Təkamül yoxsa Yaradılış? Bombardman böcəkləri.

Bombardman böcəkləri digər böcəklərdən qeyri-adi xüsusiyyəti ilə fərqlənir. Onu fərqli edən isə 2 sm boyu ilə "od" püskürməsidir. Od dediyim isə qaynar kimyəvi mayedir. Böcək, düşməni tərəfindən təhdid edildikdə bədəninin arxa hissəsində yerləşən xüsusi boru ilə düşməninə doğru qaynar və qıcıqlandırıcı kimyəvi maye püskürdür. Bu  kimyəvi maddə isə hidrogen-peroksid ilə hidroxinonun qarışımıdır. Böcək təhlükə hiss etdiyi zaman, saxlama kamerasının əzələlərini sıxır və buradakı mayelər partlama kamerasına dolur. Eyni zamanda, bu “yanma kamerası”nın divarlarından sərbəst buraxılan xüsusi bir katalizator-peroksidin təsiri ilə maye 100° C-yə qədər qaynayır. Bu maddələr birləşincə partlamağa bənzər bir reaksiya meydana gəlir və kimyəvi maddəni böyük bir sürətlə qarın bölgəsinin uc hissəsindən püskürdür.

Bütün bu mexanizmlər Anenshansley və Eisner'in 1969-cu il məqaləsində, Anenanshley'in 1983-cü il məqaləsində  və Eisner'in isə 1989-cu il məqaləsində ətraflı izah edilmişdir.

Təkamülə qarşı boynunu bükmədən inadla dik duran insanlar bu böcəyi ələ alaraq yaradılış və ağıllı dizayn kimi elmdən çox uzaq düşüncə sistemlərinə sübutlar kimi göstərməyə çalışıblar.

Qətiyyətlə bunu qeyd edim ki, bombardman böcəyinin qeyri-adi xüsusiyyətininin işləmə mexanizmini təkamül nəzəriyyəsinin verdiyi açıqlamadan başqa heç bir elmi açıqlaması yoxdur. Daha doğrusu yaradılış və ağıllı dizayn düşüncəsində olan insanlar bu cür bioloji proseslərin necə var olduğunu izah edə bilməzlər. Onsuz da onların məqsədləri bu mexanizmləri izah etmək deyil, məqsədləri bu mexanizmləri  izah etməyin bir yolu olmadığını deyərək din propaqandası ilə insanları elmdən və düşüncədən uzaqlaşdırmaqdır.
 

Nəticədə elm adamları və elm həvəskarları olaraq bombardman böcəyi kimi qeyri-adi bacarığı olan bütün canlılara o  xüsusiyyəti ortaya qoyan prosesin təkamül prosesi olduğunu bilirik.

Çox uzatdıq, indi gələk əsas məsələyə.
Bəs yaxşı, bombardman böcəyində olan bu mexanizm təkamül prosesi zamanı necə qazanıldı?

● Bombardman Böcəklərinin Müdafiə Sistemlərinin Mərhələli Təkamülü.

Bu günün elmi, bombardman böcəklərinin əcdadları olan buğumayaqlı növlərdən necə mərhələli şəkildə təkamül edə biləcəyini aşağıdakı kimi izah edir.

 1.  Xinonlar yüzlərlə digər böcəklərdə adi bir məhsul olaraq istehsal olunur, yəni qeyri-adi kimyəvi qrup deyildir. Bu kimyəvi maddələrin əsas istehsal məqsədi dəri hüceyrələrinin təbəqələrini gücləndirməkdir. Bu sistem bir çox buğumayaqlılarda mövcuddur. Bu haqda Dettner 1987-ci ildə yayımladığı məqaləsində ətraflı izah veribdir.
 
 2. Bu Xinonlar dəri hüceyrələri tərəfindən əmilməz və istifadə edilməz, yəni hüceyrələr üzərində bir təbəqə halında qalırlar. Bu kimyəvi maddələr, onu istehsal edən böcəkləri ovlamaq istəyən ovçular üçün dözülməz dad hesab edilir. Günümüzdə bir çox buğumayaqlılar, xinonları ovçulardan qorunmaq üçün istifadə edirlər. Bu böcəklər haqda isə Eisner'in 1970-ci ildə yayımladığı məqaləsində ətraflı oxuya bilərsiz.

 3. Bu təbəqələr ətrafındakı əzələlərin biraz ixtisaslaşması və qabıq halına gəlməsi nəticəsində bombardman böcəklərinin xinonları az miqdarda depolaması mümkün olmuşdur. Bu da böcəyə ovçularından qorunmaq üçün avantaj qazandırmışdır.

