Müasir Sintez və Təkamülün Genetik İnfrastrukturu

Çarlz Darvinin Növlərin Mənşəyi adlı ilk məqaləsi yayımlandığı gün tükənməsinə baxmayaraq, kitabın önə sürdüyü reallıqların təsiri ilk bir neçə ay/il boyunca hiss edilmədi. Ancaq aradan 1-2 il keçdikdən sonra, elm aləmində böyük bir partlayışa səbəb oldu və qısa müddətdə ciddi şəkildə müzakirə obyektinə çevrildi. Aradan 10 il keçmədən, Dünya çapındakı elm adamlarının böyük əksəriyyəti təbiətdəki təkamül qanunu və bunu izah edən Darvinin Təkamül Nəzəriyyəsini, canlı aləmin müxtəlifliyini və çeşidliliyini açıqlayan yeganə teorem olaraq qəbul etmişdilər.

 

Sonradan, 1900-cü ildə Huqo de Vries tərəfindən “Mendel Genetikası”nın yenidən kəşf edilməsi ilə elm adamları qısa müdddət ərzində “Biometrik”lər və Mutasiya olaraq qütbləşdilər. Lakin Tomas Morqan Hant, Sergey Çetverikov,Theodosius Dobzanski, Ledyard Stebbins, Corc Qaylord Simspon, Ronald Fişer, JBS Haldeyn və Ernst Meyr kimi dahi bioloqların araşdırması nəticəsində bu qütblər ortaq sövdəyə gəldilər və Müasir Sintez inşa olundu. Bu sintez, Mendel Genetikasının Darvinin Təkamül Nəzəriyyəsini tamamilə dəstəklədiyini bütün Dünyaya isbat etmiş oldu. Bu ikilikdən ortaya çıxan populyasiya genetikası müasir elmin ən güclü sahələrindən biri olaraq işini davam etdirir və biz də daxil olmaqla bütün növlərin haradan, necə gəldiyini və hal-hazırda hansı formada dəyişdiyini izh etməyi bacarır.

 

Müasir Sintezin bir digər faydası isə, Təkamül Nəzəriyyəsinin, Darvinin irəli sürdüyü qisimdən ibarət olmadığını sübut etmiş olmasıdır.Darvinin öz teoremini irəli sürməsindən 60 il sonra, yəni 1920-ci ildən etibarən, təkamülün bir təbiət qanunu olduğunu qəbul etməyən, yeni növlərin əmələ gəlməsini və çeşidlənməsini təmin edən bir müddət olduğunu qəbul etməyən bir alim tapmaq çətin idi. Eyni vəziyyət bu gün də belə davam etməkdədir. Çünki təkamülə dair dəllilər və baxış bucaqları yüksələrək davam etmiş və mübahisəyə qapalı bir hala bürünmüşdür.

Bəs bu Müsir Sintez nəticəsində ortaya çıxan “ təkamülün əsas müddəaları” nələrdir? Hər nə qədər 40-cı illərdən etibarən təkamülün əsas müddəları inkişaf etmiş, çeşidlənmiş və fərqli nöqteyi-nəzərlərdən dəstəklənmiş olsa da, aşağıda qeyd edəcəyimiz maddələr, qlobal ölçüdə və elm aləminin yekdilliklə qəbul etdiyi şəkildə, hələ də, təkamülün əsas müddəaları olaraq qeyd edilməkdədir.

 

Təkamülün 16 əsas müddəası

1) Bir canlının fenotipi (fiziki olaraq görülə bilən əlamətləri) genotipindən (bir fərdin DNA-sında mövcud olan genetik set) fərqlidir. Fərdlər arasındakı fenotipik fərqlərin bir qismi genetik fərqliliklərin, bir qismi isə ətraf mühitin təsiri vasitəsi ilə ortaya çıxır.

