''Təsadüf'' gəlir. Qaçın!

Bir şey bizə görə niyə ''təsadüf'' ola bilər? Başqa cür soruşsaq, ''Bir prosesə dair fikir bildirərkən "təsadüf" sözünü istifadә edә bilmәmiz üçün, o prosesin hansı xüsusiyyətləri daşıması lazımdır?

Gündəlik həyatımızda ən son, tәxminәn 15 il əvvəl gördüyümüz dostumuzu gördüyümüzdə ''nə böyük təsadüfdür!'' deyərək qəhqəhə ilә gülürük (15 yaşından aşağı olan oxucularımız varsa, onlardan üzr istәyirik). Bu hadisədə ''təsadüf'' olaraq qiymətləndirilən şey bu qədər il sonra dostumuzu təkrar görməmizdәn başqa bir şey olmasa gərək. İndi, Yerin radiusunun 10 metr olduğunu xəyal etsək, bu tip köhnә dost, tanış görüşmələrində ''təsadüf'' sözü istifadә edilәrdimi?

İkinci misalı isә zaman ölçüsündən verək: Tam universitet ya da mәktәbimizdәn çıxış saatında telefonumuz zәng çalsın və yoldaşlarımız bizi bir məkana, yeməyə dəvət etsin. Nə qədər də acmışdıq, tam yerinə düşdü yəqin. Günü 10 dəqiqəyə sığışdırdığımızda, əlbəttə ''təsadüf''lәr ya da ''tam yerinə düşәn dəvətlər'' söz mövzusu olmayacaq. Problem bir az daha böyük miqyaslı problemidir.

Ya təbiətdə rast gəldiyimiz ''möcüzələr''? Ya təbiətin özü? Ya kainat? Bu anlayışları ələ alan elmi yazılarda qarşımıza çıxan ''təsadüf'' sözündən diksinmәyimizin səbəbi nədir? Əlbəttə ki, ölçüdür, "mükəmməlliyin" ölçüləridir. Entegrasiyada ən üst səviyyəyə çatmış bir sistemin ölçüləridir, ulduzların ölərkən arxalarında müəyyən qalıqlar buraxması, ardından bu qalıqların təkrar bir araya gələrək karbon əsaslı bir həyat formasının yolunu açmasıdır. İndi nə edəcəyik? Əlbəttə heç bir ikili standarta yer vermədən, yuxarıda etdiklərimizin edəcəyik:

Kainatı sığışdıracağıq!

Bu taktikanı ümumiyyətlə Böyük Partlayış kosmologiyası üzərindә işlәyәn alimlәr istifadə edərlər. Hətta belә bir termin vardır: ''filmi geriyə fırlatmaq''. Bizlər də filmi geriyə fırlatdığımızda, varlığa səbəb olan faktorların iş sahələrini daraldaraq qarşılıqlı faizlәrini / sıxlıqlarını /'' səmərə''lәrini artırmış oluruq. Bu, xüsusilə təbiətin özünün tәkamülündә gözlәyә bilәcәyimiz bir faktı ortaya çıxarar: sına-yanıl (sınamaq-yanılmaq). Dünyamızın soyumadan sonrakı mərhələlərində, bünyəsində maye su saxlayacaq hala gəlməsiylə birlikdə, artıq canlılığın tәkamülü üçün müəyyən molekulların maye mühit içində, müəyyən bucaqlarla, müəyyən enerjilərdə qarşılaşmaları, bir statistika problemi halına gəlir. Əsasında, kainatın özünün meydana gəlməsindən sonra canlıların yaranması bir statistika problemi halına gəlmişdir, ancaq ölçülәr bizim razı olmağımıza müqavimət göstərən ən böyük faktorlardır.

13,8 milyard yaşında bir kainatımız var və sürətlənərək genişlənir. Bu qədər böyük ölçü düşünә bilmәmiz üçün bəlkə də işıq sürətinə yaxın sürətlərdə hərəkət edə bilən bir avtomobillə kosmosun dərinliklərinə özümüzü buraxmamız lazımdır. Düşündüyümüzdə isə ''Bu kainat bu fövqəladə tərzdә genişləyən kainatdır, bir zamanlar bir "sıfır nöqtәsi"nә sahib idi'' deyərik. Bu ölçüdә genişləmənin başlaması üçün,'' simmetriya qırılması'' dediyimiz faktın özünü göstərməsi lazım idi və göstərdi də. Göstәrməsəydi, 13,8 milyard il sonra orada davam edən bir təklik və ya sıxışmışlıq olmayacaqdı, çünki 13,8 milyard il kimi bir zaman dilimi mənasız olacaqdı.

Simmetriyanın qırılma mexanizmi, müəyyən fiziki sabitlər də birbaşa təyin etmişdir. Plank sabiti, Böyük Partlayışdan qalan və antenalı televizyonlarımızda dalğalanma olaraq özünü göstərən kosmik mikrodalğa fon dalğalanmasının istilik əyrisi, kainatımızdakı maddə sıxlığına dair Ω (omeqa) sabiti kimi bir çox fiziki sabit simmetriyanın qırıldığı anda körpə kainata hakim olan fiziki şərtlərin nәzarәtindәydi və bu andan sonra, bir əvvəlki hadisələr silsilәsi, bir sonrakı hadisələr silsilәsinә təsir etməyə başladı.

''Təsadüf'' görüldüyü kimi qorxunc bir ifadə deyil. Canlıların tәkamülü mövzusunda isə qeyd etdiyimiz kimi, yalnız bir statistika problemi, milyardlarla kub metrlik okeanlarda, trilyonlarca molekulun, katrilyonlarca dəfə sına-yanıl üsulunu istifadə etmәsi söz mövzusudur. Təkrar söyləyirik: bu, yalnızca bir statistika problemdir. Ancaq kainatın meydana gəlməsi mövzusunda ''təsadüf'' ifadəsini istifadə etməmizin səbəbi, simmetriyanı nəyin qırdığını bilməməmizdir, bu mövzuda daha çox cahil qalmayacağımızı da söyləyək; çünki təqib etdiyimiz qaynaqlara görə bu problemin həlli yaxındır.

Ilkin Jafarov