Təkamül nəzəriyyəsinin təkamülü - Darvindən əvvəl

 
Əvvala, Təkamül Biologiyası barədə araşdırma aparmaq istəyən biri bu sahənin çox-çox qədim "tarixə" sahib olduğunu bilməlidir. Bilinən ilk dəyişməçi ya da təkamül düşüncəsi bizim eradan əvvəl, 610-546-cı illərdə yaşamış Anaksimandra aiddir. Anaksimandr mövcud olmuş ilk canlıların suda yaşadığını, qurudakıların isə onların dəyişməsi ilə meydana gəldiyini irəli sürərək təkamül düşüncəsini bu qədər erkən zamanlarda bu cür dəqiq təqdim edən adam olaraq bizləri təəccübləndiri. Bu, Antik Yunanıstanın elmi düşüncədə daha doğrusu, ümumi mənada azad düşüncədə nə qədər irəlidə olduğunu göstərir. Amma Anaksimandr düşüncələrini elmi və sistematik bir təmələ əsaslandıra bilmədiyi üçün qeyri-kafi qalmış və hər nə qədər başlanğıc nöqtəsi doğru olsa da, sistematik bir şəkildə düşüncələrini ortaya qoya bilmədiyi üçün irəli sürdüyü məlumatlar "fəlsəfə"dən o tərəfə keçə bilməmişdir.
 
B.E.Ə 490-430 illər arasında yaşamış Empedokl canlılığın varlığı üçün fövqəltəbii bir gücün olmasına gərək olmadığını, adaptasiyanın hər hansı bir "ilk səbəbə" ehtiyac duymadan canlıların var olmasının açıqlaması ola biləcəyinə dair düşüncələrini yazmışdı.
 
Bunlardan sonra gələn Aristotel  isə özündən əvvəl gələn bu iki əhəmiyyətli filosofun düşüncələrini belə yekunlaşdırmışdır: "Onsuz da var olmaları üçün lazım olduğu yerlərə uyğun gəlmək üçün var olan parçalar "spontan" (özbaşına) olaraq birləşmiş, belə şeylər həyatda qala bilmiş və yayılmış və yayılmağa davam edir."  Özü bunu səhv anlamaqla qalmamış, "Təkamül təsadüflərdən ibarətdir" şəklində sadə düşüncəni irəli sürən ilk insan olmuşdur. Aristotelin düşüncəsinə görə hər şey dünyaya bir səbəb üçün gəlir. Bu düşüncə sistemi hazırda teleologiya adlanır. Aristotelin digər mövzular haqqındakı haqlı fikirlərindən təsirlənən insanlar son dərəcə elmi olan dəyişmə anlayışı haqqındakı düşüncələrinin də doğru olduğunu fərz edərək onu izləmiş və bu səbəblə təbii dəyişmə həqiqətinin uzun illər qaranlıqda qalmasına səbəb olmuşlar.
 
Aristotelin düşüncələrində ən böyük təsir müzakirəsiz bir şəkildə müəllimi Platon tərəfindən edilmişdir. Platon Ernst Mayrın tərifiylə "...gəlmiş-keçmiş ən böyük təkamül əleyhdarı"dır. Platon Yer üzərindəki hər şeyin daha uca bir varlıqlar dünyasının pis bir əksi olaraq qiymətləndirmişdir və bütün varlıqlara ilahi bir varlığın səbəb olduğunu düşünmüşdür.
 
Yenə də  Platonun şagirdi Aristotel canlılar arasındakı əlaqələrlə maraqlanaraq bir çox araşdırma etmiş və kitablar yazmışdır. Və elmə tamamilə zidd bir şəkildə tamamilə şəxsi və etibarsız düşüncələrinə əsaslanan Böyük varlıq zəncirini (Scala Naturae) icad etmişdir:
Şəkildə göründüyü kimi Aristotalesin araşdırmalarına görə canlıların varlıq sıralaması "üstün" olanın daha yuxarıda qoylacağı halda belə idi:
  • Tanrı
  • Mələk
  • Cənnət
  • İnsan
  • Varlıq (heyvanları bəhs edilir)
  • Bitki
  • Alov
  • Daş
  • Məlumat pilləkəni
 
Daha sonra günümüzdəki dinlərinin də qatqılarıyla bu varlıq zənciri daha da təkmilləşmiş və xüsusiləşmişdir:
Bu yeni versiyaya görə indiki vaxtda bir çox dinin və insanın qəbul etdiyi sıralama isə belədir:
  • Tanrı
  • Mələklər
  • Şeytanlar
  • Kişi
  • Qadın
  • Heyvanlar
  • Bitkilər
  • Minerallar
 
