Pedofiliya nədir? Pedofil beyni necə olur? Pedofiliya müalicə edə bilərmi?

Bir çox insan pedofilləri çirkin, yaşlı, rütubətli yerlərdə saxlanan və küçələrdən keçən uşaqları seyr edən adamlar olaraq düşünür. Ancaq həqiqət ondan ibarətdir ki; pedofillər, qonşularımız, bəzən güvəndiyimiz dostlarımız, bəzən bir din adamı, bəzən uşaq baxıcıları, müəllimlər, həkimlər, siyasətçilər və hətta ailə fərdləri belə ola bilər.

Pedofiliya haqqında diqqətin artması, bir çox insanın ağlına xəstəliyə nələrin səbəb olduğu, bu vəziyyətin xarakteristikaları və istismarçılara nə cür bir müalicənin tətbiq oluna bilinəcəyi kimi suallar gəlir. Pedofiliya nədir? İnsanlar pedofiliyanı seçirlərmi və ya bu şəkildəmi dünyaya gəlirlər?

Pedofil

Amerika Psixiatriya Assosiasiyasının Psixi Pozğunluqlar üzrə Diaqnostik və Statistik kitabı pedofiliya qavramını ən azı altı ay ərzində təkrarlanan cinsi fantaziyalar və ya bir uşaqla cinsi əlaqəni ehtiva edən davranışlar olaraq ifadə etməktədir. Pedofil fərdlər özlərindən yaşca kiçik uşaqlara qarşı cinsi istismar hisslərini daşıyırlar.

Pedofillərin təsnifatı

Pedofil fərdlər müxtəlif yollarla təsnif edilə bilər. Pedofiliya fərdi və qeyri-fərdi olaraq təsnif edilə bilər. Fərdi pedofillər yalnız uşaqlar ilə maraqlanır. Onlar yetkinlik yaşına girməmiş uşaqlara maraq göstərmirlər. Qeyri-fərdi pedofillər isə həm böyüklərə həm də az yaşlı uşaqlara qarşı cinsi istək duyurlar. Kişi pedofillərin əksəriyyəti uşaqlarla homoseksual və ya biseksual cinsi əlaqəni istəyirlər, yəni ya yalnızca oğlan uşaqlarına qarşı ya da həm oğlan həm də qız uşaqlarına qarşı cinsi maraq göstərirlər.

Bir çox insanlar pedofil insanların yalnızca kişilər olduqlarını düşünürlər. Lakin, pedofiliya haqqındakı araşdırmalar qadın pedofillərin də var olduqlarını göstərir. Bu vəziyyət hər nə qədər nadir olsa da, pedofiliya qavramına uyğun olan qadınlar da kişlər ilə eyni zehni sapmalar göstərirlər. Ancaq qadın və kişi pedofillər arasında fərqlər var. Pedofiliya tendensiyası olan qadınlar, adətən, psixiatrik pozğunluqları olan və maddə asılılığı problemləri olan şəxslərdən ibarətdir. Lakin, kişilərlə müqayisədə, qadınların  uşaqlara dair cinsi istismar halları daha çoxdur.

Pedofiliyanın səbəbləri nələrdir?

Pedofiliyanın etiologiyası həm bioloji, həm də ekoloji faktorlara bağlıdır. Beyindəki funksiya pozğunluğu, pedofil üçün bir qatqı ya da basqın faktor ola bilər. Özünü idarə etmədə yaşanan problemlər, həddindən artıq impuls və kognitiv sapmalar bir nümunə olaraq göstərilə bilər. Bir çox mütəxəssisə görə, cinsi seçimləri müəyyənləşdirən xəstəliklər, insan üçün kritik bir vaxt olan uşaqlıq təcrübələrindən qaynaqlanır. Bir çox hadisədə da, cinsi istismarcıların, uşaqlıqlarında yaşadıqları travmatik təcrübələrin izlərini daşıdığı görülmüşdür.

Daha doğrusu, pedofillərin uşaqlıq dövründə istismar olunmuş olma ehtimalları yüksəkdir. Uşaqkən, bu vəziyyəti nəzarət etmə bacarığından məhrum olduqlarından onlar uşaqlara cinsi hücumlar edərək travmalarını yenidən yaşamaq istəyirlər və bunda usta olma məqsədi daşıyırlar. Tam bir rol dəyişikliyi yaşamaları, onları üst səviyyəyə çıxarır və zərər çəkmiş rolunda olmalarının qarşısını alır. Ümumi mənada da, serebral funksiya pozğunluğu travmatik inkişaf, cinsi istəklər və uşaqlara duyulan cinsi maraq getdikcə pedofil fərdin sinir sistemində məskunlaşmış hala gəlir.

Beynin rolu

Pedofil şəxslərin beyinlərində struktur anormallıqlara sahib olduğuna dair əhəmiyyətli dəlillər var. Beynin inkişafı zamanı baş verən bu anormallıqlar müəyyən bir təcrübə ilə ağıldakı öz yerini alır - məsələn, uşaqlıq vaxtı cinsi istismara məzruz qalmaq kimi.