2) Bir fərdin fenotipinə təsir edən xarici mühit faktorları, onun övladlarına ötürüləcək genlərə təsir edə bilməz. Başqa sözlə, sonradan qazanılmış əlamətlər gələcə nəsillərə ötürülə bilməz. Beləliklə, Lamarkın təkamül iddiaları yanlışdır.

3) İrsi müxtəlifliklər gen adlandırılan hissəciklərdən meydana gəlir. Genlər bir fərddən digərinə ötürülsə belə, öz varlığını qoruyur, digr genlərlə qarışmır. Beləliklə, genlərin bir-birilə qarışdığını iddia edən tezis xətalıdır. Hissəcikli İrsiyyət Teoremi qəbul edilir. Bu vəziyyət, həm asan şəkildə ayırd edilən əlamətlər (mis: saç rəngi), həm də tez-tez dəyişən əlamətlər (boy ölçüsü,piqmentlərin bölünməsi) üçün məqbuldur. Genetik müxtəliflik, adətən, bir çox genin tək bir xüsusiyyət üzərinə az miqdarda təsir etməsi nəticəsində meydana gəlir və dəyişir. Bu, çoxgenli irsiyyət adlanır.

 

4) Genlər mutasiyaya məruz qalaraq dəyişə bilər. Bu mutasiya dərəcəsi, adətən, olduqca aşağdır. Lakin baş verdiyi zaman genlərin alel adlanan alternativ növlərini yaradırlar. Bu cür mutasiyaların fenotipik təsiri, ayırd edilə bilməyən dərəcədən, yüksək dərəcədə fiziki fərqliliyə qədər dəyişə bilər. Bu variyasiyaların təsiri ilə fərqli gen bölgələrindəki (lokus) genlər rekombinasiya nəticəsində bir-birinə qarışması ilə artaraq çoxala bilər. 

5) Təkamül nəticəsinə yaranan müxtəliflik populyasiylar çərçivəsindədir. Ən təməl səviyyədə, bir populyasiya daxilində, müəyyən genotipə sahib olan fərdlərin populyasiya daxilində mövcd olma sıxlığının dərəcəsini əhatə edir. Populyasiya daxilində bir genotip digərini nəsillər boyunca, pilləli şəkildə yox edə bilər. Bu növ bir yerdəyişmə bütöv bir populyasiyaya aid olmaya bilər. Belə ki, bu sadəcə məhəlli bölgə və populyasiyalarda meydana gələ bilər.

 

6) Mutasiyaların meydana gəlmə sıxlığı ,mutasiyanın özünün bir populyasiya içərisində lazımi miqdarda fərqlilik yaratması üçün çox aşağı bir dərəcədir. Bunun əvəzinə populyasiya daxilində genotip fərqliliklər iki əsas mexanizm nəticəsində meydana gəlir:gen nisbətlərindəki təsadüfi dəyişikliklər (genetik sürüklənmə*) və sağ qalma ilə artıma bağlı olan, təsadüfi olmayan dəyişkliklər ( təbii və cinsi seçilmə).Təbii seçilmə və genetik sürüklənmə bir populyasyona eyni anda, fərqli dərəcələrdə təsir edə bilər.

 

7) Çox cüzi miqdarda təbii seleksiyanın varlığı belə, uyğun müdddət ərzində yüksək miqdarda dəyişiklik yarada bilər. Təbii seleksiya növlər arasında həm kiçik, həm də böyük dəyişikliklərin təməl səbəbidir. Əlavə olaraq, yeni əlamətlərin ilkin səviyyədə meydana çıxmasını və yayılmasını təmin edən mexanizmdir. Bu əlamətlərin uyğunlaşmasının hansı formada olacağı da təbii seleksiya tərəfindən müəyyənləşdirilir.

8) Təbii seleksiya bir populyasiyanı orjinal hlından tam fərqli bir hala çevirə bilər. Bunu müəyyən alellərin tezliklərini arttıraraq və ya azaldaraq edə bilər. Rekombinasiya (mis: crossing-over) ilə bu genlərin təsir şiddətləri və sahələri dəyişə bilər;bir xüsusiyyətə təsir edən genlər tam fərqli kombinasiyalarlada ortaya çıxa bilər. Beləliklə, təptəzə fenotiplər formalaşır.

