Nə üçün hər kəs təkamül nəzəriyyəsini öyrənməlidir?

Təkamül dərman müqavimətini və balığın qiymətini anlamaq üçün praktiki alət kimi öyrədilməlidir

 

Çarlz Darvin özünü dahi hesab etmirdi. “Mənim bəzi ağıllı adamlarda olduğu kimi, çevik dərketmə qabiliyyətim, yaxud nadir müdrikliyim yoxdur…” o, öz avtobioqrafiyasının bir hissəsində qeyd etmişdi. Xoşbəxtlikdən bizlər üçün, o, bu qiymətləndirməsində yanlış idi. Çünki fevralın 12-də bütün dünya Qaliley, Kopernik, Nyuton və Eynşteyn kimi alimlərin yanında öz layiqli yerini tutan bu alimin 200 illiyini qeyd edəcək.

Darvinin dahiliyi – bəli, dahi ən uyğun sözdür – onun təkamül nəzəriyyəsinin ayrı-ayrı bioloji faktları vahid birləşdirici çərçivəyə salmasının ifadəsidir.Təkamül üzrə genetic Teodosius Dobjanski tez-tez istinad etdiyi sitat belədir: “Biologiyada təkamül işığından kənarda heç nə ağlabatan deyil”.

Buna baxmayaraq, bu yubileydə qeyd olunmalıdır ki, Darvin malik olduğundan daha yaxşısına layiqdir. Kütləvi mətbuata parlaq bir alimin rəsmi lazım olanda həmişə Eynşteynin saçının dağınıq olduğu rəsmdən istifadə olunur (Ən çox qazanc əldə edən vəfat etmiş məşhurların içində Eynşteyn “Forbes” jurnalının siyahısında Con Lennonu Endi Uorholu müşayiət edir). Darvinin ikona statusu əldə edə bilməməsinin səbəbi yaradılışçılar (kreasionist) və yeni yaradılışçıların (neokreasionist) irsi, həmçinin bir əsr əvvəl Yevgenika hərəkatı tərəfindən onun fikirlərinin təhrif edilməsi ilə əlaqədardır. Lakin Darvin sadəcə qeyri-adi insan deyil, bu Viktoriya dövrünün tarixi şəxsiyyətinin büstü digər dahilərlə birlikdə panteonda yer almalıdır. Nəzəriyyə keçmişi, indini və gələcəyi izah etməlidir – və Darvinin nəzəriyyəsi hər üç zamanı sadələşdirilmiş tərcüməyə ehtiyac olmayan bir formaya salmışdır.

 

Onun nəzəriyyəsi savadı olan hər hansı insan üçün tam dərkolunandır, “Növlərin Mənşəyi”ndə bəzi yazılar poetic mahiyyət daşıyır: “…bu qədər sadə başlanğıcdan ən gözəl və ən heyrətamiz növlər təkamül edib və etməkdədir.”

Ən mühümü, Darvinin irsi cəmiyyətin ictimai siyasəti necə yaratması və hətta bəzən bizim öz həyatımızı necə yaşamağımizla bağlı seçim etməyimizi birbaşa izah edir. İnkişaf etmiş balıqların həddən artıq ovlanması daha xırda balıqların seçilməsinı (mağazalarda daha yüksək qiymətlərə) səbəb olur, yaxud antibiotiklərdən həddən artıq istifadə, təbii seçmə vasitəsilə dərman müqavimətinə gətirib çıxarır.

 

Müasir xəstəliklərin çoxu – piylənmə, şəkərli diabet və autoimmun pozuntular – qismən bizim genlərimizlə insan genlərinin təkamül sürətindən daha artıq sürətlə dəyişən ətraf - mühit arasında uyğunsuzluğun nəticəsidir. Bu fərqliliyi dərk etmək xəstəni dieta vasitəsilə genetic irsin tələbatlarına daha yaxşı uyğunlaşmaq üçün dəyişikliklər etməyə ruhlandıra bilər. 

Bioloq Devid Sloan Uilson Binghamton Universitetində təkamül araşdırması üzrə, humanitar və sosial elmləri əhatə etmək üçün həyat haqqında elmlərin (biologiya, biokimya, immunologiya, genetika, fiziologiya, ekologiya və s.) hüdudlarını aşan EvoS adlı bir proqramın təşəbbüsçüsü kimi çıxış edib: Proqram hazırda digər məktəblər tərəfindən qəbul olunur. Tələbələr təkamülün həm nəzəriyyə, həm də fakt olduğu ilkin əsasları öyrənirlər, çünki bu, dünyaya daha dərin proqnozlaşdırıcı və izahedici imkanları təmin edəbir baxışdır. Daha sonra onlar bu analitik çərçivədən xərçəng, hamiləlik, partnyor seçmə, ədəbiyyat və din kimi ən müxtəlif məsələləri araşdırmaq üçün istifadə etməyə davam edirlər.

 

Darvinin doğum gününü qeyd etməyin yollarından biri təkamül araçdırmalarının orta və ali təhsil müəssisələrində daha geniş tədris olunmasının yolları üzərində düşünməkdən ibarətdir. Təbii seçmə və genlərin, fərdlərin və növlərin zamanla necə dəyişməsi deduktiv dərketmə və etik araşdırma kimi tənqidi düşüncənin inkişaf etdirilməsinin bir hissəsi olmalıdır.

Taryel Abdullayev

Yaşıl Elm Platformasının Baş Redaktoru