Yerlə toqquşmuş asteroid okeanları turşulaşdırdı

   Geoloqların apardığı yeni bir tədqiqatın nəticələrinə görə təxminən 65,5 milyon il əvvəl Yer canlılarının nəslinin kəsilməsinə səbəb olan katastrofik hadisə olan asteroid düşməsindən sonra atmosferə kükürd birləşmələrinin atılması ilə okeanların ani turşulaşması baş verə bilərdi. Bu da kütləvi nəsil kəsilmələrinin niyə həm suda, həm quruda baş verdiyini - çoxlu sayda dəniz sürünənləri, onurğalı-onurğasız və ammonit molyuskaları məhvini izah edə bilər.
 
   Çiba Texnoloji Universitetindən (Yaponiya) olan Sosuke Ono və həmkarları Mərkəzi Amerikada yerləşən Yukatan yarımadasındaki Çiksulub kraterinin qayalıqlarının kimyəvi tərkibini araşdırdıqdan sonra belə qənaətə gəliblər. Onlar, Çiksulub qayalıqları fraqmentləri ilə mini-asteroidləri toqquşdurduqdan sonra böyük miqdarda SO3 və digər birləşmələrin ayrıldığını aydınlaşdırdılar, hansılar ki qədim Yer okeanına qarışdıqda onu kifayət qədər turşulaşdıra və bir çox canlının nəslinin kəsilməsinə səbəb ola bilərdi. Alimlərin dediyinə görə, bu təcrübə mal-paleogen nəsil kəsilmələrində "kükürd faktorunun" əsas səbəblərdən biri olduğunu sübut edir.
 
                              Dinozavrların "qatili" həyatı kosmosa yaydı
                              Marsa aid ən qədim meteoritlər

Rəvan Quluzadə