Beyində meydana çıxan bu anormallıqlar, erkən nevroloji inkişaf pozuntulardan qaynaqlanır. Pedofil şəxslərin beyinlərində, frontal və mərkəzi bölgələrində anormallıqların aşkarlanması üçün funksional maqnetik rezonans görüntüləmə (fMRI) üsulu və pozitron emissiya tomoqrafiyası taramalarından (PET) istifadə edilmişdir. Daha da açıqlayacaq olsaq, mərkəzi striatumda boz maddədə həcimsəl azalma var. Nəticədə beynin mükafat mərkəzləri, orbital frontal korteks və serebellumun hissələri təsirlənir.

Beyində olan bu bölgələr, asılılıq davranışında əhəmiyyətli bir rol oynayır. Mükafat mərkəzləri, mükafat siqnallarının mərkəzi vasitəçiləridir. Bu mükafat sistemlərinə beyində striatum və orbito frontal korteks bölgələri nəzarət edir. Nəticədə mükafat pozğunluğunun olması kompulsiv davranışlar əsnasında yer alan dopamin neyro-ötürücülüyünü pozmaqdadır.

Frontotemporal funksiya pozğunluğu səbəbiylə, pedofiliya olan fərd obsesif-kompulsiv spektr aralığına düşən psixiatrik pozğunluğa sahib insanlarla oxşar neyro xüsusiyyətləri paylaşır. Bu impulsiv xəstəliklər; patolojik qumar, kleptomaniya və hətta Tourette sindromunu da ehtiva etməkdədir.

Araşdırmalar göstərir ki, əsas olaraq frontostriyal bölgələrdəki dəyişikliklər obsesiv-kompulsiv davranışlara səbəb olan əsas anormallıqlardır. Pedofillər düzgün davrana və mühakimə edəbilmirlər.

Müalicəsi varmı?

Bir çox xəstəlik kimi, pedofiliyanın da  tam olaraq müalicəsi yoxdur. Pedofiliya ilə əlaqəli cinsi impulslar heç vaxt daimi olaraq tam şəkildə itəbilməz.

Pedofiliya ilə bağlı geniş tədqiqatlar aparan Yuli Grebchenko; pedofiliyanın həyat boyu davam edən bir xəstəlik olduğunu yəni müalicənin də həyat boyu davam etməsi lazım olduğunu vurğulayır. Son araşdırmalar göstərir ki, psixoterapiya və farmakoterapiya pedofil xəstəsi üçün ən effektiv müalicəni təmin etmək üçün birləşdirilə bilər.

Terapiya, xüsusilə uşaqlıq dövründə baş verən travmatik hadisələri müzakirə edir. Terapiya həmçinin xəstələrin uşaqlara qarşı zərərli davranışlar etməyə cəlb edən vəziyyətləri də müəyyənləşdirməyə kömək etməkdir.

Pedofiliya üçün üç standart farmakoterapiya müalicəsi mövcuddur: Seçici serotonin geri alma inhibitorları (SSRI), luteinize hormonu ifraz edən hormon (LHRH) və leuprolid asetat (LA). Bu farmakoterapiya müalicələri bədənin xüsusi hormonları və kimyəvi maddələrini hədəfləyir, lakin bir neçə yan təsirləri də mövcuddur. SSRI'lar daha az ağır hallarda təsirlidir və xəstələr tez-tez cinsi yan təsirlərə məruz qalırlar. Daha ciddi hallarda LA testosteron səviyyəsini pedofil impulsları ilə birlikdə olduqca aşağı səviyyəyə azalda bilər. LA müalicəsi bir qədər təhlükəli olsa da, çox təsirli olduğu müəyyən edilmişdir. Yeni terapevtik dərman olan LHRH, çox az yan təsirə sahibdir.

İndiki vaxtda

İnsanların çoxu pedofillərin cəmiyətdə vəya onların öz evlərində var olduqlarını inkar etməkdədir. Belə olduğu halda pedofillər bu davranışlarını uzun müddət daha davam etdirəbilirlər. Bu kəslər, müxtəlif dini təşkilatlanmalarda, uşaqlarla yaxın əlaqələr quran təşkilatlarda könüllü olaraq iştirak etməyə və potensial qurbanlarıyla qarşılıqlı münasibət qura bilmənin fərqli yollarını axtarmağa davam edəcəklər. Onlar tez-tez uşaqlarla asanlıqla əlaqə qurabiləcəkləri hər vəziyəti dəyərləndirirlər. Bunun üçün adətən interneti vasitəçi olaraq istifadə edirlər.

Nəticə

Pedofiliya bir çox əsas amilin səbəb olduğu kompleks bir xəstəlikdir. Bunlar beynin inkişafındakı pozğunluqlardan uşaq vaxtı cinsi istismara məruz qalma vəya təcavüz kimi müəyyən travmatik təcrübələrə qədər dəyişkənlik göstərməkdədir. Pedofiliya üçün dəqiq bir müalicə üsulu hazırda mövcud deyildir. Ancaq bu xəstəliyə sahib insanların davranışlarını kontrol altında tutmaq üçün yuxarda bəhsi keçən yollardan istifadə edilə bilər, yəni əngəlləyici tədbirlər alına bilər. Cəmiyyətin bu xəstəliyin və onun gündəlik həyatda yayılmasının daha çox fərqində olması lazımdır. Uşaqlarla məşğul olan hər kəs pedofil deyil, pedofillərin həyatın müxtəlif sahələrindəki varlığı düşündüyümüzdən daha çoxdur.

 

Taryel Abdullayev

Yaşıl Elm Platformasının Baş Redaktoru