 4. Bu qabıqlı strukturların dərinləşməsi və əzələlərlə dəstəklənməsi nəticəsində bombardman böcəklərinə yığılmış xinonları çölə püskürtmək imkanı verdi. Bu önəmli bir addımdır, çünki normalda bu tip xinon tərkibli müdafiə sisteminə sahib canlılar ovçuları tərəfindən yeyildikdən sonra çölə tüpürülür. Bu sırada isə yaralanma və hətta ölüm halı da olacaqdır. Ancaq əvvəlcədən xəbərdarlıq edərsə əgər, yaralanmaz və ya ölməz. Məsəlçün, onu ovlayan heyvanın ağzına girmədən öncə sifətinə bir-iki xəbərdarlıq püskürtməsi edərək iyrəndirə bilər.
Buna bənzər bir mexanizma, Holldobler və Wilson'un 1990-cı ildə yayımlanmış məqalələrinin 233-237 səhifələrində bəhs edilmişdir.

Düşünən İnsanlar Üçün kitabını endir və ya oxu

 5. Bu qabıqlı örtük daha çox maddə depolamaq üçün dərinləşərək "anbar" halına gəlir. "Anbarın" dəri təbəqəsi də içərisində depolanacaq maddəyə uyğun şəkildə  tədricən dəyişir (qarşılıqlı təkamül). Buna görə də  bombardman böcəyi istehsal etdiyi kimyəvi maddəni daha çox depolayacaq bacarığa sahib olur. 

 6.  Eisner'in 1970-ci ildə yayımladığı məqalədə deyildiyi kimi, bir çox böcəklərdə xinon ilə birlikdə bir çox kimyəvi maddələr də müdafiə sisteminə qoşulur. Səbəb isə, bir çox böcəklər müdafiə üçün sadəcə xinon maddəsindən istifadə etdiyi üçün, ovçuların çoxunda xinona qarşı müdafiə mexanizmi formalaşmışdır (təbii seçmə).  Buna görə də bəzi böcəklər avantajlı olmaq üçün xinonla birgə başqa kimyəvi qarışımdan da istifadə edirlər. Bunlardan biri də hidroxinon maddəsidir.

 7.  Hidroxinon ifraz edən hüceyrələr bir çox müxtəlif maddələrin  yaranmasına və saxlanmasına imkan verən daxili təbəqələr meydana gətirdi. Ayrıca "anbar" kənarında qalan hüceyrələr də dəyişərək ifraz etdikləri hidroxinonları "anbar" içərisinə ötürmək üçün təkamül keçirdilər. Hər biri "anbara" açılan incə kanallara sahib oldu. Bu növ ötürmə kanallarını demək olar ki hər heyvanda görə bilərik. Məsəlçün, insanların da daxil olduğu məməlilər sinfində, süd vəziləri ifraz etdikləri südü məmə uclarına bu növ kanallarla ötürürlər.

 8. Bu kanallar sağlam və güvənilir ötürməyə səbəb olduğu üçün zamanla orqan halına gəlmişdir. Püskürmə üçün xüsusi kimyəvi maddələr ifraz edən hüceyrələr isə zamanla bir araya gələrək ayrıca orqan kimi formalaşmışdılar. Bu mexanizmin təkamül prosesi digər böcəklərlə müqayisə edilərək ətraflı şəkildə Forsyth'in 1970-ci ildə yayımladığı məqaləsində incələnmişdir.

 9.  Bura qədər baş verən proseslərin nəticəsi olaraq, ifraz olunan maddələr daimi olaraq çölə doğru axaraq müdafiə sistemi yaradır. Amma bu heç uyğun deyil, çünki bir heyvan daimi olaraq təhdit altında qalmır. Buna görə də ifraz olunan hidroxinonlar daimi olaraq lazımsız şəkildə xaric olmamalıdır. Bu səbəblə əzələləri ilə maye çıxışını bağlaya bilənlər seçilərək avantajlı hala gəlmiş olur və bu istiqamətdə təkamül keçirərək nəsillərini artırmış olurlar.

 10. Hidrogen-peroksid, bədənin bir çox hüceyrəsində meydana gələn kimyəvi hadisələrin yan məhsuludur. Bu maddə isə bombardman böcəyində xüsusi depolanan hidroxinin maddələrlə qarışmışdır. Bu iki kimyəvi maddə sərbəst qaldıqda, uzun müddət ərzində çox yavaş reaksiyaya girirlər. Bu da bombardman böcəklərinin əcdadlarından fərqli olaraq yavaş, amma fərqli (ovçuların alışıq olmadığı)  kimyəvi maddələrlə özünü müdafiə etməsinə səbəb olmuşdur.

