Kosmosdakı kəsə yol - Soxulcan dəlikləri

Bir buz parçasını sobanın üzərində isitsək əvvəlcə əriyər və suya çevrilər,yəni bir çevrilmə mərhələsindən keçəcək. İndi suyu qaynayana qədər isidək. Başqa bir çevrilmə mərhələsindən keçib buxar olacaq. Buxarı çox yüksək atəşdə isitməyə davam edək. Su molekulları gec-tez parçalanacaq. Molekulların enerjisi, molekulları bağlayan enerjidən daha güclü olduğuna görə, su molekulları əsas komponentləri olan hidrogen və oksigenə ayrılacaq. İstiliyi 3,000 dərəcəyə qaldıraq, hidrogen və oksigen atomları parçalanana qədər artırmağı davam etdirək. Elektronlar nüvədən uzaqlaşacaqlar, ionlaşdırıcı bir qaz olan plazmaya çevriləcəklər.

Plazma, bizim bu dünyada rast gəldiyimiz bir hal deyil, ancaq günəşə hər baxdığımız zaman onu görürük. Hətta, maddənin kainatda ən çox rast gəlinən halıdır. İndi də plazmanı 1 milyard dərəcə isidək: hidrogen və oksigenin nüvələri parçalansın; bu dəfə əlimizdə tək neytron və protonlardan ibarət bir növ "qaz" olacaq ki, bu qaz, neytron ulduzlarının içinə bənzəyir.

Bu qazı 10 triyon dərəcədə isitsək, neytron və proton dediyimiz atom-altı zərrəciklər quark dediyimiz zərrəciklərə çevrilərlər. Beləcə quark və leptonlardan ibarət bir qaz formalaşır. Bu qaz 1 katrilyon dərəcədə isidilsə, elektromaqnetik qüvvət ilə zəif birləşəcək. Bu qaz ağla sığmaz bir dərəcə olan 10 üstü 32'yə çıxarılsa, kainat, bir qazan kimi partlamaq vəziyyətinə gələcək, zaman-məkan tarazlıqları alt-üst ola biləcək; kosmosdan bir parça qopa biləcək hətta mətbəxtinizdə bir soxulcan dəliyi yarana biləcəkdir.

Belə bir vəziyyətdə mətbəxdən kənarlaşmağınız tövsiyə edilir. Soxulcan dəlikləri kosmosdakı kəsə yol mənasında, maddənin bir ucundan digərinə keçə biləcək bu tunelin kosmosun öz üzərinə qatlanmasıyla formalaşacağı hipotezdidir. Soxulcan dəliyinin varlığı müşahidələrlə sabitlənmiş deyil amma Albert Eynşteynin E = mc2 düsturu da atom bombası partlamamışdan təsdiqlənmədiyini unutmayaq.

 

Müəllif: Michio Kaku

Taryel Abdullayev

Yaşıl Elm Platformasının Baş Redaktoru