Koronavirus nədir və özümüzü necə qoruya bilərik?

Əllərinizi yumaq yeni koronavirus kimi, yoluxucu xəstəliklərdən qorunmağın ən əsas yoludur.

  • Koronavirusa yolunxmanın əsas göstəriciləri hərarət, öskürək, nəfəs darlığı və nəfəsalmada çətinliklərdir.
  • Əllərinizi yuyun, üzünüzə əl vurmayın, öskürən və ya asqıran insanlardan uzaq durun.
     

Son xəbərləri izlənmisinizsə, yəqin ki, yeni koronavirus barədə eşitmisiniz. Bu yeni virus forması Çinin hüdudlarından kənara çıxaraq dünyanın hər tərəfinə yayılmaqdadır. Tarixi olaraq, koronaviruslar ciddi təhlükə törətməmişdir (onlar, əsasən, adi soyuqdəyməyə səbəb olan viruslardır). Son 20 il ərzində inkişaf etmiş üç forma – hazırki forma 2019-nCoV daxil olmaqla, ciddi xəstəliklərə, nəfəs problemlərinə, nəfəs çatışmazlığınıa və hətta ölümə gətirib çıxara bilir.

Ciddi koronavirusa SARS da nümunə ola bilər, ancaq nəzərə almaq mütləqdir ki, 2019-nCoV SARS-la eyni deyildir.  Bu gün Dünya Səhiyyə Təşkilatı yayılmaqda olan virusla bağlı beynəlxalq səviyyədə ictimai səhiyyə üçün fövqəladə hal elan etmişdir.  Sizi hazır etmək və məlumatlığınızı təmin etmək üçün son koronavirusdan qorunmağın yolları ilə bağlı mütəxəssislərin fikirlərini təqdim edirik.

KORONAVİRUS NƏDİR?

Xəstəliklərə Nəzarət və Onların Qarşısının Alınması Mərkəzlərinə Centers for Disease Control and Prevention (CDC)  əsasən, “koronaviruslar bir çox müxtəlif heyvan növlərində rast gəlinən böyük viruslar ailəsidir.” CDC hesab edir ki, heyvan koronavirusunun insana yoluxması nadir görülən haldır. Bununla belə, hazırda təhlükə yaradan virus forması Çinin Hubey əyalətinin Uhan şəhərində yoluxmuş insanda qeydə alınmışdır.

Beynəlxalq Səhiyyə Təşkilatı (World Health Organization) bildirir ki, infeksiyanın ümumi əlamətlərinə hərarət, öskürək, nəfəs darlığı və nəfəsalmada çətinliklər kimi, respirator simptomlar aiddir. Nadir olaraq, daha sərt hallarda pnevmaniya, kəskin respirator sindrom, böyrək çatışmazlığı və ən nəhayət ölüm baş verə bilər.

Simptomlar, yoluxmadan sonra, ən tezi 2 gün, ən geci 14 gün ərzində özünü büruzə verir.

Əvvəlki koronaviruslar kimi, bu xüsusi virusun da heyvandan yoluxduğu hesab olunur, lakin mütəxəssislər hansı heyvandan olduğunu dəqiq söyləyə bilmirlər. Hazırda virus insandan insana yoluxur. Əsas etibarilə, koronavirus infeksiyaları insan onun simptomlarını göstərəcək qədər xəstələndiyi halda, digər insana keçir, lakin, Çinin Səhiyyə naziri hesab edir ki, bu xüsusi forma insan tam xəstə olmadan da başqasına ötürülə bilər.

ÖZÜMÜ NECƏ QORUYA BİLƏRƏM?

Baxmayaraq ki, 2019-nCoV virusunun qarşısını alacaq peyvənd hələ hazırlanmamışdır, yenə də edə biləcəyiniz preventiv tədbirlər vardır: „Ən yaxşı mühafizə üsulu əllərini yumaq və üzə toxunmaqdan çəkinməkdir“, Nyu York Hofstra/ Northwelldə Northwell Səhiyyə və Zucker Tibb Məktəbinin ümumdünya səhiyyə direktoru Dr. Eric Cioe-Pena qeyd edib. „Bu növ viruslar daha çox damcılar, yaxud səthə düşmüş virusun kiçik hissəcikləri vasitəsilə yayılır, hansı ki, başqa şəxslər ona toxunur və əllərini üzlərinə vurmaqla, yaxud yemək vasitəsilə yoluxurlar“, - deyə, o bildirib. 

CDC tövsiyyə edir:

  • Əllərinizi ən azı 20 saniyə su və sabunla yuyun. Sabun və su olmadığı təqdirdə alkoqol tərkibli dezinfeksiya vasitələri də istifadə edilə bilər;
     
  • Gözlərinizə, burnunuza və ağzınıza yuyulmamış əllərlə toxunmayın;
     
  • Özünüzü xəstə hiss etdikdə evdə qalın;
     
  • Öskürərkən, yaxud asqırarkən ağzınızı salfetlə tutun və dərhal salfeti zibil qutusuna atın;
     
  • Toxunulmuş obyektləri və səthləri təmizləyin və dezinfeksiya edin.
     

Nəzərə almaq zəruridir ki, alkoqol tərkibli dezinfeksiya vasitələri yardımçı olsalar da, virusun qarşısını almaq üçün rəsmi preventiv tədbir deyildir. CDC bildirir ki, “alkoqol tərkibli dezinfeksiya vasitələri əldə mikrobların sayını azalda bilər, lakin onların bütün növlərini öldürmür.”  Tərkibində ən azı 60% alkoqol olan dezinfeksiya vasitələrindən istifadə etmək su və sabun olmadığı halda, yardım edə bilər, lakin virusların qarşısını almır və ya müalicə etmir.

Əgər siz səyahət edirsinizsə, necə olsun?

“Hal-hazırda Çinə səyahət etmək, yəqin ki, yaxşı fikir deyil”, - bunu Northwell Health Long Island Jewish Forest Hillsdən təcili tibb üzrə direktor Dr. Teresa Murray Amato söyləyib. “Hələ aydın deyil ki, virus nə dərəcədə yoluxucudur və kimlər ən pis sonluq üçün ən böyük təhlükədədir”.

ABŞ Dövlət Departamenti Hubey əyaləti üçün 4-cü səviyyəli səyahət tövsiyyəsi  dərc (level 4 travel advisory) edib, bu isə ən yüksək xəbərdarlıq deməkdir. 3-cü səviyyəli xəbərdarlıq Çinin bütün digər ərziləri üüçün qüvvədədir.  “Çinə səyahət etmənin ən böyük riski Çin hökumətinin tətbiq etdiyi sərt karantin və səyahət qadağalarıdır”, Cioe-Pena bəyan edib. Lakin əgər siz yenə də Çinə səyahət etməlisinizsə, Amato sizə tövsiyyə edir ki, qoruyucu maska taxasınız, əllərinizi tez-tez yuyasınız və xəstə olan hər kəsdən uzaq durasınız.  Nəzərə alın ki, reseptsiz satılan qoruyucu maskalar hava yolu ilə keçən xəstəliklərdən qorumur və əgər virushava yolu ilə keçmək üçün mutasiya edərsə, bu maskalar effektsiz olacaqdır.

Tahirə Qarabəyli

Bakalavr (hüquqşünaslıq) və magistr təhsili Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında almışdır. Almaniyada Köln Universitetində doktorantura təhsili almışdır. Hal-hazırda Berlin Humboldt Universitetinin tətqiqatçısı.