Oksitosin kişilərdə bağlılıq yaradır

 

   Oksitosin bağlılıq və sevgi hissini meydana gətirən və inkişaf etdirən hormondur. Amerikalı alimlərin apardığı yeni bir tədqiqatın nəticələrinə görə, bu hormon kişilərin beynində "tərif sisteminin" fəaliyyətini gücləndirir və sevdiyi insana olan marağı daha da artırır. Bonn Universitetindən olan Rene Hurlemann deyir:

"İnsanlar arasında uzun müddətli əlaqələrin təməlində dayanan bioloji mexanizmlər aydın deyillər. Oksitosin müxtəlif növlərdə qarşılıqlı əlaqələrin meydana gəlməsi ilə bağlıdır. Amma biz, hansı neyrobioloji faktorların, əsasən insanlarda düzgünlüyə cavabdeh olduğuna dair çox az məlumata sahibik."

    Hurlemann və həmkarları əvvəllər oksitosinin, kişilərin cəlb edici qadınlardan uzaq durmalarına səbəb olduğunu sübut etmişdilər (hormon bir fərdə bağlılıq yaradır).  İndi isə onlar, hər birində 20 kişinin iştirak etdiyi daha iki təcrübəyə imza atdılar. İştirakçılar əvvəlcədən öz sevgililərininki ilə birlikdə, həm də əlaqədə olmadıqları tanışları olan cəlb edici qadınların şəkillərini tədqiqatçılara göndərdilərTədqiqatdan yarım saat əvvəl onlara burun spreyləri vuruldu: bəzi kişilərə oksitosin, digərlərinə isə plasebo tərkibli spreylər vurdular.

   Təcrübələrdən birində bir kişiyə öz göndərdiyi, ikinci təcrübədə isə digər iştirakçı kişilərin göndəriyi, həmçinin tanımadığı cəlb edici qadınların şəkilləri göstərildi. Alimlər, maqnito-rezonans tomoqrafiyası üsuluyla kişilərin beyin aktivliyini izlədilər. Ardından test edilən kişilər yenidən şəkillərə baxıb, hansının daha gözəl olduğuna dair qiymətlər verməyə çalışdılar. Sonda alimlər, müxtəlif spreylər istifadə edən iştirakçıların nəticələrini müqayisə etdilər və oksitosin təsiri altında olan kişilərin öz sevdikləri qadınların şəkillərinə baxdıqda, beyində "tərif sistemi" fəaliyyətinin gücləndiyini təsdiqlədilər. Həmçinin nəticələrə görə kişilərə, əlaqədə olduqları qadınlar digərləri ilə müqayisədə daha cəlb edici görünürdülər.

İstinad: pnas.org

Rəvan Quluzadə