Kosmosda həyat necə keçir?

 

   Kosmonavtlar saçlarını necə qırxır? Çəkisizlikdə ağlasaq nə baş verər? Dişlərimizi yuduqdan sonra diş məcununu hara tüpürməliyik? Beynəlxalq Kosmik Stansiya astronavtı Kris Hedfild bütün kosmik sirrlərə aydınlıq gətirir. Kosmos heyranları fəza deformasiyası, teleportasiya ötürücüləri, plazma silahları və yadplanetli həyatı haqda danışmağı sevir. Bununla yanaşı real kosmik həyatda başqa kifayət qədər maraqlı detallar da var və bunlar haqda yalnız orbital stansiyada olmuş insanlar xəbərdardır. Kanadalı astronavt Kris Hedfild (açıq kosmosda olmuş ilk kanadalı) hazırladığı videoroliklərində bu sirrlərdən bir neçəsini öz izləyicilərinə təqdim edir: Beynəlxalq Kosmik Stansiyada həyat necə keçir?

1. Kosmosda nəmli dəsmalı sıxmaq
2. Dırnaqları tutduqda onların ətrafa dağılmaması üçün hava kanalından yararlanmaq lazımdır
3. Çörək qırıntılarının ətrafa dağılmaması üçün buterbrod hazırladıqda lavaşdan istifadə etməliyik 
4. Dişləri yuduqdan sonra məcundan qurtulmağın yeganə yolu onu udmaqdır
5. Astronavt qusduqda mayenin ətrafa yayılmasının qarşısını almaq üçün xüsusi paketlər hazırlanmışdır
6. Saçı qırxdıqda tüklərin dağılmaması üçün saç qırxan aparata tozsoran yerləşdirilmişdir
7. Kosmik desertlər plastik kisələr içərisində saxlanan pudinqlərdir
8. Tərəvəz və göyərti qurudularaq sellofanlara yerləşdirilir. İspanaq yeməzdən əvvəl isə onu yaxşıca islatmaq lazımdır
9. Astronavtlar əl yumaq üçün içərisində hazır sabunlu su olan flakonlar istifadə edir
10. Çəkisizlikdə çərəz qabını açmaq
11. Yuxuda olarkən təsadüfən uçmamaq üçün astronavtlar kayutanın divarına bağlanmış xüsusi geyimlərdə yatırlar
12. Kosmosda nəbadə ağlayasan, əks təqdirdə göz yaşından qurtulmaq baş ağrısı olacaq

Rəvan Quluzadə