Virus texnologiyanın çətinliyini aradan qaldırır

   ABŞ-dan olan tədqiqatçılar genləri dəyişdirilmiş mutant virusu mikroskopik elektrod kabellər üzərində sərbəst buraxaraq əhəmiyyətli bir irəliləyişə imza atdılar. Tədqiqatda litium-hava batareyaları gücünün artırıla biləcəyi aydınlaşdırıldı. Massaçusetts Texnologiya İnstitutu (MTİ) tədqiqatçıları elektronik cihazlarda mühəndisləri ən çox yoran mövzulardan biri olan batareya ömürlərində əhəmiyyətli addım atdılar. Litium-hava batareyaları ağırlıqları artırılmadan tutumları genişləndiyi üçün xüsusilə elektrik avtomobillərdə uzun səfərlərin "açarı" hesab edilir. Ancaq batareyanın elektrodlarını uzun ömürlü etmək üçün lazım olan texnologiyanın hələ inkişaf etdirilməmiş olması, enerji toplanması müddətinin gözləniləndən qısa olmasına gətirib çıxarır.

   MTİ tədqiqatçıları litium-hava və litium-ion batareyalardaki problemi aşmaq üçün batareyanın istehsal prosesində qırmızı qan hüceyrəsi böyüklüyündəki nanokabellərə bio-texniki məhsul olan virusları əlavə etdi. M13 adı verilən virus zamanla kabellərin səthində yayılır və batareyanın doldurularkən və ya enerjisi tükənərkən elektrokimyəvi fəaliyyətinin sahəsini genişləndirir. M13 virusunun yardımını alan nanokabellər otaq temperaturundaki sudan metal molekullarını çəkir. Ardından bu molekullar M13 tərəfindən spesifik strukturlu formalara çevrilir. M13 virusu elektrokimyəvi qarşılıqlılığın iştirak etdiyi geniş sahəni iti səthə sahib manqan oksid meydana gətirərək ortaya çıxarır. Prosesin son mərhələsində isə nanokabellərin keçiriciliyini artırmaq üçün mühitə palladium metalı əlavə olunur.

    MTİ-dən olan tədqiqatçılar uğur əldə etsələr elektron cihazlarda istifadə edilən batareyanın ömrünü 2-3 qat qaldıra biləcəklərini hesab edirlər.

Qaynaq: Gizmagio9

Rəvan Quluzadə