Maska bizi koronavirusdan qoruya bilərmi?

Çində artıq yeni epidemiya var – parçadan hazırlanan üz maskalarının satışı rekord həddədir, qiymətlər isə adi tənzif maska üçün 100 yuana (~ 24 manat), cərrahi maskalar və respiratorlar üçün isə sonsuzluğa doğru irəliləməkdədir.

Bütün sosial şəbəkələrdə və kütləvi informasiya vasitələrində, demək olar ki, eyni cəfəngiyyat yayılır ki, nozokomial (xəstəxanalarda yoluxan) infeksiyaların standart profilaktikası tədbirləri ilə - zərurət olmadan başqa insanlarla ünsiyyətin azaldılması, düzgün fərdi gigiyena qaydalarına mütləq əməl olunması, qida təhlükəsizliyinə xüsusi diqqət yetirilməsi, sağlam həyat tərzinin sürülməsi ilə yanaşı, üzə qoruyucu maskaların taxılması tövsiyə olunur. Sanki Beynəlxalq Səhiyyə Təşkilatı və ya digər nüfuzlu təşkilatın təsdiqlədiyi xüsusi maskalar var ki, onlar bu virusdan qoruyur, siz, sadəcə olaraq, „doğru olan“ını alın!

Situasiyanı izah edim – parça və tənzif üz maskaları yalnız gözqamaşdırıcı gülüşünüzü gizlətməyə və bir də öz tüpürcəyinizin kənara atılması imkanını cüzi şəkildə azaltmağa kömək olur. Bu qədər. Onun başqa faydalı bir funksiyası yoxdur.

Xüsusi birdəfəlik cərrahi maskalar isə buraxılan nəfəsdən hər hansı hissəciklərin uçmasının qarşısını alır və daha çox xəstənin və əməliyyat sahəsinin tibbi heyətin nəfəs yollarından mühafizəsi məqsədini daşıyır.Ya da əgər bu maskanı xəstəyə taxsaq, onda ətraf mühiti müəyyən müddətə xəstənin mikroblarından mühafizə etmiş olarıq. Fərdi respiratorlar isə dəyişilə bilən filtrləri və 0.3 mikronluq filtrləmə pəncərəsi ilə istifadə müddəti ərzində səkkiz saata qədər nəfəs yollarını zərərli aerozollardan qorumaq imkanına malikdir, lakin heç bir şəkildə orqanizmi dəriyə və ya digər selikli qişalara düşən viruslardan qorumur.

https://sun9-57.userapi.com/c854532/v854532971/1ee372/F-8nYYekziY.jpg

„Maskalardan birini yuxarıdakı oğlanla da paylaşa bilərdi“

Əsaslı şəkildə orqanizmi virusdan qorumaq üçün biokimyəvi müdafiə kombinezonu geyinmək, yaxud hermetik geyimlə əleyhqaz taxmaq lazımdır. Amma nədənsə heç kəs bu bahalı qurğuların alınmasında israr etmir.

Əlbəttə, Çin pullarına yazıq deyil. Qoy beş minillik mədəniyyəti qarşılıqlı şəkildə zənginləşdirsinlər. Məni narahat edən məsələ isə odur ki, başqa dövlətlərin vətəndaşları da bu cəfəngiyyatı səylə repost edirlər.

Buna görə də daha öncə səsləndirilmiş olan yoluxmanın profilaktikası tədbirlərinə birini də əlavə edirəm:

  • Yoxlanılmamış məlumat mənbələrini daha az oxumaq və dinləmək. Yox, əgər oxusan belə, onları ciddiyə almamaq və yaymamaq.

https://sun9-54.userapi.com/c854532/v854532971/1ee3fe/02zTYHyEY34.jpg

Əgər etibarlı mənbələrdən son hadisələrlə daim xəbərdar olmaq istəyirsinizsə, Beynəlxalq Səhiyyə Təşkilatının müntəzəm bülletenlərini oxuyun

 

Taryel Abdullayev

Yaşıl Elm Platformasının Baş Redaktoru