Sintetik yarpaq oksigen problemini aradan qaldıracaq

 

  Yeri yaşamağımız üçün əlverişli sferaya çevirən bitkilərdir. Onlar, bizim nəfəs verdikdə buraxdığımız karbon qazını udaraq, onu oksigenə çevirirlər. Lakin kosmosda və yad planetlərdə bitki yetişdirməyin bir sıra çətilikləri var. Yeni nailiyyət isə belə problemləri aradan qaldıraraq, qarşıya tamamilə yeni oksigen mənbəyi qoyur. Marsda meşə yetişdirmək istədiyimiz qədər asan olmayacaq. Çəkisizlikdə də bitkilər çox çətin yetişir. Belə halda köməyə yalnız onların sintetik analoqu gələ bilər. Krallıq İncəsənət Kolleci məzunu Culian Melçiorri yetişdirdiyi ilk süni bioloji yarpağı təqdim edib. Yarpaq bitkilərdə fotosintez prosesinə cavabdeh olan həqiqi xloroplastlardan və ipək zülallarından hazırlanmışdır.

  "Xloroplastları bitki hüceyrələrindən çıxarıb ipək materiya içərisinə yerləşdirdim. İdeyam bundan ibarətdir ki, təbiətin effektivliyini texnogen mühitdə istifadə etmək fikrindəyəm", - Culian Melçiorri qeyd edir.
 
   Melçiorri adi bir yarpaq kimi nəfəs alaraq yaşayan ilk fotosintetik materialı yaratdığını hesab edir. Mütəxəssislər bildirirlər ki, sintetik yarpaq həm otaqların havasını təmizləyən dekorativ interyer elementi kimi, həm də kosmik gəmilərin kayutasında oksigen generatoru kimi istifadə ediləcək. Hətta başqa planetləri koloniyalaşdırmağımızda da yardım təmin edə bilər. Material bundan başqa ventilyasiya texnologiyalarında yeni söz deyir. Yarpaq küçənin havasını udub, nəmliyi və karbon qazını oksigenə bərpa edərək, təmiz havanı ofis və yaşayış evi otaqlarına yayacaq.

Rəvan Quluzadə