Türk alim Celal Şengör kimdir?

Celal Şengör 1955-ci il 24 mart tarixində İstanbulda dünyaya gəlib. 1973-cü ildə Roberk Kollecini bitirən Şengör, 1978-ci ildə State University of New York at Albany-dən geoloq olaraq məzun olub və ali təhsilini 1979-cu ildə həmin universitetdə başa vurub. 1981-ci ildə İstanbul Texniki Universitetinin Mədən Fakultəsinin, Ümumi geologiya bölümündə asistant kimi işləməyə başlayıb.

1982-ci ildə State University of New York at Albany-dən elmlər doktoru dərəcəsi alıb. 1984-cü ildə London Geologiya Cəmiyyətinin Direkrotluq mükafatına, 1986-cı ildə isə TUBİTAK Elm Mükafatına laiq görülüb. Eyni il İstanbul Texniki Uniersitetinin Mədən Geologiyası fakültəsinin ümumi geologiya ixtisası üzrə dosentlik dərəcəsi alıb. 1988-ci ildə Neuchatel Universitetinin humanitar elmlər fakültəsinin fəxri elmlər doktoru ünvanını qazanıb.

Avropa Akademiyasına 1990-cı ildə üzv seçilir və bununla ilk türk üzv kimi tarixə düşdü. 1991-ci ildə Avstriya Geologiya Dərnəyinin fəxri üzü seçilib. 1992-ci ildə İstanbul Texniki Universiteti Mədən Geologiyası fakültəsinin ümumi geologiya ixtisası üzrə professor adını alıb.

1994-cü ildə Rusiya Təbiət Elmləri Akademiyasının üzvü, Fransa və Amerika geologiya cəmiyyətlərinə fəxri üzv seçilib. Həmçinin alimə Fransa Fizika Cəmiyyəti və Ecole Normale Superioure Vəqfi tərəfidən Rammal medalı təqdim olunub. C.Şengör 1997-ci ildə Fransa Elmlər Akademiyasının Yerquruluşu elmləri sahəsi üzrə baş mükafata layiq görülüb. 2000-ci ildə ABŞ Elmlər Akademiyasının xarici əsilli üzvlüyünə seçilən ilk türk olub. Rusiya Elmlər Akademiyasına Fuad Köprülüdən sonra seçilən ikinci türkdü.

C.Şengör geologiya sahəsində yer quruluşu elmləri və tektonika sahələri üzrə işləri ilə böyük şöhrət qazanmışdır. Sərhəd qitələrin dağ qurşaqlarının quruluşuna təsirini ortaya qoymuş və Kimmer Qitəsi adını verdiyi bir zolaq qitəsi kəşf etmişdir. Orta Asiyanın geoloji strukturunu üzə çıxarmış, qitə-qitə toqquşmasının sərhəd ölkələrə necə təsir etdiyi məsələsini həll etmişdir. Yücel Yılmazla birlikdə lövhə tektonikası içərisində Türkiyənin yerini təyin edən və bir istinad klassikası halına gələn bir məqalə yazmışdır. Geologiya və Tektonika sahələri üzrə 6 kitab, 175 akademik məqalə, 137 abstrakt, çox sayda elmi-kütləvi yazılar, tarix və fəlsəfə haqqında iki kitab və 300-ə yaxın esse yazmışdır.

ABŞ, Rusiya, Avropa və Almaniyanın Elmlər Akademiyasının üzvü olan Şengörun 1826 məqaləsi yayımlanmış və bu məqalələrə ümumilikdə 12658 dəfə istinad edilmişdir. Həmçinin Şengör Birləşmiş Krallıqda Oxford, ABŞ-ın Californiya Texnologiya İnstitutu, Avstiyanın Salsburq Lodron-Paris Universitetində qonaq professor kimi fəaliyyət edib. Celal Şengör İngiliscə, Fransızca və Almanca bilir və Felemenkcə, İtalyanca, Portuqalca, İspanca və Osmanlı Türkcəsində yaxşı oxuya bilir. C. Şengörün öz evində yaratmış olduğu kitabxanasında 40000-dən çox kitab var.

Taryel Abdullayev

Yaşıl Elm Platformasının baş redaktoruyam. MAA - Hüquq fakültəsin bitirmişəm. Hal-hazırda isə Odlar Yurdu Universitetində beynelxalq münasibətlər üzrə ikinci təhsil alıram.