Yeni insan növü təkamül edəcək

İnsanlığın yaxın gələcəkdə sürətli yaşayıb erkən ölmək yerinə yavaş yaşayıb gec öləcəyi və uzun vədədə bu günümüzdəkindən tamamilə fərqli bir insan növünün təkamülləşəcəyi iddia edilir.

Belçikalı elm insanlarının yaratdığı Qlobal Beyin Təşkilatı mütəxəssislərindən Kadel Last önümüzdәki illərdə insanlığın əsaslı bir təkamüllü dəyişikliyə uğrayacağını qarşıya qoyur. Last 2050-ci ilə qədər sürətlə inkişaf edən texnologiyanın və təbii seçmənin bir nəticəsi olaraq bu günümüzdəkindәn tamamilə fərqli bir insan növünün təkamül edəcəyini düşünür.

Təxminlərə görə gündəlik işlərinin demək olar ki, hamısını robotlarla idarə edəcək olan təkamülləşmiş cəmiyyət günümüzün cəmiyyətindən daha intellektual, ədalətli və məhsuldar olacaq.

"DailyMail"də yayımlanan xəbərə görə araşdırmalar bu dəyişikliyin yavaş-yavaş başladığını göstərir. Mütəxəssislər İngiltərədəki qadınların ilk uşaqlarına sahib olma yaşının ortalama 29,8-ə yüksəldiyini ifadə edərkən, ABŞ-da da otuzbeş yaşdan yaşlı qadınların uşaq doğma nisbətinin 1,5%-ə qədər artdığını da əlavə edirlər.

 

Mənbə: businessinsider.com

Taryel Abdullayev

Yaşıl Elm Platformasının Baş Redaktoru