Yer orqanizmləri Marsda yaşamağa qadirdir

Bioloqlar laboratoriyada Mars şərtlərinə oxşar mühit yaradaraq, oraya metan istehsal edən Yer mikroorqanizmlərini yerləşdiriblər. Tədqiqatın nəticələrinə əsasən Yerin ən qədim və primitiv orqanizmlərindən olan metanogenlər Marsda yaşamağa qadirdir. Metanogenlər - enerji qaynağı kimi hidrogen və karbondioksid köməyilə metan istehsal edən arxeylərdir. Bu təkhüceyrəli orqanizmlərə bataqlıqlarda, iri buynuzlu mal-qara bağırsağında və ayrılan orqanik materiallarda rast gəlmək olar. Anaerob metanogenlər nə oksigenə, nə də orqanik qida maddələrinə ehtiyac duyur. Onlar həmçinin yerin altında yaşamağa qadirdir, bu səbəbdən də Marsda yaşamağa ən ideal namizədlərdəndir. Arkanzas Universitetindən olan aspirant Rebekka Mikkol laboratoriyada iki metanogen növünün süni Mars şərtlərindəki davranışını araşdırıb. Mikkolu, hər şeydən əvvəl, Marsın donma və ərimə tsikllarında bu orqanizmlərin sağ qalıb-qala bilməyəcəyi maraqlandırırdı. Təcrübədə arxeylər, onların artması üçün təhlükəli olan aşağı temperaturlara tab gətirməli oldular.