Marsın ilk sakinləri uşaq doğmayacaqlar

Marsın qarşımıza qoyduğu şərtlərin nəsil artırmaq üçün uyğun olub-olmadığı aydın olmayanadək orada insan uşaqlara sahib olmayacaq. Lansdorp Moskvada təşkil olunan konfransda bunları dedi: "Uşaq doğmağı tövsiyə etməzdim. Biz hələ ki orada hamiləliyin necə davam edəcəyi və embrionun nə qədər sağlam inkişaf edəcəyini bilmirik." "Mars One" layihəsi qarşıya 2023-cü ildə Marsda ilk pilotlu təcrübə keçirmək məqsədi qoyur.
O vaxtadək seçiləcək 4 könüllü üçün Marsda yaşamağı mümkün edən bütün texnologiyalar düşünülmüş və yol xəritəsi hazırlanmışdır. Marsın ilk sakinləri olacaq könüllülər həyatlarının sonuna qədər orada yaşayacaqlar, hər saniyələri də Yerdə canlı yayımlanacaq. Artıq 200.000-dən çox insan layihədə iştirak etmək üçün müraciət etmişdir.