Təkamülçü bioloqlar və inanc imtahanı.

Bu dəfəki mövzumuz təkamülçü bioloqların inanclarının mövqeyidir. Çünki xalq arasında inadla təkamül ilə ateizmin bir olduğu mifi yayılmaqdadır və bu yalan xalq içərisində davam etdirilməyə çalışılır. Ancaq edilən araşdırmalar bunun düşünüldüyü kimi olmadığını göstərir.

American Scientist jurnalında nəşr olunan bir yazıda təkamülçü bioloqların inancları araşdırılmışdır. Gregory W. Griffin və William B. Provine tərəfindən həyata keçirilən və 149 professional təkamülçü bioloq üzərində edilən araşdırma maraqlı nəticələr təqdim etmişdir. Bu elm insanları 28 fərqli hörmətli milli akademiyaya üzvdürlər. Alimlərin ixtisasları bu elm sahələrindən ən az birini əhatə edir: təkamül, filogenetika, populyasiya genetikası, paleontologiya, paleoekologiya, paleobiologiya, sistematika, orqanizm səviyyəsində adaptasiya və ya uyğunlaşma müvəffəqiyyəti. Bu araşdırmanın əhəmiyyəti isə daha əvvəlki işlərdə teizm (Tanrı + dini kitab qəbulu) ilə deizm (yalnız Tanrıya inanc, dini kitabları rədd) arasındakı fərqin araşdırmaya daxil edilməməsinin əksinə, teizm ilə deizmin bir-birindən dəqiq olaraq ayrılmış olmasıdır. Alimlərə aşağıdakı vizualdakı üçbucaq göstərilmişdir və özlərini inanc olaraq teist, deist və təbiiçi (ateist) qütblərindən hansına daha yaxın hiss etdiklərini, hərflərlə ifadə etmələri istənmişdir (məsələn, "A" tamamilə təbiiçiliyi göstərərkən "E" Deizmin də daxil olduğu və üstün gəldiyi, teizmi ayrı qoyan bir təbiiçiliyi təmsil edir).

 
 
Nәticә maraqlıdır:

Təkamülçü bioloqların 78%-i özlərini "tamamilə təbiiçi" ("A": yəni bütün kainatın yalnız təbii və şüursuz / idarə edilməyən proseslərlə işlədiyini müdafiə edən fikir) olaraq xarakterizə etmişdir. Yalnız 2 təkamülçü bioloq özünü tam bir teist olaraq ("F"), 2-si özünü teizmə daha yaxın olaraq ("D"), 3-ü isə teistik təbiiçi ("B": təbii proseslərin bir yaradıcı tərəfindən nəzarət edilməkdə olduğunu müdafiə edən görüş) olaraq xarakterizə etmişdir. Bu səbəbdən alimlərin yalnız 4.7-si dinlərin tanrılarına inandığını (teist olduqlarını) söyləyir. Deizmin isə vəziyyəti fərqlidir. Heç bir alim tam deist olduğunu ("I") bildirmədiyi halda, 11 alim təbiiçiliyə yaxın bir deist ("C"), 10 təkamülçü bioloq isə deizmə daha yaxın təbiiçiliyi ("E", "H" və ya "J") seçmişdir. Yəni təkamülçü bioloqların inancı teistik olmaqdan çox deistiktir. Bir yaradıcı və ya istiqamətləndirici gücə inanırlar, ancaq canlıların və kainatın kitablarda göstərildiyi şəkillərdə və qaydalarda yaradıldığını əksəriyyətlə rədd edirlər.

Təkamülçü bioloqlara sualın soruşulma forması də əhəmiyyət kəsb edir. Əgər bir Tanrıya inanıb-inanmadıqları birbaşa soruşulsa 80%-i inanmadıqlarını söyləyəcək. Ancaq təbiətin bir güc tərəfindən istiqamətləndirildiyi fikrinə bir az daha açıq yaxınlaşacaqlar və bu vəziyyətdə nisbət daha aşağı olacaq.

Yaşıl Elm olaraq bizlərin də müdafiə etdiyi bir görüş olaraq araşdırmanın nəticəsi olaraq təkamülçü bioloqların 72%-nin dini inancların təkamülün bir məhsulu olduğunu düşündüyünü ortaya çıxarılıb. Yəni bir şeylərə inanma ehtiyacı təkamüllü bir adaptasiya olaraq meydana gəlmişdir və mədəni təkamülün bir hissəsidir . Bu, inancların məzmunlarının (Tanrı, cənnət, cəhənnəm, qədər, s) həqiqi olduğu mənasını verməz. Ancaq ən azından bunlara inanmanın təbii davranışlar olduğunu qeyd etmək lazımdır. Ən başından söylədiyimiz kimi, dini inanclar hər nə məqsədlə və hər nə şəkildə olursa olsun elmə daxil edilməməlidir! Elmin qanunları və həqiqətləri dini açıqlamalarla ələ alınmamalıdır. Lazımdırsa dini inancların özü elmə uyğun hala gətirilə bilər, ancaq elmin dinə uyğun hala gətirilməsi gözlənilə bilməz!

İlkin Cəfərov