki yoluxmanın kökü və ara keçid daşıyıcısı barədə rəsmi bir cavab yoxdur.

PANDEMİYANIN GEDİŞATI VƏ SONU NECƏ OLACAQ?

Hal hazırda bir çox insanın düşündüyü suallardan biridir. Sualın cavabı heç də ürək açan deyil. Bu yaxınlarda Nebraska universitetinin Tibb mərkəzinin professoru Dr.James Lawler Amerikan Xəstəxanalar Birliyinin seminarında çıxışı zamanı əlindəki data analizlərə əsasən pandemiyanın gedişatı tək Amerikada 96 milyon insanın yoluxması və yarım milyon (500.000) insanın öləcəyi təxmin edilir.

Bənzər bir təxmin Harvard universitetinin epidemiyologiya professoru olan Dr. Marc Lipsitch tərəfindən gəldi. The Atlantic dərgisində olan reportajına əsasən əgər daha effektiv qabaqlayıcı tədbirlər görülməzsə dünya əhaləsinin ən yaxşı ehtimal ilə 40-70%-i (2 milyard) ən pis ehtimal ilə 80-90%-nin (5 milyard) yoluxacağı gözlənilir. Müqayisə baxımından nəzər yetirsək hər il mövsümi qripə sadəcə 1 milyard civarında insan yoluxur. Amma bu təxminlər 2 və ya 5 milyard insanın öləcəyi mənasına gəlməz. Yoluxma xroniki xəstələrdə daha ağır keçəcəyi halda əksər halda çox yüngül simptomlarla bəzən asimptomik olacaq. Hətta müalicə belə etməyəcək qədər yüngül keçəcək.

Columbia universitetindən epidemiyoloq Stephen Morsenin sözlərinə görə əvvəlki koronavirus növləri olan SARS və MERS epidemiyasının qarşısını ala bilməyimizə baxmayaraq SARS-COV-2 virusunun qarşısını hələ də ala bilməmişik. Bu gedişlə eynən qrip kimi mövsümi yoluxma olaraq həyatımızın bir parçasına çevriləcək.

Nəticə hər nə olursa olsun özümüzü qorumağa məsuliyyətlə yanaşmaq lazım!

MƏQALƏNİN MÜƏLLİFİ: ALİK ALEKBEROV

Yaşıl Elm