Tarakan öz individuallılığını bərpa edir, o vaxt ki...

Davranışın individual, şəxsi xarakterini nəyin ki yüksək diferensasiya etmiş məməlilərdə (Mammalia), eləcə də tarakanlarda da müşahidə etmək artıq qəbuledilən olmuşdur. Düzdür fərdiliyin (şəxsiliyin) elementləri tarakan öz dostları (öz qrupu) arasında olması ilə tamamilə yoxa çıxır amma bu onu daha maraqlı edir əslində.

Biz heç bir vicdan əzabı çəkmədən, çox rahatlıqla məməlilərdə (Mammalia) və ya quşlarda (Aves) özünəməxsusluqdan-aqressivlik, qorxaqlıq, ünsiyyətlilik, utancaqlıq və s danışa bilirik. Əgər soruşsaz ev heyvanları olan insanlar sizə bu yönümdə çox maraqlı olaylar danışa bilərlər (Sadəcə əmin olmaq üçün edə bilərsiz :D).

Ancaq biz etiraf etməyə hazırıq mi ki, belə bir davranış nümunələrinə ənənəvi olaraq ‘’aşağıda’’ duran heyvanlarda məs., buğumayaqlılarda (Arthropoda) da olması mümkündür. Əslində zooloq və zoopsixoloqlar bu hal ilə çoxdan razılaşıblar. 

Proceedings of the Royal Society B jurnalında nəşr edilən tədqiqat işinin biri amerika tarakanı Periplaneta americana davranışının öyrənilməsinə həsr edilib. Brüssel Free University (Belçika) –dən olan zooloqlar 12 qrupda paylanan 300 amerika tarakanı fərdindən tədqiqat məqsədilə (model orqanizm kimi) istifadə ediblər. Hər bir fərdin davranışını ayrılıqda izlənilməsi rahat olması üçün onlara radioçip yerləşdirilib. Ölçü və cins faktorunun eksperiment nəticəsinə bu və ya digər təsirini istisna etmək üçün hər bir fərd eyni yaşlı (4 aylıq) və eyni cinsdən (erkək) olub. Eksperimentdə nə müşahidə edilib: təklikdə (qrup xaricində, dostlardan kənar) özünü kifayət qədər güclü, cəsarətli, aqressiv aparan fərd, qrup daxilinə keçiriləndə özünü qrupdaxili davranış qayda-qanunlarının axarına buraxır-‘’Hamı necə mən də elə prinsipi’’. Başqa sözlə tarakan öz şəxsi xarakterlərini itirərək, özünü bütünlükdə qrupun daxili sosial tələblərinə uzlaşdırır.

Bilirik ki, tarakanlar sürü ilə yaşayırlar. Lakin bu bir neçə yüz tarakanın məqsədsiz və sontan bir yerə yığılması deyil! Bu birliyin daxilində kimyəvi kommunikasiya hesabına gərgin məsələlər həll edilir: ‘’harada daha bol yemək var’’, ‘’hara günü axşam eləmək üçün daha etibarlı sığınacaqdır’’ və s kimi məsələlər. Hətta onlar kollektiv qərar qəbul edə bilirlər-hər bir fərdi həmin an narahat edən yeganə problemlə bağlı hamılıqla hamını qane edən bir həll yolunu tapmaq və ona qərar vermək kimi məslələr.

Amma yenə də bu koloniyanı biz qarışqa, arı koloniyası ilə eyni səviyyədə tutmaq hələ də tezdir. Ona görə də sosiobioloqlar tarakanlar üçün belə bir kompromisə gediblər: ‘’tarakanlara eusosial həyat tərzinə keçid mərhələsində olan canlılar kimi baxmaq olar’’. 

Nərmin Beydizadə

İxtisas zoologiya (araxnologiya), AMEA doktorantı. Hal-hazırda Visegrad Fund təqaüdü dəstəyi ilə Cexiya Respublikası, Masaryk Universitetində (Brno) davranış biologiyası (hörümçəklərin trofik davranışı, yırtıcılıq strategiyaları və onun təkamülü) dessiplinası üzrə tədqiqatçı.