 Ayrıca, bu "təkmilləşmiş" versiyada Tanrı "varlıq" olaraq, mələklər, şeytanlar, kişi, qadın və veyvanlar "varlıq aləmi" olaraq, bitkilər və minerallar "var olmağa çalışanlar aləmi" olaraq və minerallardan sonrakılar isə "yoxluq" olaraq xarakterizə edilmişdir. Hesab edirik ki, bu zəncirdə hazırda primitiv "Kişi qadından üstündür" düşüncəsinin keçmişini görmək mümkündür. Və bu sıralama günümüzdə qəbul edilə bilinməyəcəyi son dərəcə barizdir. Təbii ki, tanrı, mələklər, və s. qisiminə qarışa bilmərik, ancaq kişi, qadın, heyvan, bitki və minerallar arasında edilən primitiv fərqləndirmə təəssüf ki, elmdən, müasirlikdən, aydınlanmadan və daha da pisi "bilgidən"dan uzaqdır.
 
Bənzər şəkildə Çin və Romada da bənzər düşüncələr irəli sürülmüşdür. Çində Zhuangzi növlərin dəyişə biləcəyini e.ə 400-cü ildə irəli sürmüşdür. Çinli Cozef Needam (əsl adı: Li Yuese) Taoizmin sabit canlılar düşüncəsini tamamilə rədd etdiyini və fərqli canlıların fərqli mühitlərdə dəyişə biləcəklərini ifadə edir. Taoizm düşüncə axını olaraq hər şeyin "daimi bir dəyişmə" prosesi içində olduğunu irəli sürür. Romada da Titus Lucretius Carus B.E.Ə. 50-ci ilində bütün teoloji düşüncələrə tərs şəkildə canlıların dəyişə biləcəyini və təbii proseslərlə ortaya çıxdıqlarını irəli sürmüşdür.
 
8-13-cü əsrlərdə "qızıl dövrü"nü yaşayan İslam dünyasında isə bənzər bir tablo ilə qarşılaşılmaqdadır. Bilinən ilk İslami bioloq olan əl-Cahiz (tam adı: Əbu Osman Əmr min Bahr Kinəni əl-Fukaimi əl-Bəsri) canlıların var olduqları mühitdə bir mübarizə içərisində olduqlarını və həyat üçün döyüşmək məcburiyyətində olduqlarını yazmışdır. əl-Cahiz eyni zamanda detallı şəkildə qida zəncirlərini araşdıran ilk elm insanlarındandır. Heyvanlar Kitabı adlı kitabında heyvanların yaşadıqları mühitin həyat mübarizələri üzərində birə-bir təsiri olduğunu yazmışdır.
 
Bənzər şəkildə 1377-ci ildə İbni Haldun "Müqəddimə" adlı kitabında insanların "meymunlar dünyası"ndan inkişaf edərək ortaya çıxdıqlarını yazmışdır. Üstəlik eyni kitabında "növlərin sayının arta biləcəyini" ifadə etmişdir. Bu, günümüzdəki müasir Təkamül nəzəriyyəsinə ən yaxın məlumatlar parçalarının irəli sürüldüyü əsərdir.
 
İslamda ümumiyyətlə Böyük Həyat Zənciri düşüncəsi hakim olsa və təsirini çox vaxt şiddətli bir şəkildə hiss etdirsə də 13. əsrdə Akinolu Tomas (Tomas Aquinas) ilə başlayan Xristian yaradılışçılığı dəyişmə fikirinin qarşısındakı ən böyük səddləri tikməyə başlamışdır. Tomas Aristotelin Böyük Həyat Zənciri və teleoloji düşüncələrini dövrün Xristianlığı ilə birləşdirərək günümüz elm düşmənliyinin təməllərini atmağa başlamışdır. Akinoslu Tomas var olan hər şeyin yaxşı bir məqsəd ilə var olduğunu irəli sürmüş və heç bir canlının əsla yaradılış sərhədlərinin xaricinə çıxaraq fərqliləşməyəcəyini irəli sürmüşdür. Böyük Həyat Zəncirini bir addım daha irəli apararaq olduqca detallı bir ağac hazırlamışdı, ancaq bu o qədər uzundur ki, bura yazmamız mümkün deyil. Təməl quruluşu yuxarıda verilənlərlə eyni olmaqla birlikdə, insanın sahəsi genişlədilərək ən üstə "Kral" qoyulmuş, kişi və qadın isə yaradılışları fərqli olsa belə (xristian inancına görə qadın kişinin qabırğa sümüyündən yaradılmışdır) bu cinsiyyətlər daha bərabər qiymətləndirilməyə başlanmışdır.
 