 

9) Mutasiyalar təbiətdəkipopulasiyalarda zaman içində yığılır. Beləliklə, bu populyasiyalarda genetik variyasiyalar formalaşır. Bu variyasiyalar, xüsusilə çevrə də tez-tez dəyişirsə, sürətlə təkamül yaşayırlar.

10) Fərqli coğrafi bölgələrdə mövcud olan növlərin populyasiyalarının xarakterləri genetik ölçüdə ir-birindən fərqlidir. Bu fərqliliklər ,adətən, ekolji adaptasiya nəicəsində formalaşır və təbii seleksiyanın məhsuludur.

 

11) Fərqli növlər arasındakı fərqlər və eyni növün müxtəlif populyasiyaları arasındakı fərqliliklər, adətən, birdən artıq və yüksək miqdarlı gendə meydana gələn dəyişikliklərin bir nəticəsidir. Bunların hamısında sözügedən dəyişikliklər, kiçik fenotipik dəyişiklik yaradırlar; ancaq toplam təsirləri olduqca böyük olur. Bu bir növ müddətin var olduğu gerçəyini və növlərarası fərqliliklərin kiçik addımlar sayəsində meydana çıxması teoremini dəstəkləməkdədir.

12) Növlər sadəcə fenotipik fərqlərə əsasən müəyyənləşdirilməz. Daha artıq, bir-birindən fərqli olan və öz daxilində cinsi əlaqə qura bilən orqanizmlərin özlərinəməxsus gen hovuzları mövcuddur. Bu hovuzlar növlərin öz daxilində aktiv və ya potensial olaraq paylaşabidikləri və digər populyasiyalarla paylaşa bilmədikləri gen populyasiyaları olaraq adlandırıla bilər.

 

13) Növlərə ayrılma tək bir atadan 2 və ya daha artıq sayda növün təkamülə uğraması hadisəsidir. Növlərə ayrılma ,adətən, coğrafi olaraq bir-irindən ayrılan populyasiyaların arasındakı izolyasiyadan qaynaqlanır.

 

14) Yaşayan organizmlər arasında müxtəlif taksonlara, ailələrə, cins qruplarına yerləşdirilmiş cinslər arasında kəskin olmayan fərqlər görülür. Bu reallıq daha üst səviyyədəki tasonomik qrupların, onlardan daha alt səviyyədəkilərdə meydana gələn uzun müddətli və kiçik dəyişikliklərdən meydana gəldiyini sübut etməkdədir. Yəni, bir növdə toplanmağa başlayan fərqliliklər müəyyən müddət keçdikdən sonra daha böyük fərqlərin meydana çıxmasına səbəb ola bilər. Buna görə növün dəyişməsi, yalnızca bir mutasiya ilə baş verə bilməz.

15) Bütün canlılar “Təkamül Ağacı” və ya “Həyat Ağacı” olaraq adandırılan bir filogen ağacının budaqlarıdır. Onların hamısının ağacın üstündə, müəyyən nöqtələrdə ortaq əcdadları vardır. Əgər kifayət qədər geriyə dönə bilsək, bütün canlıların tək bir ortaq atadan təkamül uğradığını görərik.

 

16) Fosil qeydlərində bir çox əksiklik vardır. Bu əksikliklərin səbəbi fosilləşmə müddətinin çətinliyi ilə açıqlana bilər. Lakin fosil qeydləri atadan –nəvəyə olan keçidi aydın bir şəkildə ortaya çıxarmaqdadır. Bu qeydlər, böyük təkamül dəyişikliklərinin kiçik dəyişikliklər nəticəsində meydana çıxdığını dəstəkləyir. Başqa sözlə kifayıt qədər vaxt olduqda, təkamül mikro hissədən, makro səviyyəyə rahatlıqla çata bilər.

Yaşıl Elm