 11. Katalazalar hidrogen peroksidini su və oksigenə çevirən bir katalizatordur və demək olar bütün hüceyrələrdə mövcuddur. Peroksidaz da oxşar katalizatordur və bitki, heyvan, bakteriya hüceyrələrində bol istehsal olunur. Buna görə də başqa  heç bir əlavə istehsala ehtiyac yoxdur. Baş verən tək şey, bunları ifraz edən hüceyrələrin bu kimyəvi maddələri müəyyən bir yerə yığmasıdır. Bu da mərhələli təkamül yolu ilə qazanılır.
Beləliklə, daha çox müdafiə xüsusiyyətinə malik olan xinonlar kimyəvi birləşmədə daha çox paya sahib olmuş olur.

 12. Hər keçən nəsildə daha çox peroksidaz və katalaza olduğu üçün, kimyəvi reaksiya nəticəsində çıxan istilik artmağa başlayır və buna görə qarışığın temperaturu yüksəlməyə başlayır. Ayrıca, buxarlaşma və oksigen miqdarının artması ilə depoda qaz miqdarı  da artır ki, bu da maddənin çölə axması üçün  əzələlər açılarkən içəridə yığılmış qaz qarışıqlı maddənin çölə püskürməsinə səbəb olur.

 13. Qarşılıqlı təkamül sayəsində deponun divarlarındakı hüceyrələr daha da qalınlaşıb güclənərək artan təzyiqə dözə bilirlər.

Kimyasal Silah Kullanan Bombardıman Böceği | Kimyaca

 14. Divarlar fərqliləşərək yeni bir otaq halına gəlirlər. Bu otaq, artıq sərtləşib qalınlaşmış "anbar" kameralarına bənzəyir. Bu kamera yalnız kimyəvi maddələrin qarışdırılması üçün xüsusi olaraq inkişaf edən "reaksiya kamerası" halına gəlir. 
Bütün bu proseslər qəliz görünə bilər, amma nəzərə alsaq ki təkamül zəncirvari şəkildə deyil, budaqlanan şəkildə baş verən bir prosesdir, o zaman yuxarıda saydığımız  proseslərin bir çoxu nizamlı şəkildə ard-arda yox, bir-birinə uyğun olaraq iç-içə, birlikdə baş vermişdir.

 15. Artıq son olaraq böcəyin qarın əzələləri də dəyişərək depoladığı  maddənin atılacağı yerə doğru tənzimləməyə imkan verir. Yəni artıq istədikləri yerə nöqtə atışı edə bilirlər. Əzələləri daha çevik və elastik olan fərdlər daha avantajlı olacaqdır və nəsillər içərisində  daha dəqiq ata bilən bombardmançı böcəklər təkamülləşəcəkdir. Günümzdə gördüyümüz bombardmançı böcəklər bütün bu təkamül yolunu keçən əcdadlarının törəmələridir.


Bacardığımız qədər qısa izah etməyə çalışdığımız bu addımlar hər nə qədər uzun və qəliz görünsə də, sıradan bir təkamül prosesinin mərhələli addımlarıdır. Hətta bunları da biraz daha incələyərək  alt-mərhələli addımlara bölə bilərik, beləcə təkamül prosesi zamanı baş vermiş bütün dəyişiklikləri daha aydın görə bilərik. 
Amma uzatmamaq üçün bütün bu prosesi 15 addımda izah etməyə çalışdıq.

Bu addımlardan hansı biri imkansız və ya məntiqsizdir? Heçbiri. Çünki hər bir addımın bənzərini təbiətdə digər canlılarda rahatlıqla sıradan birşeymiş kimi görə bilərik.

Bəs nə üçün sadəcə bu növlərdə bu fərqli özəlliklər təkamülləşmişdir?
Bu ümumiyyətlə yanlış sualdır. 
"Bombardman böcəkləri" bir növ adı deyil, bir fəsilə adıdır və altında Dünyanın dörd bir yanına yayılmış təxminən  40.000 növ mövcuddur. Bu növlərin çoxu fərqli şəkillərdə püskürtmə mexanizminə sahibdir. Bu sual biraz da "Bir çox heyvanlar uça bilmə bacarığına sahib olduğu halda nə üçün insanlar uça bilmir?" sualına bənzəyir. Nə qədər yanlış olduğunu özünüz düşünün.

Mənbələr:

1. https://ncse.ngo/bombardier-beetle-myth-exploded

2. http://www.talkorigins.org/faqs/bombardier.html

3. https://www.pnas.org/content/96/17/9705

4. https://jeb.biologists.org/content/203/8/1265.long

Təkamülün mərhələli şəkildə mürəkkəbə doğru budaqlanan proses olması və ona əks arqumentlərin çürüdülməsi:


1. https://www.theguardian.com/science/punctuated-equilibrium/2011/jan/10/2

2. https://science.sciencemag.org/content/165/3888/61

3. https://science.sciencemag.org/content/248/4960/1219

4. https://link.springer.com/article/10.1007/BF01963125

5. https://www.annualreviews.org/doi/abs/10.1146/annurev.en.32.010187.000313

Tacəddin Abışov