Özünü düşmənin ağzına atan qurban

Əvvəlcə mövzuya Akinez termini ilə giriş edək.

Akinez-elm aləmində hər hansı kənar təsirlərdən stress vəziyyətinə düşərək ani olaraq bir müddət hərəkətsiz qalmaq halı kimi qiymətləndirilir. Məsələn çox maraqlıdır ki, əksər canlının (mən Protozoa-anı nəzərdə tutmuram əlbətdə ki) instinktiv olaraq ilandan qorxma kimi refleksiv-müdafiə mexanizmi vardır.

Primitiv (heyvanlarda) və ya ali (insanlarda) olaraq ilandan qorxma halı dərhal onun haqda olan qorxuducu informasiyaları (heyvanlar bunu məsələn keçmiş təcrübələrinə arxalanaraq edə bilərlər) beyinin iə salması və sahibini həmin yerdən uzaqlaşdırmasına səbəb olur.

Bəs qurbağada nə üçün bu mexanizm işə yaramır? elə görünür ki, o özünü stressdən o qədər itirir ki, özü ilanın ağzına atılır. Bu ilanların hipnoz etmək kimi xüsusuiyyəti ilə izah edilmir qəti şəkildə! Bəs səbəb nədir? Bu davranışın sirri ~25 il öncə Amerikanın Massaçust Texnoloji Universitetinin alimləri tərəfindən qurbağanın görmə qabiliyyəti dərindən araşdırılması ilə açıldı.

Əvvəllər belə qəbul edilirdi ki, bütün onurğalı heyvanların görmə orqanalrı prinsip etibarilə eyni qurulmuşdur. Yəni gözün torlu qışası xaricdən görmə siqnalını qəbul edərək onu dərhal eyni vaxtda 2 istiqamətə-cavab reaksiyasını icra etmək üçün baş beyinin reflektor şöbəsinə, tanınması və qiymətləndirilməsi üçün isə baş beyin qabığına. Əvvəla məlum oldu ki, qurbağalarda 2-ci mərhələ 1-ci mərhələ ilə eyni sahədə baş verir. İnformasiya bütünlükdə baş beyinin reflektor şöbəsinə göndərilir. Ona görə də qurbağalar gördükləri əşyaları qiymətləndirmədən dərhal hərəkətə keçir, dili ilə ağzına ötürürür. Daha doğrusu gözlər qurbağada yalnız detektor aparatı kimi işləyir- obyekti yalnız qeydə alır. Onlar gördükləri obyekti ağızlarına aprdıqdn sonra qiymətləndirirlər: lazımdırsa yeyir, lazım deyilsə bayıra atır. İkncisi, məlum oldu ki, qurbağalar dövrümüzdəki müasir sürünənlər və hətta qədimdəki dinozavrlar, bəzi həşəratlar hətta hörümçəklər kmi yalnız hərəkət edən obyekti qeydə ala bilirlər (dəvədəlləklərində bu hadisəni hər kəs müşahidə edə bilər-sadə eksperiment qurmaqla). Bu o deməkdir ki, siz qurbağanı cansız əşyanı gözü qrşısında tərpətməklə aldada bilərsiniz. İndi bəlli olmalıdır, psixopat qurbağa niyə suisidə cəhd edir.  İlanın ucu haçalı dilininin müntəzəm hərəkətini qurbağanın detektorları qeydə alır, amma onun hələ nə olduğunu sezmədən ''dadına baxmaq'' istəyir. Bu isə ona baha başa gəlir...

Nərmin Beydizadə

İxtisas zoologiya (araxnologiya), AMEA doktorantı. Hal-hazırda Visegrad Fund təqaüdü dəstəyi ilə Cexiya Respublikası, Masaryk Universitetində (Brno) davranış biologiyası (hörümçəklərin trofik davranışı, yırtıcılıq strategiyaları və onun təkamülü) dessiplinası üzrə tədqiqatçı.