Nəysə ki, indiki vaxtda "Qaranlıq Çağlar" olaraq xatırlanan 6-13. əsrlərdə elmin inkişafa başlaması və insanların maraqlarına və həqiqətə olan maraqlarına məğlub olmaları sayəsində sonsuza qədər davam etmədən bitmişdir. İntibah və İşıqlanma dövrü sayəsində elm bir anda partlayaraq inkişafa başlamış, dinin insanlar üzərindəki təzyiqi pozulmuş və insanlar özlərinə satılandan çox özlərinin əldə edə bildiklərini öyrənməyə başlamışlar. Bu sayədə "elm insanı" anlayışı inkişafa və xalq arasında yerləşməyə başlamışdır. Bu anlayış din dünyasına qarşı dialektikada bir ziddlik yaratmış, beləcə pulun iki üzü kimi tərs olan bu anlayışlar bir-birlərini tarazlaşdıraraq tarazlıq vəziyyətinə doğru inkişaf etmişlər. Təbii ki, elmin "işıqlanma" mənasıyla ilk olaraq ortaya çıxdığında yaşanan qaranlıq dövrlərin təsirlərinin silinməsi çox qısa zaman almamışdır.
 
17. əsrin ilk çağlarında Rene Dekart kainatı bir maşına bənzətmiş və "var olma" anlayışını dinin əlindən alaraq, konkret bir məqsədə çəkərək elmi inqilabın ilk addımlarını atmışdır. Daha sonra 1650-1800-ci illər arasında sürətlə dəyişməçi fikirlər geri dönməyə başlamışdır. Benoit de Maillet kainatın, Yerin və həyatın mexanistik təməllərlə var ola biləcəyini irəli sürmüş və təbii qanunların "canlılıq" anlayışını başlada bilməsi üçün kafi olduğunu söyləmişdir.
 
Dediyimiz kimi dinin təsirinin elm üzərindən qalxması dərhal baş verməmiş, bu dəyişmə də Təkamüllü bir müddət kimi yavaş və pilləli olaraq işləmişdir. Qotfrid Vilhelm fon LeybnisJohann Qottfrid Herder dəyişmənin bədəndə deyil, "ruh"da olduğunu irəli sürərək din ilə elmin arasını düzəltməyə çalışıblar. Ancaq bu düşüncələr də bir müddət yerini tutmuş olsa da (və hələ də bəzi dəstəkçiləri olsa da) 1751-ci ildə Pyer Lui Mopertyuinin" təbii modifikasiyaların artıma nəticəsində meydana gəldiyi və nəsillər keçdikcə yığıla bildiyi, bu səbəbdən yeni irqlərə və növlərə səbəb olabildiyi"ni yazmasıyla elmi düşüncə bir dəfə daha silkələnərək konkret, həqiqi və ayaqları yerə basan təməllərə sahib olmuşdur.
 
Təkamül sözü ilk olaraq embrioloji inkişafı izah etmək üçün irəli sürülmüş bir sözdür. Latıncada fərmanların yazıldığı perqamentlərin dönərək açılmasını izah etmək üçün istifadə edilən bir sözdür. Elmi bir mənada ilk dəfə 1762-ci ildə Çarlz Bonnet tərəfindən istifadə edilmişdir. Bonnet preformasiya iddiasını ortaya atan adamdır. Bu iddiaya görə cütləşmədən sonra gələcəkdə meydana gələcək canlının miniatürü ana qarınında yaradılır və bu miniatür böyüyərək gələcəkdəki halını alır. Ancaq bu, embriyologiyanın inkişafı ilə yanlışanmış bir iddiadır (təxmin edilə biləcəyi üzrə).
 
18. əsrdə məşhur təbiət məlumatçısı C. L. L. Buffon gördüyümüz bütün növlərin müəyyən bir növün fərqliləşmiş versiyaları olduğunu irəli sürmüşdür. Buffon iddiası üçün aslanların, pələnglərin,  leopardların və ev pişiklərinin ortaq bir ata növdən fərqliləşərək günümüzdəki halları aldığını irəli sürmüşdür. Hətta bənzərliklər üzərinə etdiyi hesablamalarla o zamanlarda bilinən 200 məməli növünün (Discovery Channelin məlumatlarına görə indiki vaxtda 4.646 məməli növü bilinməkdədir) 38 ata növdən o günkü hallarına gələ biləcəyini irəli sürmüşdür. Buffon canlıların var oluşunu spontan generasiya fikirinə bağlamışdır. Ancaq bu görüş də indiki vaxtda Pasterin təcrübələri ilə çürüdülmüşdür.
 
Bunlardan başqa Diderot, Ceyms Burnett, Lord Monboddo kimi adlar bu düşüncələri bir addım daha irəli daşımışlar və hətta Lord Monboddo insanların primat olduğunu və digər primatlardan fərqliləşərək bu günki halına gəldiyini irəli sürmüşdür. Son olaraq Çarlz Darvinin babası Erasmus Darvin 1796 tarixli kitabı Zoonomiada "bütün isti qanlı növlərin tək bir növdən fərqliləşərək günümüzə gəldiyi"ni yazmışdır.
 
