Yerin öz oxu ətrafında hərəkəti dayansa?

  Bildiyiniz kimi Yer öz oxu ətrafında fırlanır və bu bizim gecə və gündüz adlandırdığımız hadisəni formalaşdırır. Qeyri mümkün olsada əgər Yer fırlanmağı dayandırsa nə olar?

  Yer üzərində her şey momentə sahibdir. Yer öz oxu ətrafında saatda 1674,4 km sürətlə hərəkət edir, lakin qravitasiya bizi tutub saxladığı üçün bunu hiss etmirik. Bir anologiya ilə misal verək. Düşünün ki, hərəkətdə olan maşının içindəsiniz. Düz yolda ətrafa baxmasanız, maşının hərəkətini hiss etməyəcəksiniz. Təbii ki, maşın bir anda dayanan qədər. Maşınla birlikdə hərəkətdə olduğunuz üçün sizin də sürətiniz maşının sürətinə bərabər olur və maşın dayandığı anda siz də o sürətlə irəli sıçrayırsınız. Çox güman ki, hər birinizin başına gəlib. Eyni hal Yer üçün də keçərlidir. Yer birdən dayansa, ekvatorda olan hər şey saatda 1600 km-dən böyük bir sürətlə hərəkət edəcək. Yeri tərk etmək üçün birinci kosmik sürət saatda 40000 km olduğu üçün bu sürət sizi kosmosa çıxarmayacaq. Amma hər şey havaya uçacağı üçün ciddi fəlakətlər baş verəcək. Okean suyunun saatda 1600 km sürətlə hərəkət etdiyini düşünün.

   Yerin sürəti ekvatorda maksimum qütblərdə isə minumumdur. Yəni əgər düz qütbdə olsanız, Yerin öz oxu ətrafında fırlanma sürəti burada 0 olduğu üçün ekvatorda olan sıçramaları siz yaşamayacaqsınız.

   Növbəti problem gecə və gündüzün artıq əvvəlki kimi olmayacağıdır. Yer öz oxu ətrafında 24 saata fırlandığı üçün bir gün ortalama 12 saat gecə və gündüzə malikdir. Amma fırlanma dayandığı anda Yerin Günəşə baxan nöqtəsinin bir də eyni vəziyyətə qayıtmağı 365 gün çəkəcək. Yəni gecə və gündüz tam olaraq 6 ay olacaq. Gündüz olan hissə olduqca isti, gecə olan tərəf isə olduqca soyuq olacaq. Bunun canlılara necə təsir edəcəyini düşünün.

  Baş verəcək fəlakətlərlə miqyas edilməyəcək dərəcədə kiçik bir şey olsa da Yer kürə halını alacaq. Bu "böyük" problem olmayacaq. Yer öz oxu ətrafında fırlandığı üçün yaranmış qüvvələr onun ideal kürə olmasına əngəl yaradırdı. Artıq bu qüvvələr olmadığından Yerin cazibəsi onu mükəmməl kürə halına salacaq. Bu da başqa problemlərə yol açacaq. Okean səviyyəsi fırlanma səbəbi ilə ekvatorda daha çoxdur. Fırlanma dayansa qütblərə doğru hər yer su basqınına məruz qalacaq. Çox güman ki, qütblər su altında qalacaq.

   Yerin mövsümləri fırlanma nəticəsində yarandığı üçün artıq mövsümlər də mövcud olmayacaq. Planetin az işıq qəbul edən qütbləri və işığın birbaşa düşdüyü ekvator olacağı halda artıq heç bir mövsümdən bəhs edə bilməyəcəyik.

Taryel Abdullayev

Yaşıl Elm Platformasının Baş Redaktoru