Ölüm riskini proqnozlaşdırmaq mümkündür

   Finlandiya və Estoniyadan olan alimlərin iddialarına görə, sadə qan analizi ilə insanın növbəti 5 il ərzində ölüm riskini proqnozlaşdırmaq mümkündür. Plos Medicine jurnalında dərc olunan məqaləyə əsasən, tədqiqatçılar qəfil ölüm riski ilə dörd biomarker - albumin, alfa-1 turş qlikoprotein, sitrat və aşağı sıxlıqlı lipoproteid arasındakı əlaqəni müəyyən etməyə nail olublar.
  
   Araşdırmada heç bir xəstəliyi olmayan 17000 insanın qanlarındakı 100 fərqli biomolekul yoxlanılmış və bu insanlar 5 il ərzində nəzarətdə saxlanılmışdır. Nəzarət müddətində onlardan 700-ü müxtəlif xəstəliklərdən ölmüşdür. Ölənlərin hamısında 4 biomarkerin oxşar səviyyədə olduğu müəyyənləşmişdir. Bu araşdırma nəticəsində çox sayda insanın həyatını xilas etməyin mümkün olacağı güman edilir.

Rəvan Quluzadə