Tarixə baxıldığında Təkamül düşüncəsi ilə Geologiya məlumatlarının həmişə paralel bir inkişaf etdiyi müşahidə edilməkdədir. İnsanlar nədənsə bunu inkar etsələr belə cansız varlıqların davranışlarıyla canlıların davranışları arasında bir paralellik qurmağa çalışmaqdadırlar. Yəni canlıların dəyişmədiyini dəstəkləmək üçün Yerin da həmişə var olduğu kimi qaldığı iddiasını irəli sürməkdədirlər. Əslində bu təməldə doğru bir yanaşmadır, çünki "canlı" və "cansız" deyə bir anlayış yoxdur, hər şey tək bir quruluşdadır ("varlıq" deyə bilərsiniz). Bunu "canlı" və "cansız" deyə ayıra bilməzsiniz, çünki iki qrupun da elementlər eyni ya da bənzər elementlər və bu elementlərin yığınlarıdır. Ancaq 19. əsr insanlarının yanıldığı nöqtə dünyanın var olduğundan bəri sabit qaldığı düşüncəsi idi. Nəysə ki, hörmətli elm insanlarının araşdırmaları sayəsində bu səhv düşüncə də yanlışlandı.
 
1788-ci ildə Ceyms Hutton geologiyanın çox yavaş bir şəkildə, amma davamlı olaraq dəyişdiyini iddia edərək planetimizin dəyişməzlik iddiasına ilk zərbəni vurmuşdur. Bu, canlıların dəyişmə düşüncəsini mənimsəyənləri həyəcanlandırmışdı. Daha sonra 1796-cı ildə Corc Kyuve mamont və mastodon qalıqlarını tapmış və günümüz filləri ilə arasındakı onlarla fərqliliyi ortaya qoymuşdur. Beləcə uzun illərdir davam edən "canlıların soyu tükənə bilməz, yoxsa varlıq məqsədləri boşa çıxar" düşüncəsi yıxılmış, canlıların hər hansı bir məqsəd qoy var olmadıqları və soylarının tükənə biləcəyi isbat edilmişdir (bəzi kütlələr "məqsədlərini yerinə yetirdikləri zaman nəsillərinin tükənə biləcəyini" irəli sürməyə çalışmış, amma bu zorakı düşüncə heç bir zaman insanlar arasında yer almamışdır).
 
Bu tapıntılardan sonra fosil araşdırmaları da sürətlənmiş və paleontologiya elmi bir anda yüksəlişə keçmişdir. 1840-lara doğru geoloji zamanların böyük bir qisimi işıqlandırılmışdı. 1841-ci ildə Con Flips dövrləri o dövrdə yaşamış heyvan növlərinə görə təsnif etmişdir. Bu təsnifə görə:
  •  Paleozoy: Su onurğasızları və balıqların üstünlük təşkil etdiyi dövr
  •  Mezozoy: Sürünənlərin dövrü
  •  Senozoy: Məməlilərin dövrü
Bu inkişaf cədvəli dövrün ən sərt və mühafizəkar geoloqlarından və Çarlz Darvinin müəllimlərindən olan Adam Sed1vik tərəfindən belə qəbul edilmişdir.
 
1830-1833-ci illər arasında Çarlz Layl Geologiyanın Prinsipləri adlı kitabını nəşr etmiş (kitab bir çox cilddən ibarətdir) və uniformatarion fikri irəli sürmüşdür. Bu görüşə görə Yer üzərindəki geoloji strukturlar fövqəltəbii və ya onun tərifiylə "kataklazmik" açıqlamalar yerinə təbii və yavaş işləyən müddətlərin təsiri altındakı dəyişmə düşüncəsiylə çox daha asan və detallı açıqlana bilməkdədir. Bu görüşlər məşhur təbiət məlumatı və Təkamül Biologiyasının atası sayılan Çarlz Robert Darvinin fikirlərinə istiqamət verən görüşlər olacaq.
 
Göründüyü kimi hər nə qədər Darvin nəzəriyyənin "atası" olaraq qəbul edilsə də əslində özündən əvvəl çox zəngin bir məlumat təcrübəsi onsuz da mövcud idi. Tək problem bu təcrübənin sistematik olaraq təqdim edilib təbii qanunlarla dəstəklənilməməsi idi. Darvin yüzlərlə tapıntıyla dəstəkləyərək, ola biləcək ən sistematik şəkildə mövzunu bir araya gətirərək sahəsində bir sıçrama etdi və buna görə hər şeyi öz üzərinə ala bildi.
 

İlkin Cəfərov