Yer Yupiterin qoyub getdiyi "tullantılardan" yaranıb

 

    ABŞ-dan olan astronomlar belə qənaətə gəliblər ki, bizim Günəş sistemimizin qeyri-adi quruluşu buradaki ən böyük planet olan Yupiterin keçmişdəki miqrasiyası ilə əlaqəlidir. Bizim planet sistemimizi əksər sistemlərdən fərqləndirən bir çox gözə çarpan xüsusiyyətlər var, alimlər deyir. Burada, orbiti Merkuri planetinin orbitində yerləşən planetlər mövcud deyil. Günəş sistemi kimi bir ulduz sistemi bir neçə çox qısa dövr periodları olan superyer kateqoriyalı planetlərə sahib olmalı idi. Elə isə onlar haradadır və niyə belə bir şey baş verib?

    Mütəxəssislər erkən Günəş sistemində Yupiterin "binaları yıxmaq" üçün nüvə rolunu oynamış olduğunu düşünürlər. Sistemin hələ formalaşma dövründə o, içəri zonaya, Günəşlə sərhəd hesab oluna biləcək məsafəyə köç edib. Bunun nəticəsi olaraq superyerlərin orbiti dəyişilməyə başlayıb və onlar bir-biri ilə olduğu kimi, eləcə də digər səma cismləri ilə toqquşublar. Ardından formalaşmaqda olan Saturnun Yupiterlə qarşılıqlı cazibə qüvvəsi təsirləri, ikincisinin sistemin daxili hissəsini tərk etməsinə və hazırki mövqeyinə yerləşməsinə səbəb olub. Birinci nəsil planetlərdən qalan "tullantılardan" isə Merkuri, Venera, Yer və Mars formalaşıb.

    Yupiter nəhəng qaz planetləri kateqoriyasına aiddir. Bu planetin ekvator radiusu 72,49 min km təşkil edir ki, bu, Yerin radiusundan 11 dəfə çoxdur. Təkcə bu qaz nəhənginin kütləsi Günəş sisteminin bütün planetlərinin bir yerdə kütləsindən 3 dəfə artıqdır. Alimlərin rəyinə görə, belə bir planetdə böyük ehtimalla həyat yaranmış olmamalıdır. Tədqiqat Günəş sisteminin necə formalaşdığını anlamağa yardım edəcək. Bununla yanaşı, tədqiqat sayəsində sistemin ayrı-ayrılıqdaki planetlərinin bəzi müəmmalı xarakteristikaları ilə bağlı suallara cavab tapılacağı güman edilir. Üzərində yaşadığımız Yer də suallar doğuran bu planetlərdən kənarda qalmır.

Rəvan Quluzadə