Yaşlanma prosesi arxaya doğru getdi

 

   Alimlər "qırılma" baş verdikdə hüceyrələri yaşlandıran molekulyar mexanizmi aşkar etdilər və onu bərpa etməyə nail oldular. Tədqiqatın nəticələri 19 dekabr 2013 tarixində Cell jurnalında yayımlandı. Yaşlanma prosesində əsas rolu öz DNT-ləri olan mitoxondrilər oynayır. Onlar funksiyalarını yaxşı yerinə yetirə bilmədikdə altshaymer və diabet kimi qocalıq xəstəlikləri meydana gəlir. İndiyəcən hesab edilirdi ki, bu xəstəliklər mitoxondri DNT-sində baş verən, geri çevirilməsi mümkünsüz olan mutasiyalarla bağlıdır.

    Harvard Tibb Məktəbindən olan David Sinclair və həmkarları sirtuinlər adlanan gen qrupunu araşdırdılar. Onlar, SIRT-1 geni olmayan siçanlardan birini ələ aldılar. Siçanlarda yaşlanma əlamətlərinə rast gəlinirdi, bununla belə hüceyrələrdəki bütün zülalların səviyyəsi, mitoxondrial DNT-nin kodlaşdırdığından başqa, normal idi.  Alimlər gördülər ki, yaşlanma prosesinin molekulyar səviyyəsində əsas rolu hüceyrə nüvəsi genomu ilə mitoxondriləri arasındaki koordinasiya pozuntuları oynayır. Nikotinamid-adenin-dinukleotid (NAD) fermenti səviyyəsinin aşağı düşməsi ilə bu tip koordinasiya səhvləri meydana gəlir. O olmadan SIRT-1 kodlaşdırdığı zülal transkripsion faktorların aktivliyini idarə edə bilmir - HIF. HIF-in səviyyəsi artır və beləcə genomlar arası ötürülmədə səhvlər meydana gəlir. Zamanla da hüceyrələrin enerji istehsal etmə qabiliyyəti zəifləyir və orqanizm yaşlanmağa başlayır.

     Sinclair və həmkarları NAD hüceyrələrində dəyişərək hüceyrə içindəki genomların ötürülməsi mexanizmini bərpa edən maddəni tapdılar. Onlar, bu maddəni həftə ərzində iki yaşlı siçanlara verdilər və gəmiricilərin əzələ toxumasının 6 aylıq siçanlardakı kimi olmasını təmin etdilər. Bundan başqa tədqiqat ərzində yaşlanma və xərçəng xəstəliyi arasındaki əlaqəyə rast gəlindi. Yaşlanma prosesində iştirak edən HIF amilinin xərçəng xəstəliyinin meydana gəlməsində də rol oynadığı məlum oldu. İstinadlar: SMH , Cell

Rəvan Quluzadə