Toxunuş hissiyatlı robot əl hazırlandı

   Dennis Aabo Sorensen 27 yaşında ailəsiylə birlikdə tətildə olarkən fişəng qəzası nəticəsində sol əlini itirmişdir. Keçən il 36 yaşlı bu danimarkalı sinir sistemi ilə əlaqə quraraq obyektləri tutub hərəkət etdirməsini təmin edən yeni bir protez əli sınaqdan keçirmək şansı əldə etdi.

  Hətta daha da əhəmiyyətlisi, Science Translational Medicine jurnalında 5 fevral 2014 tarixində dərc edilən bir hesabata görə, Dennis Aabo Sorensen qəzadan bəri keçən 9 ildə ilk dəfə toxunduğu obyekti həqiqətən hiss etdi.

  Protez əlin hiss xüsusiyyətləri Silvestro Micera ilə İtaliyada yerləşən Sant'Anna Tədqiqat Mərkəzindəki (Scuola Superiore Sant'Anna) və İsveçrədə yerləşən Lozan Federal Texnologiya İnstitutundakı (Ecole Polytechnique Federala da Lausanne) həmkarları tərəfindən inkişaf etdirilmişdir.

    Qaynaq: Popular Science

Rəvan Quluzadə